284
mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın
əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz
sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru
əzbərləmə,
bəzən
mənaya
əhəmiyyət
vermədən
yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan
şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda ya-
da sala bilmir.
Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan
hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi
sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və
şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda
saxlamanın
ən
ümumi
qanunauyğunluqlarını
müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onun
səmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Bax-
mayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı me-
todikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emo-
sional münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın
16 qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif
etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha
güclü və uzunmüddətli yadda saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət
qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa,
yaddasaxlama da o qədər sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha
yaxşı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və
hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosia-
tiv təəssürat daha asan və sistemli olur. Burada sanki əşya və
hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx
bağlanır.
285
Qarşıya
qoyulan
məqsəddən
asılı
olaraq
yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd
edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoyma-
dan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt
bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq
yadımızda
qalır. İxtiyari
yaddasaxlama
isə
qarşıya
qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari
yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər.
İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mne-
mik
məqsədin
xüsusiyyətindən
asılı
olur.
İxtiyari
yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yadda
saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama,
uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı
təsnif etmək, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə
canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyri-
ixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir.
İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan
informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya
qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət
yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini,
digərləri kimin nə və necə yediyini, üçüncülər isə (yeri
gəlmişkən çox az qismi) məclisin ümumi təsvirini və
söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın
davamlılığından
asılı
olaraq
qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli
yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasax-
lama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya
yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasax-
lama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07
rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq
kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin
adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda
286
saxlayırıq.
Yadasalma
əvvəllər
psixikada
möhkəmlənmiş
məzmunun
uzunmüddətli
hafizədən
operativ
hafizəyə
gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından
ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-
ixtiyari olur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən
yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra
daha aydın və əhatəli yada salınır.
Yadasalmada hadisələrin hansı konteksdə baş verdiyi
mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əşyalar, kitablar,
ev, uşaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü
təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii
sonluğu olmayan vəziyyətləri, tamamlanmayan hərəkətləri in-
sanlar daha yaxşı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona
çatdıra bilmir, arzu etdiyinə çata bilməyə az qalmış, amma
çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki
asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır
ki, tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi ol-
duğundan müsbət emosiyalara nisbətən daha güclü təsirə ma-
likdir. Məhz buna görə də adamlar uğursuz sevgini, bədbəxt
hadisələri, xəstəliyi, əzablarını, həyəcanlarını daha dəqiq və
aydın yadda saxlayırlar.
Tanımaya gəldikdə o, hər hansı bir obyekti yenidən
qavrama
zamanı
yada
salmaqdan
ibarətdir.
Tanıma
olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni ci-
sim kimi qavrayardıq.
Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha
çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox
tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun
müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış
qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «un-
udulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu,
eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni
Dostları ilə paylaş: |