Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
1   2   3   4   5   6   7   8

18 

 

baş verdiyini tam əks etdirmir. Bəzi illüstrasiyaların solğun və qarışıq (səh.176-177) 



çəkilməsi,  bir  qisminin  isə  yerində  olmaması  mətnin  səmərəli  mənimsənilməsinə 

mənfi  təsir  göstərir  (səh.43-dəki  şəkillər,  səh.172-dəki  şəkil  və  s.).  Bəzi  görkəmli 

tarixi  şəxsiyyətlərin  təsvirləri  ifadəlilik  və  cəlbedicilik  baxımdan  uğurlu 

seçilməmişdir (səh.15, 41 və s.). 

Şah I Təhmasibin şəkli (səh.10) 7-ci sinif dərsliyində də verildiyindən, burada 

onun  başqa  bir  Səfəvi  şahının  şəkli  ilə  əvəzlənməsi  məqsədəuyğundur.  Volinski 

(səh.48),  Sisianov  (səh.161),  Tormasov  (səh.174),  Rtişşev  (səh.177)  və  Paskeviçin 

(səh.191)  portretlərinin  verilməsi  məqsədəuyğun  deyil.  Şagirddə  təsəvvür  yaratmaq 

üçün bir portretin verilməsi kifayətdir. 

Hər paraqrafın əvvəlində içərisində məlumat verilmiş (MMV-də “Motivasiya” 

adlandırılıb)  göy  çərçivə,  kiçik  çərçivələrin  yuxarı  sol  hissəsindəki  sual  və  altında 

qıvrılmış  ox  çəkilmiş  nida  işarələrinin  izahı  “Dərslikdə  istifadə  olunmuş  şərti 



işarələr”də  göstərilməmişdir.  Yönləndirici  suallar  üçün  verilmiş  şərti  işarələrin 

hamısında qız şəklinin təsvir edilməsi gender bərabərliyi baxımından məqsədəuyğun 

deyil. 

Paraqraflarda əksini tapmış islahatlar (məsələn, səhifə  73-də Nadir şahın etdiyi 



dəyişikliklər  və  s.)  daha  nəzərə  çarpan  şəkildə  verilsə,  yaxşı  olar.  İdarəçilik  və 

inzibati ərazi bölgüsünə aid məlumatların sxem formasında verilməsi daha yaxşı olar. 

Dərslikdə  mövzuların  mənimsənilməsinə  yardım  edən  20  müxtəlif  xəritə 

verilmişdir.  Onların  əksəriyyəti  şərti  işarələrlə  təchiz  olunmuşdur.  Verilmiş  coğrafi 

obyektlərin  adı  aydın  oxunur.  İstifadə  olunmuş  rənglər  yorucu  deyil.  Lakin 

xəritələrin  bəzisində  izah  yoxdur  (səh.106,  124,  175  və  s.).  Şəki  və  cənub 

xanlıqlarına dair xəritə verilməmişdir. Bəzi xəritələrdə (səh.95, 114, 117, 120, 122, 

124) yüksəkliklər bəsit şəkildə verilmişdir. Bunun üçün səhifə 85-dəki xəritə nümunə 

ola  bilərdi.  Ümumiyyətlə,  istər  şəkillər,  istərsə  də  xəritələr  peşəkarlıq  baxımından 

eyni səviyyədə işlənməmişdir. 



Səhifə  9.  Xəritədə  digər  bəylərbəyilik  mərkəzlərinin  də  Təbriz  şəhəri  kimi 

işarələnməsi məqsədəuyğundur. 



Səhifə 17. Sxemdə “Qulamlar” ifadəsinin izahında “döyüşçülərdən” sözünün 

xristian gənclərdən” ifadəsi ilə əvəz edilməsi məqsədəuyğundur. 



Səhifə  18.  Aşağıdakı şəkildən fərqli olaraq, yuxarıdakı şəkildə topların olduğu 

tarixi yerin adı göstərilməmişdir. 




19 

 

Səhifə  22.  Hörmüzün  Portuqaliyadan  geri  alınma  tarixi  xəritədə  1620-ci  il 

verildiyi halda, səhifə 24-də 1-ci abzasın axırında 1622-ci il kimi verilmişdir. 

“Azərbaycan  Səfəvi  dövləti  şah  I  Abbas  və  varislərinin  dövründə”  adlı 

xəritədə  dövr  baxımından  Həştərxan,  Xivə  və  Buxara  xanlıqlarının  göstərilməsi, 



“Gürcüstan” adının yazılması məqsədəuyğun deyil. 

Səhifə  26.  Evliya  Çələbinin  şəkli  verilmiş  səhifədən  sonra  onun  kim  olduğu 

yazılmışdır. 



Səhifə  29.  Sxemdə  vəqf  torpaqlarının  məscidlərə  və  ruhanilərə  məxsusluğu 

göstərilmişdir.  Halbuki  vəqf  kiminsə  şəxsi  torpağı  ola  bilməzdi.  Burada 



“ruhanilərə” sözünün “dini idarələrə” ifadəsi ilə əvəz edilməsi məqsədəuyğundur. 

Səhifə  34.  Şəklin  altında  verilmiş  yazıda  “Multan”  sözünün  mənası 

açıqlanmamışdır. 



Səhifə  43. Haqqında bu səhifədə məlumat olmadığı halda, Hacı Davudun şəkli 

verilmişdir. Digər tərəfdən, bəzi internet resurslarında bu şəklin Şeyx Hacı Mənsura 

aid edilməsinə dair məlumat da var. Dəqiqləşdirmə üçün şəklin haradan götürüldüyü 

yazıla bilər. 



Səhifə  53.  Xəritədə  Kartli  ilə  Kaxetiyanın  yeri  dəyişik  verilmişdir.  Şamaxının 

adı  verilməmiş,  Gəncə  inzibati  mərkəz  olaraq  göstərilməmişdir.  Qılınc  işarəsinin 

mənası  şərti  işarələrdə  göstərilməmiş,  işğalçılıq  planında  əsas  yer  tutan  Bakı 

şəhərinin  adı  verilməmişdir.  Rusların  hücum  istiqaməti  düzgün  verilməmişdir. 

Verilmiş  xəritədən  belə  nəticə  çıxır  ki,  osmanlılar  Azərbaycana  elə  Azərbaycanın 

içərisindən - Şamaxıdan hücum ediblər. 



Səhifə 53, 57. Xəritələrdə Dağıstandan qərbdə Terek çayı boyunca çeçen, inquş, 

osetin, kabardin, qaraçay, çərkəz torpaqlarının Rusiya ərazisi kimi verilməsi düzgün 

deyil.  1722-1723-cü  illərdə  bu  ərazilər  Rusiyaya    məxsus  olmayıb.  Rusiya  bu 

əraziləri  XVIII-ci  əsrin  70-80-ci  illərində  işğal  edib.  Xəritədə  şərti  işarələr 

natamamdır. 

Səhifə  56.  Şəkildə    pulun,  yaxud    xatirə  medalının    göstərilməsi 

dəqiqləşdirilməlidir. 



Səhifə 57. Xəritədə Azərbaycan torpaqlarının “Persiya” adı altında göstərilməsi 

tarixi gerçəkliyə uyğun deyil. Şamaxı inzibati mərkəz olaraq göstərilməmişdir. 



Səhifə 61. Mərkəzi hakimiyyətə qarşı savaşmış Surxay xanın şəkli verilməyə də 

bilər. 


Səhifə 66. Şəkildəki xəncərin Nadir xana aid edilməsi mübahisəlidir. 


20 

 

Səhifə  77.  XVIII  əsrin  birinci  yarısına  aid  xəritədə  Dağıstan  ərazisi  Rusiya 

tərkibində  göstərildiyi  halda,  səhifə  85    103-də  XVIII  əsrin  ikinci  yarısına  aid 

verilmiş xəritələrdə “Dağıstanın feodal hakimlikləri” adı ilə göstərilmişdir. 

Xəritədə  paytaxt  kimi  Məşhəd  şəhərinin  göstərilməsi  nəzərdə  tutulmuşdursa, 

müvafiq  şərti  işarənin  daha  aydın  formada  verilməsi,  həmçinin  şərti  işarələrin 

açıqlamasında izahının verilməsi məqsədəuyğundur. 

Xəritədə “Böyük  Monqol  imperiyası”  ifadəsində “Monqol” sözünün əvəzinə 

Moğol” sözünün yazılması məqsədəuyğundur. 

Səhifə  85.  Xəritədə  Gilan  xanlığının  Azərbaycan  xanlıqlarından  fərqli  olaraq, 

rəngsiz verilməsi məqsədəuyğundur. 

Xəritədə  Zəncan  xanlığının  adı  verilsə  də,  səhifə  91-dəki  cədvəldə  həmin 

xanlığın adı verilməmişdir. 



Səhifə 86. Şəkildə Hacı Çələbi xanın təsvir edildiyi mübahisəlidir. 

Səhifə  91-94.  Paraqrafda  Cənubi  Azərbaycan  xanlıqlarına  aid  ayrıca  xəritənin 

verilməsi məqsədəuyğundur. 



Səhifə  96.  Qubalı  Fətəli  xanın  şəklinin  tək, yaxud  başqalarından  aydın  şəkildə 

fərqləndiriləcək formada verilməsi yaxşı olardı. 



Səhifə  102.  Tuti  Bikənin  şəklinin  onun  haqqında  məlumatın  verildiyi  əvvəlki 

səhifəyə keçirilməsi məqsədəuyğundur. 



Səhifə 103. Xəritədə şərti işarələrin açıqlamasında “Vassal ərazilər”in iki fərqli 

işarə ilə verilməsi qarışıqlıq yaradır. 



Səhifə 111. Xanlıqlar dövrünə aid xəritədə Gəncə sultanlıq kimi verilmişdir. 

Səhifə  124.  Haqqında  heç  bir  məlumat  verilmədiyi  halda,  xəritədə  Cavad 

xanlığının göstərilməsi əlavə sual yaradır. Bu, səhifə 85-dəki xəritəyə də aiddir. 



Səhifə  127.  Xəritənin  alt  hissəsində  “1780-1797-ci  illərdə  Ağa  Məhəmməd 

Şah Qacarın Gürcüstana yürüşləri” yazılmışdır. 1780-ci ildə Ağa Məhəmməd xan 

Qacar şah deyildi. Gürcüstana yürüş isə 1795-ci ildə olub. İfadənin “1795-ci ildə Ağa 



Məhəmməd xanın Gürcüstana yürüşü” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  135.  Şəkil  bir  o  qədər  uğurlu  alınmamışdır.  O  zaman  gördüyü  işlərlə 

müqayisə  etdikdə  Ağa  Məhəmməd  Şah  Qacar  haldan  düşmüş  bir  qoca  təsiri 

bağışlayır. Həmçinin Qacarın cilovdarının şalvarsız olması onu Roma legionerlərinə 

bənzədir. 



Səhifə 141. Bakıya aid şəklin şəhər haqqında məlumatın verildiyi səhifə 140-da 

verilməsi  məqsədəuyğundur.  Bəzi  şəkillərdən  fərqli  olaraq,  “Bakı.  İçərişəhər” 




Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə