Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə113/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   191

389

8) Emativ  tip – seçdiyi  çox  az  adamla  ünsiyyətdə 

olmağı  üstün  tutur,  nadir  hallarda  mübahisəyə  girişir,  həddən 

artıq həssas və ağlağandır;

9) Nümayişkar  tip – ünsiyyətlidir,  liderliyə  can  atır, 

hakimiyyətə  və  tərifə  çox  həvəslidir.  İnsanlara  yüksək 

uyğunlaşma  qabiliyyətini  və  bununla  birlikdə  xüdbinlik, 

ikiüzlülük, lovğalıq, intriqalara meylini nümayiş etdirir;



10) Coşğun  tip  – yüksək ünsiyyətlilik  bacarığı, çox  da-

nışan  (qeybətçil),  tez-tez  aşiq  olmaq  onlar  üçün  xasdır.  Onlar 

alturistdirlər,  ürəyi  yumşaqdırlar,  yaxşı  zövqləri  var, 

hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər;



11) Ekstravert  tip – ünsiyyətlidirlər,  onların    çoxlu 

dostları  var,  çox  danışandırlar,  hər  bir  məlumatı  müzakirə 

etməyi  xoşlayırlar,  tez-tez  liderliyi  başqalarına  verirlər,  itaət 

etməyi  və  kölgədə  qalmağı  üstün  tuturlar,  tez  təsirə  düşürlər, 

yüngülxasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyllidirlər;

12) İntrovert tip – o az təmaslıdır, qapalıdır, xəyal-

pərvərdir,  filosofluğa  meyllidir.  Həmçinin  bu  insanlar  təkliyi 

sevirlər,  prinsipiallıq    və  təmkinlilik  kimi  cəzbedici 

xüsusiyyətlərə 

malikdirlər. 

Xoşagəlməz 

xüsusiyyətləri 

bunlardır:  inadkarlıq,  təfəkkürdə  lənglik,  öz  ideyalarını  (hətta 

səhv olsa belə) inadkarcasına müdafiə etmək.

Sonralar  Yeniyetmələrdə  xarakterin    aksentuasiyasının 

təsnifatını A.E.Liçko (1983) vermişdir. Bunlar aşağıdakılardır: 

1) Gipertim  tip – hərəkətlidir,  ünsiyyətlidir,  şuluqluğa 

meyllidir;  Onların əhvalı  həmişə  yaxşı,  yüksək  olur.  Tez-tez 

konfliktə girirlər. Onlar çox şeyə həvəs göstərirlər, lakin axıra 

qədər çatdırmırlar.



2) Tsikloid tip – tez  qıcıqlanır,  fəaliyyətsizliyə 

meyllilidir,  əhval-ruhiyyəsi  tez-tez  dəyişir.  Evdə  tək  qalmağa 

üstünlük verirlər.

3) Qərarsız  tip - əhval-ruhiyyəsi  həddən  artıq    tez-tez, 

həm də daha  çox gözlənilməz surətdə dəyişir;



4) Astenonevrotik tip – bu tip həddən artıq vasvasılığı, 


390

şıltağlığı, yoruculuğu və tündməcazlığı ilə xarakterizə olunur;



5) Senzitiv  tip – o  hər  şeyə  qarşı  yüksək  həssaslıq 

göstərir.  Bu  yeniyetmələr  böyük  məclisləri  və  hərəkətli 

oyunları sevmirlər, onlar adətən utancaq və qorxaqdırlar;

6) Psixoastenik  tip – bu  tipli  yeniyetmələr  intellektin 

erkən  və  sürətli  inkişafı  ilə,  düşüncə  və  xəyallara  dalmağa 

meylliliklə  xarakterizə  edilirlər.  Buna  baxmayaraq,  onlar  çox 

vaxt  işdə  deyil, sözdə  güclü  olurlar.  Özünə  inam  qərarsızlıqla 

uyğunlaşır.  Tanış  adamlar  arasında    özlərini  daha  yaxşı  hiss 

edirlər. 



7) Şizoid tip - əsas xüsusiyyətlərindən biri qapalılığıdır. 

Onların  iç  dünyası  müxtəlif      fantaziyalarla  zəngindir.  

Hisslərini  biruzə  verməkdə  onlar  kifayət  qədər  təmkinlidirlər, 

heç də həmişə ətrafdakılar onları başa düşmür. Qaradinməz, bir 

iş olanda özünü kənara çəkəndir.

8) Epileptoid    tip – bu  tipli  yeniyetmələr  tez-tez 

ağlayırlar,  ətrafdakıları  təngə    gətirirlər,  xüsusən  də  erkən 

uşaqlıqda.  Liçkonun  qeyd  etdiyi  kimi,  bu  uşaqlar  həmçinin 

heyvanlara  əzab  verməyi,  özlərindən  balacalara  sataşmağı, 

köməksizləri  lağa  qoymağı  sevirlər.  Uşaq  kompaniyalarında 

özlərini  diktator  kimi  aparırlar.  Onların  tipik  xüsusiyyətləri    -

qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.

9) İsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, 

şəxsən özünə daima diqqət duyğusudur. Bu cür yeniyetmələrdə 

tez-tez  şıltaqlığa,  özünü  göstərməyə,  teatrallığa  meyl  özünü 

biruzə  verir.  Onlar  üçün  ətrafdakıların  diqqətini  özünə  cəlb  

etmək və öz ünvanına ona məftun  olduqlarını,   təriflədiklərini 

eşitmək arzusu  ən zəruri ehtiyaclardan birinə çevrilir.



10) Qeyri-sabit  tip – bu  tipi  həmişə  səhv  olaraq  zəif  

iradəli,  kütlədən  seçilməyən  bir  tip  kimi  xarakterizə  edirlər. 

Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir.

11) Konform  tip – bu  tipə  aid  olan  yeniyetmələr  hər 

hansı  avtoritetə  sözsüz  itaət  nümayiş  etdirirlər.  “Hamı  necə, 

mən  də  elə”  ideyasını  əsas  götürürlər.  Öz  şəxsi  maraqları 



391

naminə yoldaşlarını satmağa hazırdırlar.



V. 16.4. Xarakter və şəxsiyyət

        Xarakterin  tiplərinin  mövcud  olan    bütün    konsepsiya-

larının çox ciddi bir çatışmazlığı var. Məsələ ondadır ki, hər bir 

insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə 

bilər. Çox vaxt eyni insanda  xarakterin  ən müxtəlif əlamətləri 

kifayyət  qədər  inkişaf    etmiş  olur.  Praktik  olaraq,  xarakterin 

tiplərinin  bütün  təsvirlərində  ən  müxtəlif  cinsli  və  ya  daha 

düzgün  desək  ən  müxtəlif  qəbildən      olan  xüsusiyyətlərinin 

birləşməsini tapmaq olar.

        Başqa  cür  desək,  onlarda  bütöv  şəkildə  həm  xarakterin, 

həm  də  şəxsiyyətin  xüsusiyyətləri  mövcuddur.  Məsələn,  şizo-

idlərin  xarakteristikasını  verərkən  E.Kreçmer    formal,    yəni 

davranışın  yönümündən  asılı  olmayan  (xarakterin  xüsusiy-

yətləri):  ünsiyyətsizlik,  təmkinlilik,  ciddilik,  qorxaqlıq,  sen-

timentallıq  kimi  xüsusiyyətləri,  o  biri  tərəfdən  isə  daha 

məzmunlu,  şəxs  əsaslı  “insanları  xoşbəxt  etməyə  çalışmaq”, 

“nəzəriyyəbaz  prinsiplərə  meyl”,  “sarsılmayan  əqidə  möh-

kəmliyi”, “baxışlarının təmizliyi”, öz ideyaları uğrunda müba-

rizəyə  mətin olaraq  çalışmaq    və  s.  kimi  xüsusiyyətləri  sada-

layır.

        P.B.Qannuşkinin  paranoyyalı  tiplərə  verdiyi  təsvirdə 



həmçinin  psixoloji  xarakteristikaların  – dinamikliyindən 

tutmuş  dünyabaxışına  qədər  bütün  xüsusiyyətlərini  tapmaq 

olar.

        Bu  cür misalları çoxaltmaq  da  olar.  Xarakterin  tiplərinin 



təsvirinə daxil olan "müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. 

Amma  Gippinreyterin  fikrincə  xarakterin  tam,  təsvirlərinin 

geniş təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri 

bunu etmirlər. 

        Psixoloji  ədəbiyyatda  şəxsiyyətin  xarakterlərinin  forma-

laşması    haqqında  ümumi  nəzəriyyənin  işlənib  hazırlanması 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə