Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə33/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________154________________________ 
 
KOMPÜTER SİSTEMLƏRİNİN PROQRAM 
TƏMİNATI. 
PROQRAM TƏMİNATININ TİPOLOGİYASI 
 
Proqram vasitələri 3 tipə bölünür:  
 Sistem proqram təminatı; 
 Proqramlaşdırma texnologiyalarının instrumentariyası; 
 Tətbiqi proqram təminatı. 
Sistem  proqram  təminatı  dedikdə, kompüter  və ya 
şəbəkəni  işçi  vəziyyətdə  saxlayan  proqram  vasitələri 
kompleksi  nəzərdə  tutulur.  Sistem  proqram  təminatını 
işləyib  hazırlayan,  tətbiq  edən  və  təkmilləşdirən 
proqramçılar sistem proqramçılar adlanır.  
Şəbəkədə  sistem  proqram  təminatı  ilə  sistem 
proqramçılarla yanaşı, şəbəkə inzibatçısı və operatorlar da 
məşğul olurlar. 
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar 
daxildir: 
 Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi; 
 Kompüterdə  və  şəbəkədə  tətbiqi  proqramlar  üçün  iş 
şəraitinin yaradılması; 
 Köməkçı  prosedurların  (surətçıxarma,  arxivləşdirmə, 
faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən 
mühafizə) icrası; 
 Kompüter  və  ya  şəbəkə  aparaturasının  diaqnostikası  və 
profilaktikası. 
Sistem proqram təminatı kompüterin ayrılmaz tərkib 
hissəsi  olmaqla,  sabit  yaddaşdakı  baza  təminatını, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________155________________________ 
 
kompüterin  əməliyyat  sistemini,  əməliyyat  örtüyünü  və 
şəbəkə əməliyyat sistemini özündə birləşdirir. 
Servis  (xidməti)  proqram  təminatı  istifadəçi  üçün 
rahat  (komfort)  iş  şəraiti  yaradır.  Buraya:  diaqnostika, 
antivirus,  disklərə  xidmət,  verilənləri  arxivləşdirən  və 
imtinadan sonra bərpa proqramları daxildir. 
Proqramlaşdırma 
texnologiyalarının 
instrumentariyası  proqram  tərtibi  vasitələrini  özündə 
birləşdirir.  Bu  qəbildən  olan  proqram  məhsulları  tətbiqi 
proqramların  yaradılması,  sazlanması  və  testləşdirilməsi 
mərhələlərini  özündə birləşdirən  bütün  proqramlaşdırma 
prosesini həyata keçirməyə imkan verir. 
Turbo Paskal və ya Turbo Si (
Turbo C) kimi universal 
dillərə və müəyyən sinif proqram vasitələrinin (məsələn, 
verilən  bazasının)  yaradılması  üçün  nəzərdə  tutulan 
ixtisaslaşdırılmış 
sistemlərə 
əsaslanan 
çoxsaylı 
proqramlaşdırma sistemləri mövcuddur. 
Proqramlaşdırma 
sistemlərinə: 
müəyyən 
proqramlaşdırma dilində mətn və obyekt-istinad proqram 
vasitələri; 
proqramlaşdırma 
dilindən 
kompilyator; 
proqram sazlayan; proqramları optimallaşdıran vasitələr; 
standart  proqramlar  kitabxanası;  əlaqələr  redaktoru 
(kompanovka edici); sorğu informasiyası (aidi və ümumi 
arayışlar);  fərdi  və  kollektiv  layihələrin  reallaşdırılması 
üçün  olan  proqramlar;  proqramları  sənədləşdirən 
proqramlar aiddir. 
Proqramlaşdırma  sistemləri  ilə  yanaşı,  son  illərdə 
proqramlaşdırmanın  avtomatlaşdırılması  üzrə  müxtəlif 
vasitələrin 
(Alqoritmləşdiriləcək 
proseslərin 
modelləşdirilməsindən 
tutmuş 
proqram 
kodunun 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________156________________________ 
 
avtomatik  generasiyası  (yüklənməsi)  və  yaradılan 
proqramların  sənədləşdirilməsinədək  bütün  işlər)  geniş 
istifadəsi  müşahidə  olunur.  Bunlara 
CASE  (Computer 
Aided System Engineering) instrumentləri deyilir. 
Tətbiqi  proqram  təminatının  tipologiyası  olduqca 
genişdir.  Təkcə  iqtisadi  yönlü  proqram  əlavələrini 
sadalamaq  istəsək,  mühasibat  uçotu,  maliyyə  fəaliyyəti, 
anbar uçotu, kadr uçotu, istehsalın idarə edilməsi, sifariş 
və satışın uçotu və bank fəaliyyəti kimi iqtisadi fəaliyyət 
növləri  üzrə  yaradılmış  proqramların  adını  çəkmək 
kifayətdir. 
Tətbiqi  proqram  təminatına  ofis  proqramlarını, 
informasiya  sistemlərinin  yaradılması  və  fəaliyyət 
göstərməsi  üçün  nəzərdə  tutulan  proqram  vasitələrini, 
ekspert  sistemlərini,  layihə  işlərinin  avtomatlaşdırılması 
sistemlərini,  təqdimat  hazırlayan  vasitələri  və  s.  aid 
edirlər. 
Qeyd etmək lazımdır ki, tətbiqi proqram təminatına 
həm də mətn redaktorları, elektron cədvəlləri və MBİS-lər 
(Məlumat bazalarını idarə edən sistemlər) aiddir. 
 
SİSTEM PROQRAM TƏMİNATI. 
MS DOS ƏMƏLIYYAT SİSTEMİ 
 
Disk  əməliyyat  sistemi  (
MS  DOS)  Microsoft 
Corporation  tərəfindən  IBM  PC  ilə  uzlaşan  fərdi 
kompüterləri üçün hazırlanmışdır. 
Əməliyyat  sisteminin  bir  hissəsi  –  giriş-çıxış  baza 
sistemi 
(
BİOS) 
kompüterin 
sabit 
yaddaşında 
quraşdırılmışdır. 
BİOS  kompüterin  elektrik  cərəyanı 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________157________________________ 
 
şəbəkəsinə qoşulması ilə bağlı qurğularının, yaddaşlarının 
işini  və  bütövlükdə  kompüterin  fəaliyyətini  testləşdirir. 
Əməliyyat  sistemin  yüklənməsi  proqramı  da 
BİOS 
tərəfindən  çağrılır.  Əməliyyat  sistemi  yükləyən  proqram 
çox qısadır və əməliyyat sistemi yazılmış sistem diskinin 
sıfırıncı  cığırında  yerləşir.  Fərdi  kompüterdə  sistem  diski 
ya  Vinçesterdə,  ya  da  çevik  (
floppi)  diskdə  yerləşir. 
Yükləyici  proqram  əməliyyat  sisteminin  əsas  modullarını 
və 
DOS-un  əmr  prosessorunu  (Command.com)  sistem 
diskindən  oxuyub  operativ  yaddaşa  yazır.  Bununla 
yükləmə prosesi başa çatır. Əmr prosessoru istifadəçinin 
daxil  etdiyi  mətn  əmrlərini  işləyir.  Əməliyyat  sistemin 
Type, Dir və ya Copy əmrlərini Command. com özü icra 
edir.  Çünki  bu  əmrlər  əməliyyat  sisteminin  daxili 
əmrləridir.  Digər  (xarici)  əmrlərin  icrası  üçün  əmr 
prosessoru Vinçesterdə uyğun adlı utilitlər axtarır, tapırsa, 
yaddaşa yükləyir və idarəni həmin utilitə ötürür. İş başa 
çatan kimi əmr prosessoru həmin utiliti yaddaşdan silir və 
əmr  icrası  üçün  hazır  olduğunu  xəbər  verir.  Buna 
DOS 
dəvəti deyilir. Utilitlər əməliyyat sistemi ilə birlikdə, lakin 
ayrıca  fayllar  şəklində  göndərilir.  Bunlar  disklərin 
formatlaşdırılması, yoxlanması və s. kimi köməkçi əməlləri 
icra edir. 
Qurğu  drayverləri  – 
DOS-un  giriş-çıxış  sistemini 
tamamlayan  xüsusi  proqramlardır  və  xarici  qurğulara 
xidməti  təmin  edirlər.  Məsələn,  klaviatura,  monitor, 
printer  və  s.  drayverlə  işləyir.  Drayverlər  əməliyyat 
sistemilə  birgə  yüklənir  və  onların  adları 
config.sys 
faylında  göstərilir.  Bu  sxem 
DOS-un  sistem  fayllarına 
toxunmadan yeni qurğular qoşmağa imkan verir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə