Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə78/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   191

274

əsasına görə hərəki təbiətə malikdir». Ritmi eşitmək mümkün

deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.

Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması

subyektiv xarakterdə olur.  Əgər qavradığımız zaman maraqlı

hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğun-

dan sürətlə keçir.  Əksinə,  həmin vaxtda baş verən hadisələr

maraqsızdırsa biz vaxtın çox ağır,  ləng keçdiyini zənn edirik. 

Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də zamanın

qavranılmasına təsir edir.  Hadisələr bizdə müsbət hisslər

yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayışı çox dəqiq

olmur,  ona subyektiv amillər təsir göstərir,  adam vaxtı

qiymətləndirməkdə ciddi səhvlərə yol verir.  Elə buna görə də

vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik.                                                                     



Hərəkət qavrayışı.  Hərəkət qavrayışı həm məkan,  həm

də zaman amillərindən - cismin uzaqlığından,  onların

yerdəyişmə sürətindən,  həm də qavrayanın özünün məkanda

hərəkətindən asılıdır.  Məsələn,  saatın əqrəbinin hərəkətini

bilavasitə görmək olmur.  Onun əvvəlki yeri ilə hazırki yerini

müqayisə etməklə hərəkət etdiyini söyləyirik.  Həddən artıq

surətli hərəkətləri də qavramaq mümkün olmur.  Hərəkətin

qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə

ki, 

görmə, 


hərəkət, 

eşitmə


analizatorları

hərəkətin

qavranılmasında iştirak edir.

Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və

xüsusiyyətləri əks olunur.  Məsələn,  hərəkətin səciyyəsi

(əyilmə,  qalxma),  forması (düzxətli,  əyrixətli),  istiqaməti

(aşağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət), 

sürəti (cəld, ağır və s.).



Qarşıda məqsədin olub-olmasından asılı olaraq

qavrayışın iki növü mövcuddur:



1) Qeyri ixtiyari qavrayış

2) İxtiyari qavrayış

Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin

qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, 



275

yeniliyi,  cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi

niyyət olmadan qavrayırıq.

Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir

obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas

prosesinə ixtiyari qavrayış deyilir.  Müəllimin mühazirəsini

dinlədikdə,  teatr tamaşasına baxdıqda,  kitab oxuduqda biz bu

cür hərəkət edirik.



Qavrayışda illuziyalar. Hiss üzvlərimizə bilavasitə təsir

edən cisimlər bəzən olduğu kimi deyil,  təhrif edilmiş şəkildə

qavranılır.  Belə təhrif edilmiş,  düzgün olmayan qavrayışa

illuziya deyilir. (bax: şəkil 13).

Şəkil 13.

           Görmə

qavrayışında

illuziya daha çox

özünü göstərir.  Şəkildə göründüyü kimi,  üfüqi düz xəttlər

fondan asılı olaraq, əyri xəttlər kimi qavranılır. İlluziyalar təkcə

görmə ilə bağlı deyil,  hərəkət,  lamisə,  ağırlıq,  temperaturun

qavranılmasında da baş verə bilir.

İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış

təhrif olunur. Məsələn,  diqqətin zəifləməsi, affekt halı zamanı

illuziya hadisəsi özünü göstərir.



        Müşahidə və müşahidəçilik.  İxtiyari qavrayışın tipik

nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində

müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm

qavrayışa deyilir.

Təlim işində,  elmi-tədqiqat işlərində,  bədii yaradıcılıqda

bir sözlə,  insanın fəaliyyətinin bütün sahələrində müşahidənin

böyük əhəmiyyəti vardır. Müşahidənin  müvəffəqiyyəti bir çox

cəhətdən asılıdır:



1.  Hər şeydən əvvəl müşahidənin səmərəliliyi insanın


276

qarşısında duran məqsəddən,  müşahidənin planından asılıdır. 

Müəyyən edilmişdir ki,  insan gözü gündə 100000-ə qədər

sıçrayışlı

hərəkət

edir.  Bu



sıçrayışlar

bir-biri


ilə

əlaqələndirilməmiş, məqsədsiz olur. Belə vəziyyətdə müşahidə

edən həmin qarma-qarışıq təəssüratlardan baş çıxara bilməz. 

Ona görə də müşahidənin istiqamətini göstərən, necə deyərlər, 

bir «kompas» lazımdır. Belə bir «kompas» məhz, müşahidənin

planı və qarşıya qoyulan məqsəddir.



2.  Müşahidənin müvəffəqiyyətli olması üçün ona

qabaqcadan hazırlaşmaq, keçmiş təcrübə, müşahidəçinin biliyi

böyük əhəmiyyət daşıyır.  İnsan nə qədər geniş biliyə,  zəngin

təcrübəyə malik olarsa,  onun qavrayışı da bir o qədər zəngin

olar.

3. Nəhayət, müşahidə səbr və təmkin tələb edir. Hər hansı

bir obyekti müntəzəm olaraq,  dəfələrlə həm də,  müxtəlif

cəhətdən müşahidə etmədən düzgün nəticəyə gəlmək olmaz.

İnsanın sistematik,  uzun müddət həm də planlı şəkildə

qavrama qabiliyyəti müşahidəçilik adlanır.  Müşahidəçilik

qabiliyyəti olan insan predmetlərə,  hadisələrə sadəcə olaraq

baxmır.  O,  cisim və hadisələrdən mühüm olan,  yeni olan

cəhətləri görməyi bacarır.  Müşahidəçi adam cisimlərdə oxşar

olan, fərqli olan cəhətləri görür.

Müşahidəçilik

şəxsiyyətin

ən

mühüm, 



qiymətli

keyfiyyətidir.  Bu xüsusiyyət ona ətraf aləmdə baş verən

hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə

olmaq imkanı verir.

Akademik İ.P.Pavlov müşahidəçiliyi elmi idrakın mühüm

şərti hesab edirdi.  O,  özünün yaratdığı bioloji stansiyanın

fasadında bu sözləri yazmışdı:  «Müşahidəçilik,  müşahidəçilik

və yenə də müşahidəçilik».

K.D.Uşinski

müşahidəçiliyin



əhəmiyyətini

qiymətləndirərək yazırdı:  «Əgər təlim uşaqlarda əqli inkişafa

nail olmaq istəyirsə,  o uşaqlarda müşahidəçilik qabiliyyətini

inkişaf etdirən çalışmalara üstünlük verməlidir».




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə