186
Zəhərli kimyəvi maddələr əleyhinə paket
Zəhərli kimyəvi maddələr əley hinə paketlərdən insanın palta rına, bədəninə,
fərdi qoruyucu vasitələrə və alətlərə düşmüş damcımaye halda olan zəhərli,
kimyəvi təhlükəli maddələrin zə rərsizləşdiril məsi məq sədilə isti fadə olu nur. Pa
ketə da olan deqa zasiyaedici vasitə və 4 pambıqcuna tampon daxildir. Paket
sello fan kisə cikdə yerləşdirilib.
1
2
Zəhərli kimyəvi maddələr
əley hinə paket:
1 – 125–135 ml şüşə flakon;
2 – 4 pambıqcuna
İstifadə za manı paket açılır, tamponlar dan biri flakonda olan məhlulla isla
dılır. İsla dılmış tam ponla dəri nin açıq sahə ləri, əleyhqa zın şlemmaskası silinir.
Yenidən isladılan tamponla paltarın yaxalığı, man jet lər təmizlənir. Maye dəriyə
qısamüddətli, qıcıqlandırıcı təsir edir. Amma bu, iş qabiliyyətinə təsir göstərmir.
Yadda saxlamaq lazımdır ki, paketdə olan maye zəhərlidir və gözlər üçün
təhlükəlidir. Buna görə də gözlərin ətrafını quru tamponla silib 2%li soda
məhlulu ilə təmizləmək lazımdır.
1. Fərdi tibbi qoruyucu vasitələr haqqında təqdimat hazırlayın.
2. Fərdi sarğı paketinin istifadə qaydasını şərh edin.
3. Fərdi dərman qutusunun yuvacıqlarını şərh edin.
4. Ev üçün dərman qutusu haqqında təqdimat hazırlayın.
5. Zəhərli kimyəvi maddələr əleyhinə paketin istifadə qaydalarını gös
tərin.
6. Aşağı və yuxarı ətraflarınıza sarğı qoyun.
Sual və tapşırıqlar
LAYİHƏ
187
35. RADİOAKTİV VƏ KİMYƏVİ ZƏDƏLƏNMƏLƏRİN
TİBBİ PROFİLAKTİKASI
Radioaktiv və kimyəvi zədələnmə ocaqlarında fəsadları azaltmaq üçün
ərazinin, texnikanın, avadanlıqların, üst geyiminin, həmçinin bədənin açıq his
sə lərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi
olduqca vacibdir. Bunun üçün tam və qismən təmizləmələr tətbiq edilir.
Radioaktiv və kimyəvi zədələnmələr hansı ilkin yardımları zəruri edir?
Radiasiyalı, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə,
kütləvi qırğın silahları tətbiq edildikdə insanların paltarları, texniki vasitələr və
ərazi
radioaktiv, kimyəvi və bioloji vasitələrlə zəhərlənə bilər.
Radioaktiv maddələrin təsiri bir neçə gün ərzində, damcı şəklində olan
zəhərləyici maddələrin təsiri bir neçə gün, soyuq vaxtlarda isə bir neçə həftə və
bir ay davam edir. Bioloji vasitələrin təsir müddəti bir neçə gün və bir ay ola
bilər.
Adamlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar,
texniki vasitələr xüsusi təmizləmə keçməlidirlər. Sanitariya təmizlənməsi –
adam ların bədəninin və paltarlarının zəhərlənmələrdən təmizləməkdən ibarətdir.
Bu
təmizləmə
qismən və
tam ola bilər.
Qismən təmizləmə – zədələnmə ocaqlarında və yaxud onlardan çıxandan
sonra vaxt az olduqda bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir.
Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıl
lıqla aparılır:
– Əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silir, süpürür və
çırpırlar;
– Ayaqqabıları yaş əsgi
ilə silir və yaxud yuyurlar;
– Əleyhqazların (respiratorun) çantasını, üzlü borucuğunu, qutusunu yaş
əsgi
ilə silirlər;
– Əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə
yuyur, ağzı və boğazı qarqara edirlər.
İnsanların dərisi və paltarı damcımaye halında zəhərləyici maddələrlə
zəhərləndikdə qismən sanitariya təmizlənməsi təcili olaraq yerinə yetirilir.
Bunun üçün kimya əleyhinə paket və ya maye ilə isladılmış tənzif dəsmalla
dərini, paltarı və əleyhqazın üzlüyünü sürtmək lazımdır.
LAYİHƏ