Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə119/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   191

409

ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza

rolunu oynayırlar.    Xüsusi qabiliyyətlər,  alimlərin fikirincə, 

«ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət

prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə»  əmələ

gəlir


1

. Bu cür modifikasiyanın gedişini prof. Ə.Ə. Əlizadə belə

şərh edir: 

«Qavrayış ədəbi yaradıcılıqda poetik görmə,  texniki-

konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaşmağa

başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi

belə gedir:  surət,  hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq), 

məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq).  Təxəyyül

ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv

yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi

yaradıcılıqda

obrazlı


təfəkkürə, 

texniki-konstruktiv

yaradıcılıqda texniki təfəkkürə çevrilir…

Bu proses qabiliyyətlərin «ixtisaslaşması» prosesidir»

1

.

Nəzərə almaq lazımdır ki,  hər hansı bir fəaliyyəti mü-



vəffəqiyyətlə icra etmək üçün həm ümumi,  həm də xüsusi

qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir. 

Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. 

Həmin funksiyadan asılı olaraq,  fəaliyyətin bir mərhələsində, 

tutaq ki,  poetik qavrayış əsas rol oynadığı halda,  başqa bir

mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə

bilər.

Talant qabiliyyətlərin inkişaf mərhələsi kimi. Əksər

psixoloji ədəbiyyatda talant    qabiliyyətlərin ən yüksək inkişaf

mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir

ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə, 

müstəqil və orijinal şəkildə yerinə yetirmək imkanı verir.  Ta-

lant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan

                                                

1

Ялизадя Я.Я.  Истедадлы ушаглар. Психпедагожи мясяляляр. 

Есселяр, етüдляр. – Бакы, 2005, с.83

1

Ялизадя Я.Я. Йеня орада. Сящ.83



410

verən,  həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf

mərhələsidir.

Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda

yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız

imkan rolunu oynayır.  Lakin potensial imkan kimi talantla

onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi

məhsulun əldə edilməsi arasında bərabərlik işarəsi qoymaq ol-

maz.  Bu sahədə tədqiqat aparmış psixoloqların (A.V. Petro-

viski,  M.Q.  Yaroşevski)  fikrincə özünün tam dəyərli inkişafı

üçün hansı istedadın daha əlverişli şərait əldə etməsi dövrün

tələbatından və dövlət qarşısında duran konkret məsələlərin

xüsusiyyətlərindən asılıdır.  Müharibə dövründə sərkərdəlik

talantı,  dinc dövrdə mühəndis,  konstruktor və s.  talantı daha

sürətlə inkişaf edir.

Talantın


strukturuna

gəldikdə,  o,  qabiliyyətlər

kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək

inkişaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə, 

ayrıca götürülmüş qabiliyyətləri talantın analoqu kimi

götürmək olmaz.  Bunu həyatı faktlar və aparılmış tədqiqatlar

da təsdiq etmişdir.

Talant və dahilikQabiliyyətlərin yüksək inkişaf pilləsi

talantla məhdudlaşmır.  Bəzi adamlar öz istedadlarının yüksək

səviyyəsi ilə də fərqlənir,  onların yaradıcı nailiyyətləri

cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, 

epoxanı əhatə edir.  İnsanda qabiliyyətin bu cür inkişaf

səviyyəsi dahilik adlanır.  Dahilik şəxsiyyətin elə bir ali

yaradıcılıq səviyyəsidir ki,  həmin səviyyəyə yüksələn insan

cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi in-

san,  obrazlı şəkildə demiş olsaq,  öz fəaliyyəti sahəsində yeni

dövr yaradır.  Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq, 

keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı

köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik

haldır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin pro-

qressiv inkişafına təsir göstərir.  Dahi şəxsiyyət hadisələrin




411

gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun

qurmağa çalışır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər

ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı

400-dən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək iste-

dad səviyyəsi fəaliyyətin müxtəlif sahələrinin qeyri adiliyi ilə

əlaqədar olur.  Tarixən bu cür universallığa malik olan

dahilərdən

Aristotelin, 

Leonarda 

 

da 


 

Vinçinin, 

M.V.Lomonosovun,  Nizami Gəncəvinin,  Tusinin və b.  adını

çəkmək olar.  Məsələn,  Tusi müxtəlif bilik sahələrində öz

əvəzolunmaz nailiyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək

deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni

dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz «profilinə» ma-

lik olur.  Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük, 

dominantlıq təşkil edir,  qabiliyyətlərindən hansısa daha aydın

təzahür edir.



V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri

Təbii imkanlar və qabiliyyətQabiliyyətlərin insanda

necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb

etmişdir.  Artıq psixologiyada belə bir fikir    əsaslandırılmışdır

ki,  şəxsiyyətin bütün başqa fərdi-psixi xassələri kimi

qabiliyyətlər də insan tərəfindən hazır şəkildə, təbiətin ona ver-

diyi fitri,  anadangəlmə bir şey kimi əldə edilmir,  həyat və

fəaliyyətdə formalaşır.  Bununla belə qabiliyyətlərin fitriliyini

inkar etmək hec də mütləq səciyyə daşımır. Psixologiyada belə

bir müddəa əsas götürülür ki,  insan hər hansı bir fəaliyyət

sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan



təbii imkanlarla doğulur.  Bu imkanlar qabiliyyətlərin

inkişafının təbii ilkin şərtləri kimi özünü göstərir. Onlar beyin

qurluşunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional

xüsusiyyətlərindən ibarətdir.  Onlar hələ qabiliyyət deyil,  təbii




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə