Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə118/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   191

406

                    

                             Ağıl yaşı x100

          İQ=----------------------------------------------   

                    Uşağın xronoloji yaşı (faktik yaş)

                    MA

           İQ=---------.100

                       CA

Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində iki

uşağın (10yaş yarım və 14 yaş) hər ikisi eyni (120) xal toplasa

və beləliklə də onların hər birinin ağıl yaşı    11,5  ilə bərabər

olsa,  onda həmin uşaqların əqli istedad əmsalını bu cür

hesablamaq olar:

                            11,5

Birinci uşaq İQ  =--------.100=109,5 

                             10,5

                         11,5

İkinci uşaq İQ =--------.100=82,1

                               14

Beləliklə birinci uşağın əqli istedad əmsalı 109,5, ikinci

uşağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci uşaq əqli

cəhətdən ikinci uşağa görə daha istedadlıdır (testologiya

təcrübəsində İQ_130-a bərabərdirsə uşaq istedadlı,180  dan

çoxdursa ən istedadlı hesab olunur.  Lakin psixoloqların

apardıqları elmi psixoloji təhlil bu əqli istedad əmsalının bir

növ fiksiya olduğunu göstərir.  Əslində isə yuxarıda təsvir

olunan priyomların cəmi insanın əqli qabiliyyətlərini deyil, 

onda bu və ya digər məlumat, bacarıq və vərdişlərin olduğunu

göstərir

ki, 


qabiliyyətlər

onlarla


qarışdırılmamalıdır. 

Qabiliyyətlərin mahiyyətini təşkil edən bilik və bacarıqların

qazanılması isə burada aydınlaşdırılmamış qalır.

Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin




407

kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün

olmadığı və müxtəlif diaqnostik metodlardan,  test və

yoxlamalardan istifadənin əvvəlcədən arzuedilməz olduğu

haqda nəticə çıxarılmamalıdır.  Bir çox sahələrdə,  məsələn

anadangəlmə  qüsurları nəticəsində zehni cəhətdən geridə qalan

uşaqların müəyyənləşdirilməsində,  yüksək riyazi qabiliyyətə

malik olan uşaqların ixtisaslaşmış məktəbdə oxuması üçün

seçilməsində,  təyyarəçi və kosmanavtların seçilməsində

testləşdirmə aktual bir məsələ kimi əhəmiyyətlidir. Bu mənada

nə qısa yoxlamalar,  nə də onların nəticələrinin kəmiyyətcə

təhlili heç bir etiraz doğurmur.



V. 17. 3. Qabiliyyətlərin quruluşu

Əvvəlki bölmədə qeyd olunduğu kimi,  qabiliyyət

insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı

olduğunu ğöstərən fərdi-psixi xassəsidir.  Bu baxımdan

qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə

şərtlənir.  Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq

qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz. 

Məsələn,  müəllimin pedaqoji qabiliyyətlərin strukturuna

pedaqoji fəaliyyəti müvəffəqiyyətlə    yerinə yetirmək üçün

zəruri olan şəxsi pedaqoji qabiliyyətlər (müşahidəçilik, 

uşaqlara hüsn-rəğbət bəsləmək,  dözümlülük,  özünə sahib

olmaq);  didaktik qabiliyyətlər (izah edə bilmək,  natiqlik, 

nəzəri);  təşkilati-kommunikativ qabiliyyətlər (təşkilatçılıq, 

avtoritar,  kommunikativ,  perseptiv,  pedaqoji mərifət,  artistlik) 

və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uşaqlara hüsn

rəğbət bəsləmək,  müşahidəçilik,  pedaqoji mərifət,  izah edə

bilmək, təşkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə (natiqlik, 

artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin

strukturuna daxil olur,  təlim və tərbiyənin müvəffəqiyyətlə

həyata keçirilməsini təmin edir.

Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata



408

keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu

cür xüsusiyyəti müşahidə etmək mümkün olur. Məsələn, ədəbi

qabiliyyətlərin strukturuna estetik hisslərin inkişafı,  əyani

hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək, 

fantaziya zənginliyi, insan psixologiyasını dərindən bilmək və

s. qabiliyyətlər özünəməxsus şəkildə birləşir.

Ümumi və xüsusi qabiliyyətlərAdətən,  hər şeydən

əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi

olmaqla iki növünü qeyd edirlər.                                                                                                                             

Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət

növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan

qabiliyyətləri aid edirlər.  Nitq    qabiliyyəti,  əqli qabiliyyətlər, 

hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə

aid etmək olar.  Məsələn,  müşahidəçilik qabiliyyətini şagird, 

müəllim,  yazıçı,  rəssam,  kəşfiyatçı,  alim və başqa fəaliyyət

növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab

etmək olar.

Xüsusi qabiliyyətlərə gəldikdə,  bu cür qabiliyyətlər

insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə

yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir.  Bu cür

qabiliyyətlərə musiqi,  riyazi,  linqvistik,  texniki,  ədəbi,  idman

və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər

insanda müvafiq təbii imkanların olması zəruridir.  Adətən, 

ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və

ifadəli nitq,  söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, 

surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi

qeyd etmək olar.

Həyati faktlardan məlum olduğu kimi,  hər hansı bir

fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda

qabiliyyətlərin həm ümumi,  həm də xüsusi növlərinin

formalaşması zəruridir.  Əksər tədqiqatçıların fikrincə ümumi

və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təşkil etmirlər. 

Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin

müvəffəqiyyətini təmin edirlər.  Bəzi mütəxəsislərin fikrincə




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə