55
Ə D Ə B İ Y Y A T
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri –
Bakı. 2002, s. 7-127
Ümumi psixologiya A.V.Petrovskinin red. ilə – Bakı,
1982, s. 5-68
Əliyev B.H. Məhkəmə psixoloji ekspertizasının ümumi
məsələləri. – Bakı, 1997
Əliyev R.İ Psixologiya tarixi. – Bakı, 2006, s. 14-18;
354-375.
Nemov R.S. Psixoloqiə. V 3-x kniqax, kn. 1. – M.,
1998, s. 5-90.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001,
s. 12-69.
Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x
tom – t. 1, M.,1989, s.12-89.
Fress P., Piaje J. Gksperimentalğnaə psixoloqiə
Vıp. 1-2 .M., 1966, s. 99-155
56
2 - c i F Ə S İ L
PSİXİKANIN FİLOGENEZDƏ İNKİŞAFI
Qısa xülasə
Psixikanın yaranma
və
inkişafının
öyrənilməsi
tarixindən. Hər cür materiyanın inikas qabiliyyətinə malik olması.
Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, in-
stinktiv, həyatda qazanılan və intellektual davranış formaları kimi.
Tropizmlər bioloji amillərə orqanizmin özünəməxsus cavab
vermə üsulu kimi. Tropizmlərin növləri: fototropizm, termotropizm,
xemotropizm, topotropizm.
İnstiktiv davranış – mühitin müəyyən şəraitinə, təsirinə
qarşı anadangəlmə reaksiya forması kimi.
Heyvanlarda vərdişlər həyatda qazanılan davranış forması
kimi.
Heyvanlarda intellektual davranış forması və onun
xüsusiyyətləri.
Psixikanın filogenezdə inkişafı
Psixikanın yaranma və inkişafının öyrənilməsi
tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi
təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran
mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan
əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli
dünyagörüşü: idealist və materialist dünyagörüşü barədə
fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika
(ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadan
əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv
gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur
və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək
surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
57
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan
psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının
təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə
yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə
inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini
müəyyənləşdirmək lazımdır.
Daha vacib məsələlərdən biri də insan psixikasının tarixi
inkişafının öyrənilməsi ilə bağlıdır.
Müasir insanların psixi xüsusiyyətləri heç də insan
psixikası üçün əbədi olan bir keyfiyyət deyildir. Onlar ictimai
mühitin, şəraitin inkişafı nəticəsində dəyişir. Sosial-iqtisadi
şərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətlər
yaradır. Yəni insan psixikası əbədi, dəyişməz olaraq qalmır.
İstənilən konkret tarixi şəraitdə insan psixikasının bəzi
xüsusiyyətləri inkişaf edir, şəraitlə ziddiyyət təşkil edənlər isə
sanki «dondurulur».
Cansız, qeyri-üzvü materiyadan başlamış ən ali
mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya
maddi aləmin ümumi keyfiyyəti olan inikas (əksetdirmə),
başqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. İnikasın
forması materiyanın varlıq formasından asılıdır.
Cansız maieriyada baş verən keyfiyyət dəyişikliklərinə
əsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə -
qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların xarici
təsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkişafı
həyat şəraitinin mürəkkəbləşməsi və orqanizmin anatomik qu-
ruluşunun təkmilləşməsi nəticəsində həssaslıq artmış, tədricən
duyğular yaranmışdır.
Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm,
instinktiv, həyatda qazanılan və intellektual davranış
formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə,
birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm
təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji
təsir göstərə bilər ki, bunun nəticəsində həmin orqanizmin
58
protoplazmasının xassəsi dəyişir.
Bioloji amillərə özünəməxsus cavab vermək üsulları
tropizmlər və ya taksislər adlanır.
Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototro-
pizm - canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli;
termotropizm - işığın təsiri ilə hərəkətetmə meyli ; xemotro-
pizm - müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli ; topo-
tropizm - mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə
meyli və s.
Canlılarda psixikanın təşəkkül tapması onların mühitə
uyğunlaşa bilmələri ilə bağlı olan dəyişikliklərdən yaranır.
Yəni canlının xarici mühitin təsirinə uyğun davranışını meyda-
na çıxır. Onların mühitə uyğunlaşması anatomik dəyişikliklərə
səbəb olmur, sadəcə olaraq onun davranışı dəyişir.
Bir çox canlıların davranışı instinktiv davranışdır və təbii
tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı
mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır.
İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xa-
rakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab
edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada
mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Lakin belə
yanaşma səhvdir. İ.P. Pavlov göstərir ki, canlıların inkişafının
bütün dövrlərində fərdi uyğunlaşma olmuşdur. Bu canlıların
(məsələn, bağırsaqboşluqlarda) həyat prosesində ayrı-ayrı
fərdlərdə müvəqqəti əlaqələr – şərti reflekslər yaranır. Məsələn,
kağız parçasını aktiniyaya yaxınlaşdırsaq onu tutub udar, lakin
bir neçə təkrardan sonra hətta, kağızı ağız boşluğuna almadan
kənara atır. Lakin yaranan bu cür əlaqələr qısamüddətli olur,
tezliklə sönür. Canlıların davranış xüsusiyyətləri inkişafın ilk
mərhələsində müxtəlif xassəli şeylərin təsirindən yaranırdı.
Məsələn, məlumdur ki, həşərat tora düşən kimi hörümçək
dərhal onun yanına qaçır və tikanını ona batırır. Hörümçəyin
belə davranışı nə ilə bağlıdır? Aparılmış xüsusi təcrübələr
göstərir ki, torun tərpənməsi həşəratı öz ovuna doğru çəkir.
Dostları ilə paylaş: |