Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə51/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________227________________________ 
 
məşhur  Qant  diaqramları  ilə  tanınmışdır.  Bu  yanaşma 
əsasında  1950-ci  illərdə  ABŞ-da  şəbəkə  planlaşdırması 
metodları formalaşdırıldı ki, bunlar da paralel icra edilən 
işlər zəncirləri çoxluğunda ən qısa və ya ən sürətli yolu - 
“kritik  yolu”  təyin  etməyə  imkan  verdi.  F.Teylor  və 
H.Qantın  əsərlərindəki  ideyalar  əməliyyatların  tədqiqi, 
istehsalın təşkili və idarə edilməsi kimi elmi istiqamətlərin 
meydana  çıxmasına  səbəb  oldu.  Bir  sözlə,  bugün  də 
inkişaf  etməkdə  olan  “ERP-sistem”lərin  təməli  olduqca 
məhsuldar olmuşdur. 
 
 
Fredrfik Uinslou Teylor (ingiliscə Frederick Winslow 
Taylor) amerika mühəndiisi, menecment və əməyin elmi 
təşkilinin banisi
. 
  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________228________________________ 
 
20-ci  əsrin  60-cı  illərinin  əvvəllərində  ABŞ-da 
ehtiyatların 
idarə 
edilməsinin 
avtomatlaşdırılması 
sahəsində  işlər  fəal  inkişaf  etdirilirdi.  Bu  işlərdə  məhsul 
istehsalı  üçün  tələb  olunan  ehtiyatların  səviyyəsinin 
optimallaşdırılması məqsədi ilə riyazi metodlardan istifadə 
edilirdi.  Ehtiyatların  ixtisar  edilməsi  anbar  ehtiyatları  və 
bitməmiş  istehsal  şəklində  dondurulmuş  irihəcmli 
vəsaitlərə  əhəmiyyətli  dərəcədə  qənaət  etməyə  imkan 
verdi.  İlk  “ehtiyatların  avtomatlaşdırılmış  idarə  edilməsi 
sistemləri”ndə  verilmiş  müddətə  (ay,  rüb,  il  və  s.)  hazır 
məhsul 
istehsalı 
planı 
əsasında 
material 
və 
komplektləşdirici  məmulatların  satın  alınması  həcmləri 
hesablanırdı. 
 
 
Henri  Lourens  Qant  (ingiliscə  Henry  Laurence 
Gantt)  menecmeti  nümunə  kimi  Birinci  Dünya 
Müharibəsində  istifadə  olunan  gəmilərin  qurulmasında 
öyrənir və bu sahədə özünəməxsus diaqramı təklif edir.    
  
Ehtiyatların  avtomatlaşdırılmış  idarə  edilməsi 
ideyasını  inkişaf  etdirərək  Oliver  Uayt  istehsalın 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________229________________________ 
 
planlaşdırılması 
məsələlərini 
zəruri 
rüsursların 
göndərilməsi və hazır məhsulun satışı ilə əlaqələndirməyi 
təklif  etdi.  Bu  yanaşma  plan  tapşırıqlarını  istehsal 
prosesində  baş  verən  şərait  dəyişmələri  (Resursların 
vaxtında  göndərilməməsi,  avadanlığın  imtinası,  hazır 
məhsula  sifarişin  dəyişməsi)  ilə  bağlı  olaraq  korrektə 
etməyə imkan verdi. 1960-cı illərin sonlarında O.Uayt MRP 
(MRP  –  Material  Requirement  Planning)  konsepsiyasını 
formalaşdırdı  ki,  burada  da  materiallara  tələbatın 
planlaşdırılması  alqoritmləri  verilmişdi.  Planlaşdırma 
alqoritmərinin  sonrakı  təkmilləşdirilməsi  nəticəsində 
Oliver  Uayt  belə  bir  fikrə  gəldi  ki,  təkcə  materiallara 
tələbatın  planlaşdırılması  kifayət  deyil,  bununla  yanaşı, 
maliyyə  və  əmək  resurslarının  planlaşdırılması  da 
zəruridir. 
1970-ci 
illərin 
sonlarında 
O.Uayt 
MRPII 
konsepsiyasını  formalaşdırdı  və  bununla  da  istehsal 
ehtiyatlarının planlaşdırılması alqoritmlərini təklif etdi. Bu 
konsepsiyaya  analoji  olaraq  keçmiş  SSRİ-də  MAİS  – 
müəssisənin  avtomatlaşdırılmış  idarəetmə  sistemi 
yaradıldı. 
  
“ERP-SİSTEM”LƏRİ 
 
20-ci  əsrin  80-ci  illəri  MRPII  (Manufacturing 
Resource  Planning)  sistemlərinin  inkişafı  illəri  idi.  Bu 
inkişaf  təkcə  istehsalla  bağlı  proseslərə  aid  deyildi. 
Avtomatlaşdırma  maliyyə  fəaliyyəti  məsələlərini  həll 
etməyə  kömək  etdi.  İnformasiya  sistemləri  vergitutma, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________230________________________ 
 
hüquq xidməti, ətraf mühitlə qarşılıqlı münasibətlər kimi 
köməkçi fəaliyyət proseslərini əhatə etdi. Bundan əlavə, 
transmilli korporasiyaların tələbatlarına xidmət göstərmək 
-  müxtəlif  hüquqi,  fiskal  (Nəzarətedici)  və  gömrük 
şərtlərində, müxtəlif dillərdə tərtib edilmiş sənədlərdə və 
müxtəlif  valyutalarda  müştəri  və  malgöndərənlərlə 
hesablaşmaların  aparılması  problemlərini  həll  etmək 
demək idi. Bu məsələlərin həllinin avtomatlaşdırılmasına 
tədiyəqabiliyyətli  tələb  tədricən  yeni  tip  informasiya 
sistemlərini  formalaşdırdı.  İndi  artıq  yeni  informasiya 
sistemləri  konsepsiyasının  müəllifi,  MRP  və  MRPII 
sistemlərinin  müəllifi  O.Uayt  kimi  bir  nəfər  deyil, 
qloballaşma  və  informatlaşdırmanın  yeni  çalarları  ilə 
bəzənmiş müasir iqtisadiyyatdır.  
1990-cı  illərdə  korporativ  informasiya  sistemlərinin 
inkişaf  etdirilməsi  və  tətbiqi  sahəsində  dünyada  məşhur 
olan 
GartnerGroup 
şirkəti 
ERP-sistemlərini 
iri 
korporasiyalarda  qərarların  hazırlanması  və  qəbulu  aləti 
kimi etiraf etdi.  
ERP-sistem dedikdə, artıq iri müəssisələrdə biznes-
proseslərin  avtomatlaşdırılması  və  optimallaşdırılması  ilə 
inteqrasiya edilmiş planlaşdırma və idarəetmə ideologiyası 
nəzərdə  tutulur.  ERP-sistemləri  planlaşdırma,  uçot, 
maliyyələşdirmə,  istehsal,  resurs  sifarişləri  və  hazır 
məhsul  satışı  üçün  qərarların  hazırlanması  və  qəbulu 
məqsədi  ilə  şirkətin  praktiki  olaraq  bütün  əsas  biznes-
proseslərini vahid informasiya mühitində, vahid verilənlər 
bazası  əsasında  avtomatlaşdırmaq  imkanı  təklif edir  (Bu 
baxımdan,  ERP  SSRİ-dəki  AİS-  avtomatlaşdırılmış 
idarəetmə sistemi anlayışına yaxındır).  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə