Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu


кожевники  и  вообще  все  мастера,  занятые  ремеслом  тоже  обязательно



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
1   2   3   4   5   6   7   8

12 

 

кожевники  и  вообще  все  мастера,  занятые  ремеслом  тоже  обязательно 



должны  поселиться  там  (на  окраине  города)” kimi verilmiş tərcüməsində “и 

вообще все мастера, занятые ремеслом” ifadəsi artıqdır. 

Səhifə  180.  1-ci  abzasda  “əvəzində  komendant  idarə  üsulu  yaradılmışdı” 

ifadəsinin  “вместо  этого  там  был  создан  режим  комендантского 



управления” kimi verilmiş tərcüməsində “там” sözü artıqdır. 

2-ci  abzasdakı  “Bu,  əslində,  komendant  idarə  üsuluna  keçid  sistemi  idi” 

cümləsinin “В действительности он представлял собой переходную систему, 

в  дальнейшем  замененную  методом  комендантского  управления”  kimi 

deyil,  “В  действительности  он  представлял  собой  переходную  к  



комендантской форму правления” kimi tərcümə edilməsi məqsədəuyğundur. 

Səhifə 187. 3-cü abzasda “Abbas Mirzə Şuşada saxlanılan dəstəni də özü ilə 

götürərək, Arazın sağ sahilinə keçdi” cümləsinin “Аббас Мирза, забрав с собой 

оставленный  в  Шуше  отряд,  перебрался  на  левый  берег  Араза”  kimi 

verilmiş  tərcüməsində  “левый”  əvəzinə  “правый”  yazılmalıdır.  Növbəti  cümlənin 

yeni abzasdan verilməsi məqsədəuyğundur. 

Dərsliyin  rus  dilindəki  variantında  ixtisasca  tarixçi  olan  tərcümə  redaktorunun 

işinə ehtiyac var.

 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  şagirdin  söz  ehtiyatının  artırılması  üçün  müəyyən  iş  görülmüşdür. 

Mətn daxilində və xüsusi ayrılmış yeni anlayışların izahı verilmiş, əksəriyyəti xüsusi 

işarə və şriftlə fərqləndirilmişdir. 

Mühüm  sayılan  başqa  informasiyaların  da  xüsusi  şriftlə  (daha  tünd  rəngli) 

verilməsi  yaxşı  olardı.  Məsələn,  “əsnaf”  (səh.147),  “rahdari”  (səh.149), 



“komendant  idarə  üsulu”  (səh.180)  və  s.  ifadələrin  xüsusi  şriftlə  verilməsi 

məqsədəuyğundur. 

Bununla  yanaşı,  dərslik  komplektində  bəzi  qüsurlara  da  rast  gəlinir.  Bunlar 

aşağıdakılardır: 



Səhifə  10.  Motivasiyanın  4-cü  cümləsində  “sürən  müharibələrin”  ifadəsinin 

uzun sürən müharibələrin” kimi verilməsi məqsədəuyğundur. 




13 

 

Səhifə  12.  İlk  iki  sətirdə  “qızılbaşlar  ...  məğlub  etdi”  ifadəsində  “etdi”  sözü 

etdilər” kimi yazılmalıdır. 2-ci abzasın axırında “çəkildi” sözü də “çəkildilər” kimi 

yazılmalıdır. 



Səhifə 15. Motivasiyanın 1-ci cümləsində “güclü əqidəyə” ifadəsinin “möhkəm 

əqidəyə” kimi verilməsi məqsədəuyğundur. 3-cü cümlədə verilmiş “şah I Abbas ... 

şah  I  İsmayıldan  sonra  Səfəvilər  sülaləsinin  ən  tanınmış  nümayəndəsi 

olmuşdur” ifadəsi I Təhmasibin fəaliyyətinə kölgə salır. 

1-ci abzasın axırında “Azərbaycan torpaqları osmanlılara verildi” ifadəsinin 

Azərbaycan torpaqları osmanlılara keçdi” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 17. İnzibati islahatlardan bəhs edilən 2-ci abzasın “Hərbi islahat” deyil, 

“Mərkəzi 

hakimiyyətin 

güclənməsi” 

yarımbaşlığı 

altında 

verilməsi 

məqsədəuyğundur. 

Səhifə  19.  1-ci  sətirdə  Hörmüzün  liman,  səhifənin  sonunda  verilmiş  izahda 

boğaz olduğu göstərilir. Əslində, Hörmüz eyniadlı boğazda yerləşən, hərbi-strateji və 

iqtisadi baxımdan əhəmiyyətli adadır. 

Abzasın axırında “Şeybanilər məğlub edildi” ifadəsində “edildi” sözü cəmdə 

işlənməlidir. 

Səhifə  23.  2-ci  abzasda  “1612-ci  ildə  Osmanlı  və  Səfəvi  dövlətləri  arasında 

bağlanan İstanbul müqaviləsinə əsasən Amasya sülhünün şərtləri bərpa olundu. 

Osmanlı  dövləti  Azərbaycanın,  Şərqi  Gürcüstanın  Səfəvi  dövlətinə  məxsus 

olmasını  rəsmən  tanıdı”  cümlələrində  “Azərbaycan”  sözünün  “Səfəvi  dövləti” 

ifadəsindən ayrılması dərsliyin ümumi mövqeyinə ziddir. “Azərbaycanın”  sözünün 

Osmanlılar  tərəfindən  tutulmuş  Azərbaycan  ərazilərinin”  ifadəsi  ilə  əvəzlənməsi 

məqsədəuyğundur. 



Səhifə 25. 4-cü sətirdə “Ahalsıx” paşalığının adı “Axalsıx” kimi yazılmışdır. 

Səhifə  31.  2-ci abzasda  XVI-XVII əsr hadisələrindən bəhs olunarkən o dövrdə 

işlədilməyən “Türkiyə” və “Suriya” ifadələrinin işlənməsi düzgün deyil. 



Səhifə 31-32. “Asiyada ən böyük bazar olan Qeysəriyyə burada yerləşirdi” 

cümləsində “bazar” sözünün “bazarlardan” sözü ilə əvəzlənməsi məqsədəuyğundur. 



Səhifə  33.  “İnhisar”  sözünün  izahındakı  “müstəsna  üstünlük  vəziyyəti” 

ifadəsində  təkrarlıq  var.  “Müstəsna  mövqe”  ifadəsindən  istifadə  edilməsi 

məqsədəuyğundur. 

Səhifə 37-38. Eyni şəxsin müxtəlif cür təqdim edilməsi (“Yusif  Qarabaği”  və 

“Yusif Məhəmmədcan oğlu Qarabaği”) məqsədəuyğun deyil. 



14 

 

“Elm”  yarımbaşlığında  elm  xadimlərindən  sonra  kitabxana  və  kitab  işi 

haqqında məlumat verilir, sonra yenidən elm xadimləri haqqında məlumat verilir ki, 

bununla fikir ardıcıllığı pozulur. 



Səhifə  38.  3-cü  abzasda  XVII  əsrə  aid  dastanlar  sadalanarkən  “Novruz”  adlı 

dastanın adının “Novruz və Qəndab” kimi verilməsi daha düzgün olar. 



Səhifə  41-42.  1-ci  abzasda  “Dövlət  işlərindən  uzaqlaşan    iradəcə  zəif  Şah  

Sultan  Hüseyn    1699-cu  ildə  ...  əmr  verdi”  cümləsindən  “Dövlət  işlərindən 

uzaqlaşan iradəcə zəif” ifadəsinin çıxarılması məqsədəuyğundur. 

Səhifə  43.  “Fətva”  sözünün  açıqlamasında  “hökmdar”  sözü  işlənməyə  bilər. 

Çünki fətvanın verilməsi din xadimlərinə aiddir. 



Səhifə  47.  2-ci  abzasda  “Səfəvi  dövlətinin  Rusiyaya  müraciəti  I  Pyotrun 

Şərqdə  işğalçılıq  siyasətinin  fəallaşması  dövrünə  təsadüf  edirdi”  cümləsində 

“Şərqdə”  sözü  yazılmaya  da  bilər.  Çünki  sonrakı  “Həmin  illərdə  Rusiya  dövləti 

İsveçlə  müharibə  aparırdı”  cümləsindən  Rusiyanın  işğalçılıq  siyasətinin  həm  də 

qərbdə aparıldığı başa düşülə bilər. 



Səhifə  52.  1-ci  abzasda  “Şəhərin  naibi  İmamqulu”  ifadəsində  “İmamqulu” 

adının “İmamqulu bəy” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə 56. 1-ci abzasda 1724-cü il İstanbul müqaviləsi ilə bağlı cümlədə “Qərbi 

Qafqazın  və  Cənubi  Azərbaycanın”  ifadəsinin  “Şərqi  Gürcüstanın  və  Xəzərboyu 

torpaqlar istisna olmaqla bütün Azərbaycanın” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  58.  Motivasiyada  “Azərbaycanın    digər    əraziləri  isə    Osmanlı 

dövlətinin  nəzarəti   altında  idi” cümləsinin “Azərbaycanın digər ərazilərinin bir 

hissəsi isə Osmanlı dövlətinin nəzarəti altında idi” yazılması daha doğru olar. 

Səhifə  64.  Motivasiyada  “ərazinin  bir  hissəsini  əfqanlar,  qərb  hissəsini  isə 

Osmanlılar  zəbt  etdikdən  sonra”  ifadəsinin  “ərazisinin  bir  hissəsini  əfqanlar, 

Xəzərboyu əyalətləri ruslar, qərb hissəsini isə Osmanlılar zəbt etdikdən sonra” kimi 

verilməsi məqsədəuyğundur. 

Nadir

 

xan  Əfşarın  “xan”  titulu  daşıması  bölmənin  əvvəlində,  paraqrafın  və 



yarımbaşlığın adında verilsə də, mətnin çox yerində o“Nadir” adlandırılır. 

1-ci  abzasda  “Nadir  türk  əfşar  boyundan  idi”  cümləsinin  “Nadir  əfşar  türk 



sülaləsindən idi” kimi yazılması daha yaxşı olar. 

Səhifə 66. 1-ci abzasın axırında “Bu sülhə əsasən II Təhmasib Araz çayından 

şimalda olan Cənubi Qafqaz  ərazisini Osmanlı imperiyasına verdi” cümləsinin 


Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə