Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə178/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   191

601

hansıları aradan qaldırmağın zəruri olduğu öz əksini tapmalıdır. 

Xarakteristika qısa nəticələrlə başa çatmalıdır. Burada şagirdin

fərdi psixi xüsusiyyətlərinin təhlili əsasında onunla gələcəkdə

aparılması zəruri olan tərbiyəvi işin istiqaməti,  konkret

tərbiyəvi təsir metodları və priyomları qeyd olunmalıdır.

Bu cəhətlər sinif kollektivinə tərtib olunan psixoloji-

pedaqoji xarakteristikada da nəzərə alınmalıdır. Burada da sinif

kollektivinin inkişaf xüsusiyyətləri və gələcəkdə kollektivlə

aparılacaq işin məzmunu və təşkilinə dair təkliflər verilməlidir. 

Burada bir cəhəti də qeyd etmək lazımdır ki,  istər şagird

şəxsiyyətinin,  istərsə də sinif kollektivinin gələcək inkişafı

üçün irəli sürülən təkliflər ünvansız olmamalıdır. Konkret ola-

raq bu və ya digər cəhətin inkişafında kimin məsul olduğu, ki-

min müvafiq tədbiri həyata keçirəcəyi göstərilməlidir. 

Şagird şəxsiyyətinin psixoloji xarakteristikası özündə

aşağıdakı göstəriciləri əks etdirməlidir:

I. Şəxsiyyət haqqında ümumi məlumat.

II. Şagirdin daxil olduğu kollektivin qısa xarakteristikası. 

III. Xarakterizə olunan şagirdin sinifdə, ailədə və yoldaş-

ları arasında mövqeyi.

IV. Şəxsiyyətin istiqaməti və iddia səviyyələri.

V. Fəaliyyətinin ümumi xarakteristikası.

VI. Psixi proseslərinin fərdi xüsusiyyətləri.

VII.  Şəxsiyyətin struktur komponentləri (qabiliyyətləri, 

temperamenti və xarakteri).

VIII.  Şagird şəxsiyyətinin müsbət və mənfi kompo-

nentləri barədə nəticələr, onunla gələcəkdə aparılacaq iş barədə

təklif və məsləhətlər.

Şagird


şəxsiyyətinin

öyrənilməsi

ona


psixoloji-pedaqoji

xarakteristika

tərtibini

aşağıdakı

təxmini

sxem


üzrə

aparmaq olar

.



602

Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji

xarakteristika  tərtibi üçün təxmini sxem

1.Şagird haqqında ümumi məlumat.  Şagirdin soyadı, 

adı, atasının adı,  yaşadığı yer, məktəbin nömrəsi,  oxuduğu si-

nif, yaşı, sağlamlıq dərəcəsi.



2.Şagirdin ailə şəraiti və ailə tərbiyəsi. Ailədəki mədəni

məişət şəraiti,  ailədəki qarşılıqlı münasibət,  onun tərbiyəsinə

qayğı. 

3.Şagirdin mənsub olduğu sinif kollektivinin xarakte-

ristikası.  Sinfin fəalları,  ictimai və ictimai-faydalı işə müna-

sibət,  sinfin mənimsəmə və intizamı,  kollektivdə şəxsiy-

yətlərarası münasibətlər, dostluq,  yoldaşlıq, sinif kollektivində

ənənələr. 



4.Şagirdin kollektivə münasibəti.  Kollektivin üzvü ol-

maq tələbatı.  Kollektivin rəyi ilə hesablaşmaq,  onun şərəfi

uğrunda mübarizə aparmaq.  Şagirdin yoldaşları arasında

hörməti,  ünsiyyətliliyi və başqalarını anlaması.  Kollektivdəki

mənfi sosial-psixoloji hadisələrə münasibəti.

5.Şəxsiyyətin istiqaməti.  Şagirdin şəxsi    və işgüzar

istiqaməti.  Maraqları,  onların dərinlik dərəcəsi,  genişliyi, 

davamlılığı.  Aydın təzahür edən idrak maraqları.  Baxış və

inamı, arzu və idealları.



6.Şagirdin iddia səviyyəsi.  Aşağı,  uyğun və yüksək id-

dia səviyyəsindən hansına malik olması. Özünüqiymətləndirmə

və iddia səviyyəsinin qarşılıqlı əlaqəsi.  Özünə qarşı

tələbkarlığı.  Müəllim və yoldaşlarının tənqidi qeydlərinə

münasibəti. Özünütərbiyəsinin xüsusiyyətləri.

7.Şagirdin müxtəlif fəaliyyət növlərində iştirakı.-

Şagirdin təlimə münasibəti,  maraqla oxuması,  maraqsız

oxuması, oxumaq istəməməsi. Ayrı-ayrı fənlərə münasibəti və

mənimsəmə səviyyəsi. Əmək fəaliyyətinə münasibəti. Şagirdin

ictimai fəallığı, peşə yönümü və peşə seçməsi.

8.İdrak fəaliyyətinin xarakteristikası.  Qavrayışının, 



603

müşahidəçiliyinin xüsusiyyətləri.  Hafizəsinin xüsusiyyətləri, 

hafizənin hansı tipinə malik olması. Diqqətinin xüsusiyyətləri, 

davamlılığı, keçirilməsi, dalğınlığı və s. Yaradıcı və bərpaedici

təxəyyülünün

xüsusiyyətləri. 

Obrazlı



mücərrəd



təfəkkürünün xüsusiyyətləri,  təfəkkürünün müstəqillik və

tənqidiliyinin inkişaf dərəcəsi;  məntiqi təfəkkürün inkişafı, 

fikirlərinin ardıcıllığı və sübutluluğu,  fikirləşmək və nəticə

çıxarmaq bacarığı;  hökm və əqli nəticələrindəki müstəqillik. 

Şifahi və yazılı nitqinin inkişaf xüsusiyyətləri.

9.Emosional-iradi sferasının xüsusiyyətləri.  Pedaqoji

təsirlərə emosional reaksiyasının xarakteri. Əxlaqi, zehni və es-

tetik hisslərin xüsusiyyətləri.  Emosional oyanıqlıq dərəcəsi, 

emosiyaların cərəyanı və dəyişmə sürəti,  emosiyaların xarici

ifadəsi.  İradi xüsusiyyətləri:  məqsədyönlülüyü,  müstəqilliyi, 

təşəbbüskarlığı, qətiliyi, təkidliliyi, özünə sahib olması və s.



10.Qabiliyyətlər.  Ümumi və xüsusi qabiliyyətləri;  şa-

girddə aydın müşahidə olunan qabiliyyətlər:  musiqi,  texniki, 

riyazi, təşkilatçılıq və s. 

11.Temperament. Temperamentin hansı tipinin üstünlük

təşkil etməsi: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Həmin

tipə mənsub olduğunu göstərən amillər.

12.Xarakter.  Şagirdin təlimə münasibətdə ifadə olunan

xarakter əlamətləri:  səyliliyi,  fəallığı,  intizamlılığı və s. 

Məktəbə və sinfə münasibətdə ifadə olunan xarakter əlamətləri. 

Əməyə münasibətdə ifadə olunan xarakter əlamətləri: 

əməksevərliyi,  vicdanlılığı,  işgüzarlılığı.  Yoldaşlarına və

böyüklərə münasibətdə ifadə olunan xarakter əlamətləri: 

qayğıkeşlilik,  ünsiyyətlilik.  Şeylərə münasibətdə ifadə olunan

xarakter əlamətləri:  səliqəlilik və ya səliqəsizlik,  ehtiyatlılıq, 

ehtiyatsızlıq.  Özünə münasibətdə ifadə olunan xarakter

əlamətləri: təvazökarlıq, lovğalıq, məğrurluq və s. 



13.Təcrübəçi tələbə kollektivin köməyi və fərdi

yanaşma yolu ilə şagirdin tərbiyəsində nə kimi işlər

görmüşdür? Yerinə yetirilən işin səmərəliliyi.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə