Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya


Şəkil 14, Aral gölünün qurumuş əraziləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

 
Şəkil 14, Aral gölünün qurumuş əraziləri 
139 


çıxarır və quraqlaşmanı artırır. 
V.A.Kovdanın (1960) və Petrovun (1973) fikirlərini 
ümumiləşdirərək prosesdə aşağıdakı təbii dəyişikliklərin baş 
verdiyini bildiririk: 
1.
 
Bütün ərazilərdə buzlaşmanm azalması; 
Səthi yumanın üstünlük təşkil etməsi və 
defliyasıya prosesinin fəallaşrnası; 
Çay sularının və digər axarların təbii rejiminin 
pozulması; 
Qapalı su hövzələri (göllər) sahələrinin azalması və 
onların şoranlaşması; 
Bitki örtüyünün seyrəkləşməsi və bəzi ərazi- 
landşaftlarında onun tam məhv olması; 
Flora və faunada yeni növ əmələgəlmənin və nəsi 
vermənin zəifləməsi
Torpaqların sürətlə şoranlaşması, hidromorf 
torpaqlarda karbonathğm, gipsin miqdarının 
artması; 
Qrunt sularının səviyyəsinin sürətlə aşağı düşməsi; 
Çayların və yarğanların drenləşmə rolunun 
artması; 
10.  Daimi  donuşluq  zonaları  (xüsusilə  dağlarda) 
sərhədlərinin  dəyişilməsi,  bununla  əlaqədar  çayların 
suyunun azalması və s. 
Səhralaşmanm nəticələri ekoloji və iqtisadi cəhətdən çox 
təsirlidir  və  demək  olar  ki,  həmişə  mənfi  xarakter  daşıyır.  O, 
inkişafa  böyük  maneədir  və  buna  görə  də  1995-ci  ildə  BMT 
səhralaşma  və  quraqlıqla  əlaqədar  Ümumdünya  günü  elan 
etmişdir və sonradan 2006-cı ili beynəlxalq səhra və səhralaşma 
ili  elan  etmişlər.  1990-cı  ildən  səhranın  öldürücü  nəfəsi  6  mln. 
hektara yaxın məhsuldar qatı dağıtmışdır. Səhralaşma ilə əlaqədar 
maddi ziyan hər ıl 42 mlrd, dollar təşkil edir. Torpağın məhsuldar 
qatı  əsrlərlə  formalaşır,  bir  neçə  ilə  dağıla  bilər.  Səhralaşmanm 
səbəbləri  -  planetin  iqliminin  dəyişilməsi,  xüsusilə  də  qlobal 
istiləşmə. 
2

3. 
4. 
5. 
7. 
8

9. 
140 


həmçinin insanların ətraf mühitə təsir fəaliyyəti hesab olunur. 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  səhralaşmaya 
əsas  səbəblərdən  biri  su  resurslarının  çox  və  səmərəsiz  istifadə 
olunması  hesab  olunur.  Böyük  sürətlə  əhali  üçün,  əkinçilik  və 
sənaye  üçün  içməli  sular  çıxarılması  və  istifadə  olunması 
nəticəsində  yeraltı  sular  yerin  dərin  qatlarına  yayılmışdır. 
Əvəzində böyük ərazilər qumlar, barxan və dyunlar əkinlərə, yol 
və yaşayış məntəqələrinə doğru irəliləmişlər. Quraqlığın artması 
nəticəsində onların sonu neqativ olub. Quraqlıqlar dünyada sosial 
partlayış  yaradır,  aclıq  və  doymamağı  kəskinləşdirmişdir. 
Uzunmüddətli  dəhşətli  quraqlıqlar  Afrikada  Həbəşistanda, 
Sudandan Sahelə və Seneqala qədər sahəni əhatə edir. Elə buna 
görə də yuxarıda qeyd olunduğu kimi son onilliklərdə səhralaşma 
problemləri  Birləşmiş  Millətlər  Təşkilatının  Ümumdünya 
probleminə çevrilmişdir. 
3.8.
 
BITKI ORTUYUNUN
,
 MEŞƏLƏRIN VƏ
 
HEYVANAT ALƏMİNİN EKOLOJİ 
XÜSUSİYYƏTLƏRİ. 
3.8.1.
 
Bitki aləminin əhəmiyyəti, onların yerli və 
qlobal probemləri. 
Təbiətdə  üzvi  aləmin  varlığı  bitkinin  varlığı  və  həyat 
fəaliyyəti  ilə  bağlıdır.  Bitki  üzvi  aləmin  yaşaması  üçün  əsas 
vasitədir. 
Yer  kürəsinin  elə  bir  sahəsi  yoxdur  ki,  orada  bitki 
olmasın. Hətta yerin quru sahəsinin 1/3 hissəsindən artığını təşkil 
edən  böyük  səhralara  belə  ali  bitkilər  çox  az  görünsə  də  orada 
çoxlu  miqdarda şibyələrə və bakteriyalara rast  gəlinir. Qurunun 
xeyli hissəsini yaşıl meşələr örtür. Böyük çəmənliklər və mədəni 
halda yetişdirilən kənd təsərıdifat 
14
]
 


bitkiləri düzən və səhraları yaşıllaşdırır. Bitki nəinki yer üzərini 
örtmüşdür,  hətta  okeanların  və  dənizlərin  xeyli  dərinliklərində 
belə vardır. Axar su yataqları da zəngin bitki örtüyünə malikdir, 
hətta  Arktika  və  Antarktidanı,  başı  qarlı  yüksək  dağları  belə 
bitkisiz hesab etmək olmaz. Bitkiləri təbiətindəki fəaliyyətlərinə 
görə iki böyük qrupa bölmək olar:  1)  yaşıl  bitkilər,  2)  yaşıl 
olmayan bitkilər. Təbiətdə 
olan  bitkilər  çox  az  bir  hissədən  başqa  əsas  etibarilə  yaşıl 
bitkilərdir. Bitkilər insanın həyatı üçün lazım olan və bundan ötrü 
sənayedə işlənəcək müxtəlif xammal mənbəyidir. 
Bitki aləmi yerin üst qatının dəyişməsində və torpağın 
əmələ  gəlməsində  çox  böyük  rol  oynayır.  Torpaq  əmələgəlmə 
prosesində fiziki və kimyəvi aşınmalarla yanaşı bitki örtüyünün 
də  böyük  əhəmiyyəti  vardır.  Ali  bitkilər  torpağa  öz  kökləri 
vasitəsilə,  ibtidai  bitkilər  xüsusi  bakteriyalar,  göbələklər  və 
şibyələr bütün həyat fəaliyyətləri ilə təsir edirlər. Elə ona görə də 
bitki örtüyündən asılı olaraq yer üzərində müxtəlif tipli torpaqlar 
yaranmışdır. 
Bitkilər  yaşayış  tərzi  ilə  müəyyən  ekoloji  şəraitə 
uyğunlaşaraq  xarici  görünüşü  və  həyat  prosesləri  ilə  də  bir- 
birindən fərqlənirlər. 
Bitki  örtüyü  biosferin  üzvi  maddə  yaratmaq  qabiliyyəti 
olan yeganə komponenti sayılır, yəni yer kürəsində məskunlaşan 
bütün  canlıların,  o  cümlədən  insanın  həyatına  yardımçı  olan 
faktiki  başlıca  mənbədir.  Məlumdur  ki,  bitkilərin  əksəriyyəti 
antibiotik  xassəsi  daşıyan  fitonsid  adlı  bioloji  aktiv  maddələrə 
malikdir. Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən 
mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. 
Ağaclar  ən  çox  fitonsid  xassələri  daşıyır.  Müəyyən 
edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı meşələri, xəstəlik 
törədən virusları, mikrobları, aloe, sarımsaq, soğan və istiotlardan 
da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac və kol növü 
müəyyən edilmişdir. 
142 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə