Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə36/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________166________________________ 
 
üzərində aparılacaq bütün iş mərhələlərinin icrasına imkan 
verən instrumental proqram vasitələri nəzərdə tutulur. 
Proqramlaşdırma sistemi aşağıdakıları əhatə edir: 
 Proqram  mətnini  yazmaq  və  modifikasiya  etmək  üçün 
mətn redaktoru; 
 Verilmiş dildə mətn translyatoru; 
 Proqramı kompanovka edici; 
 Proqramı icra edən; 
 Standart prosedur və funksiyalar kitabxanası; 
 Proqram sazlayıcı. 
Proqram 
sazlanmasının 
bütün 
mərhələlərini 
birləşdirən proqram kompleksinə proqramlaşdırma mühiti 
deyilir.  
Borland 
firmasının 
Turbo 
Pascal 
adlı 
proqramlaşdırma mühiti geniş yayılmışdır. 
  
TƏTBİQİ PROQRAM TƏMİNATINA NÜMUNƏLƏR. 
MƏTN VƏ QRAFİK REDAKTORLAR 
 
Mətn  redaktoru  (mətn  prosessoru)  mətn  hazırlayıb 
çap edən proqram kompleksidir. Ən geniş yayılmış mətn 
redaktoru  Microsoft  firmasının  Word  proqramıdır.  Bu 
redaktor  mətni  klaviaturadan  yığmağa,  mətnin  bir 
hissəsinin və ya bütövlükdə mətnin üzünü və ya özünü bir 
yerdən  başqa  yerə  köçürməyə,  başqa  redaktorlarla 
informasiya mübadiləsinə imkan verir.  
Qrafik  redaktorlar  üçölçülü  şəkilləri  kölgə  effektləri 
ilə yaratmağa imkan verən proqramlar kompleksidir.  
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________167________________________ 
 
ELEKTRON CƏDVƏLLƏR 
 
Elektron cədvəllər sistemi irihəcmli (adətən iqtisadi 
xarakterli)  verilənlər  üzərində  aparılacaq  hesablama 
işlərini  avtomatlaşdırmaq  üçündür.  Bu  sistem  peşəkar 
olmayan  iştifadəçilərdən  ötrü  nəzərdə  tutulmuşdur. 
Elektron  cədvəlləri  1980-ci  illərin  əvvəlində  meydana 
çıxmışdır.  
Ən  geniş  yayılmış  elektron  cədvəlləri  sistemi 
Microsoft  Offise  paketinə  daxil  olan  Microsoft  Excel 
proqramıdır.  
Excel proqramı 65536 sətr və 256 sütunlu matrislə 
işləyir.  Bu  matris  iş  vərəqi  adlanır.  Sətr  və  sütunun 
kəsişməsindəki  xanaya  (hücrəyə)  ixtiyari  ədəd  və  ya 
düstur daxil etmək olar. Excel sənədinə iş kitabı deyilir. İş 
kitabı bir neçə iş vərəqindən ibarət olur. İş vərəqləri və iş 
kitabları arasında əlaqə yaratmaq, həmçinin Excel-lə digər 
redaktorlar arasında informasiya mübadiləsi mümkündür. 
Excel-in  ən  mühüm  üstünlüklərindən  biri  analitik 
verilənlərin diaqram təsvirinə imkan verməsidir. 
 
MƏLUMAT BAZALARININ İDARƏ EDİLMƏSİ 
SİSTEMLƏRİ (MBİS-LƏR) 
 
MBİS-lər  fəaliyyətdə  olan  informasiya  sistemlərini 
qurmaq üçündür. Adətən hər bir konkret sistem müəyyən 
verilən  modelinə  əsaslanır  və  həmin  model  üçün 
xarakterik olan əməliyyatları saxlayır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________168________________________ 
 
Müasir  MBIS-lərin  əksəriyyəti  verilənlərin  iqtibaslı 
(relyasiyalı)  modelinə  əsaslanır  və  verilənlərin  axtarılıb 
seçilməsi üçün SQL (Struktured Query Language) dilindən 
istifadə edilir.  
Relyasiyalı  bazanı  Microsoft  Access  proqramının 
köməyi ilə yaratmaq mümkündür. 
    
PROQRAM TƏMİNATININ YAYILMASI 
 
Proqram  məhsullarını  yayılma  xarakterinə  görə, 
sərbəst  yayılan,  şərti  sərbəst  yayılan  və  kommersiya 
proqram təminatına bölürlər.  
Müftə  proqramlar  (
freeware)  istehsalçı  tərəfindən 
pulsuz  yayılır  və  istifadəçi  bu  proqram  mətni  üzərində 
dəyişiklik  edə  bilir.  Şərti  sərbəst  yayılan  proqramlar 
(
shareware)  da  pulsuz  yayılır.  Lakin  istifadəci  ondan 
kommersiya məqsədi ilə istifadə etməmək barədə öhdəlik 
götürür. Kommersiya proqramları adi bazar məhsullarıdır. 
Proqram bazarının artıq 30 ildən artıq yaşı vardır. 1969-
cu  ildə  IBM  firması  özünün  proqram  məhsullarını  satışa 
çıxardı. 
Səmərəli və rəqabət qabiliyyətli fəaliyyət göstərmək 
istəyən ixtiyari müəssisə proqram təminatını satın almağa 
məcburdur. 
Proqram  məhsulu  dedikdə,  müəyyən  funksiyaların 
icrası üçün yaradılmış qarşılıqlı əlaqəli proqramlar yığımı 
(proqram paketi) nəzərdə tutulur. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________169________________________ 
 
Proqram  bazarındakı  məhsulları  3  əsas  qrupa 
bölürlər: sistem proqramları, proqram tərtibi sistemləri və 
tətbiqi proqramlar. 
Sistem  proqramlarına  əməliyyat  sistemləri, utilitlər, 
drayverlər  və  s  aiddir.  Bunları  adətən  bazara  kompüter 
istehsalçıları göndərir. 
Proqram 
tərtibi 
sistemləri 
proqramların 
layihələşdirilməsi, 
tərtibi 
və 
sazlanmasını 
avtomatlaşdırmaq  üçündür.    Buraya:  kompilyatorlar, 
MBİS-lər, proqram generatorları, redaktorlar, sazlayıcılar 
və s. texnoloji vasitələr aiddir. 
Tətbiqi  proqram  paketləri  (TPP)  müəyyən  tətbiq 
oblastına (məsələn, iqtisadiyyata, texnikaya, tibbə və s.), 
və ya müəyyən fəaliyyət növünə aid məsələləri həll etmək 
üçündür (mətn redaktorları, elektron cədvəllər sistemləri, 
qrafik paketlər, statistik paketlər və s.). Proqram təminatı 
10  min  dollardan  bir  neçə  100  min  dollaradək 
dəyərləndirilir.         
 
İNFORMASİYA SİSTEMLƏRİNİN BAZA 
TEXNOLOGİYALARI 
 
Müasir  informasiya  sistemlərində  informasiya 
texnologiyaları  mühüm  rol  oynayır.  Təəssüf  ki,  bu  iki 
termin yanlış olaraq tez-tez eyniləşdirilir. Halbuki bunlar 
fərqli anlayışlardır. 
İnformasiya  texnologiyaları  dedikdə,  verilənlərin 
yığılması, saxlanması, emalı, ötürülməsi və istehlakçılara 
təqdim  edilməsi  metodları  nəzərdə  tutulur.  İnformasiya 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə