Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə50/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________223________________________ 
 
İDARƏETMƏDƏ İNFORMASİYA 
SİSTEMLƏRİNDƏN İSTİFADƏNİN 
ƏSASLARI  
 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI 
 
İnformasiya  sistemləri  həll  etdiyi  məsələlərin 
mürəkkəbliyi  səviyyələrinə  və  xidmət  göstərdiyi 
istifadəçilərin sayına görə təsnifləşdirilir.  
Sistemin miqyası və ya əlçatanlığı həmin sistemdən 
istifadə  edən  istifadəçilərin  sayı  ilə  müəyyən  edilir. 
Sistemin  əlçatanlığının  2  tipi  fərqləndirilir:  dinamik 
əlçatanlıq və kommersiya əlçatanlığı.  
Dinamik  əlçatanlıq  eyni  vaxtda  xidmət  göstərilən 
istifadəçilərin  sayı  ilə,  kommersiya  əlçatanlığı  isə  sistem 
istifadəçiləri üçün işçi yeri təşkil etmək məqsədi ilə satın 
alınmış  lisenziyaların  sayı  ilə  müəyyən  edilir.  Dinamik 
əlçatanlıq  daha  obyektivdir,  lakin  çətin  qiymətləndirilə 
biləndir.  Çünki  sistemə  eyni  zamanda  müraciət  edən 
istifadəçilərin  sayı  həmin  momentdə  onların  hansı 
məsələləri  həll  etdiklərindən  əhəmiyyətli  dərəcədə  asılı 
olur. Buna görə də bu göstərici qiyməti müəyyən mümkün 
qiymətlər  arasında,  məsələn,  X-dən  az,  Y-dən  çox  ola 
bilməz şəklində təyin edilir. X ədədi həll edilən məsələlərin 
və ya sistemin icra etdiyi biznes-proseslərin xarakteri ilə 
bağlıdır. Buna görə də bu ədəd həmişə təxminidir. Y ədədi 
isə  sistemin  leqal  (gizli  olmayan)  istifadəçiləri  ilə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________224________________________ 
 
bağlanmış müqavilələr əsasında əldə edilmiş lisenziyaların 
sayına bərabər olduğundan, həmişə dəqiqdir. 
“İnformasiya sisteminin miqyaslaşabilənliyi” termini 
də hal-hazırda geniş tətbiq edilir. Bu, sistemə eyni vaxtda 
müraciət imkanı qazanmış istifadəçilərin sayının artmasına 
və  ya  texnoloji  resursların  artan  yükə  adaptasiya 
(uyğunlaşmaq) qabiliyyəti kimi dərk edilir.  
Miqyaslaşabilənlik  sistemin  çevikliyini,  yəni istismar 
şərtlərinin  dəyişməsini  nəzərə  ala  bilənliyini  xarakteizə 
edir. 
Sistemə  obyektiv  qiymət  vermək  üçün  ədədi 
parametr kimi istifadə edilən miqyas və miqyaslaşabilənlik 
anlayışlarının  təyinində  müəyyən  çatışmazlıqlar  diqqəti 
cəlb edir. Məsələn, verilmiş informasiya sistemlərinin 100 
istifadəçiyə işləmək imkanı verməsi barədəki hökm və ya 
təsdiq sistemin hansı məsələlərin həlli ilə məşğul olduğu 
barədə heç nə demir. Bu fikri izah etmək üçün aşağıdakı 
iki nümunəni müqayisə edək: 
Malların  pərakəndə  satışı  ilə  məşğul  olan  yüzlərlə 
satıcı-operator  işçi  yerləri  ilə  xarakterizə  olunan 
supermarketdə  gedən  biznes-proseslər  olduqca  sadə  və 
standart  olduğundan,  bu  proseslərin  gedişinə  kifayət 
qədər  sadə  informasiya  sistemi  xidmət  göstərə  bildiyi 
halda,  ölkənin  müxtəlif  regionlarında  filialları  olan  iri 
xoldinqin  cəmi  3-4  mütəxəssisdən  ibarət  olan  analitik 
şöbəsi müxtəlif mal qrupları üzrə satış dinamikasını tədqiq 
etdikdə  xoldinq  informasiya  sistemlərinin  bütün 
hesablayıcı və kommunikasiya resursları bu işə cəlb edilir.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________225________________________ 
 
“Miqyas” 
parametrinin 
bu 
xüsusiyyətini 
unutmamaqla,  informasiya  sistemlərinin  aşağıdakı  şərti 
təsnifatı qəbul edilmişdir: 
 Lokal informasiya sistemləri (Low End PC). Bunlar 
bir-neçə istifadəçi üçün və ya kompüter şəbəkəsinə 
ehtiyac 
duymayan 
kiçik 
müəssisə 
üçün 
məhdudimkanlı 
sistemlərdir. 
Məsələn, 
1C:Бухгалтерия, Инфин, Парус liokal İNSİ-lərdir; 
 Kiçik  sistemlər  (Middle  End  PC).  Bunlar  çoxsaylı 
funksiyalar  icra  edir,  tətbiqi  xüsusi  məsləhətcilər 
tələb  edir,  nisbətən  azsaylı  istifadəçilərlə  işləyir. 
Məsələn,  1С:Предприятие,  Парус,  Галактика, 
PLATİNUM, SCALA kiçik sistemlərdir; 
 Orta sistemlər (High End PC). Bunlar çoxfunksiyalı, 
çoxistifadəçili  sistemlərdir,  tətbiqi  mürəkkəb  və 
bahadır 
və 
məsləhətçi 
rəhbərliyi 
altında 
mümkündür.  Məsələn,  PEOPLE  SOFT,  BAAN, 
SCALA orta sistemlərdir; 
 İnteqrasiya 
edilmiş 
idarəetmə 
sistemləri 
(Enterprise  Resource  Planning  –  ERP).  Bunlara: 
SAP R/3, ORACLE APPLICATIONS aiddir. 
Tətbiqinə çəkilən xərclərin həcminə görə orta və iri 
sistemlər fərqləndirilir. Məsələn, ERP-sistemi azı 500 min 
ABŞ  dolları  dəyərindədir.  Bu  parametrin  inandırıcı 
görünməsi  çətin  olsa  da,  bir  orientir  kimi  istifadə  edilə 
bilər. Təsnifatın bu tipi konkret informasiya sistemi üçün 
baza  parametrlərinin  dəyişmə  diapazonunu  təyin 
etdiyindən, mövqeləşdirici təsnifat adlandırılır.  
Göstərək  ki,  lokal  informasiya  sistemləri  və  ERP-
sistemlər yaxşı mövqeləşdirilir. Çünki bunlar bir-birindən 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________226________________________ 
 
kəskin fərqlənir. Praktiki olaraq isə təsnifatda qonşu olan 
sistemlər  arasında  dəqiq  sərhəd  qoymaq  mümkün 
deyildir. İnformasiya sistemləri yaradıcıları öz məhsullarını 
daim  inkişaf  etdirir,  onların  funksional  imkanlarını  və 
fəaliyyət  miqyaslarını  genişləndirir  və  daha  yüksək 
göstəricilərə  malik  təsnifat  qruplarına  yaxınlaşdırırlar. 
Xüsusilə də kiçik və orta sistemləri fərqləndirmək olduqca 
çətin olur. Buna baxmayaraq, bu, dünyada qəbul edilmiş 
təsnifatdır. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏKAMÜLÜ  
 
Burada   əsas  diqqət  ERP-sistemlərinə  yönəldilir. 
Çünki  iqtisadiyyat,  biznes  və  idarəetmə  sahəsində 
qərarların  hazırlanması  və  qəbulu  proseslərində  istifadə 
edilən informasiya sistemlərinin bütün əsas xüsusiyyətləri 
ilə yalnız ERP-sistemlərin nümunəsində tanış olmaq olar. 
ERP-sistemin  nə  olduğunu  anlamaq  üçün  əvvəlcə  onun 
meydana çıxmasının tarixinə qısa nəzər salmaq lazımdır. 
“ERP-sistem” 
termini 
GartnerGroup 
şirkəti 
tərəfindən  20-ci  əsrin  90-cı  illərində  ortaya  atılmışdır. 
“ERP-sistem”  anlayışı  istehsalın  təşkilinin  kəmiyyət 
metodları təməli üzərində formalaşmışdır. Bu metodların 
bünövrəsi 20-ci əsrin əvvəllərində Frederik Teylor və Henri 
Qant  (1861-1919)  tərəfindən  qoyulmuşdur.  F.Teylor 
(1856-1915) istehsalın planlaşdırılması tədris fənninin və 
akademik  metodların  təcrübədə  tətbiqinin,  yəni 
“tərtökdürmə  elmi  sistemi”nin  banisi  kimi  məşhurdur. 
H.Qant  iqtisadiyyat  və  menecment  sahələrində  ardıcıl 
işlərin planlaşdırılması ilə bağlı olaraq fəal istifadə edilən 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə