aparılmışdır. O unikal zavodun istehsalı - 18 litr hidrogen və 9 litr
oksigen 35 saat iş dövründə alınıb.
Qeyri-enerji mənbələri. Ənənəvi olmayan hər bir neçə
mənbədən elektrik enerjisindən istifadə edilməsi gələcəkdə
genişləndirmək nəzərdə tutulur. Günəş enerjisi (keçmiş SSRİ-də
215 min m- günəş kollektoru yaradılıb).
Qabarma elektrostansiyalar - Qabarma stansiyaları
Fransada, Rusiyada, ABŞ, İngiltərədə tikilib. Termal suların
enerjisindən Kamçatka, Çukotda, Saxalin, Qazaxıstan, Krım,
Qafqaz, Zakarpatiya və s. yerlərdə istifadə edilir.
Kamçatkada - Paujen parahidrotermal elektrik stansiyası
11 mVt gücündədir.
5.3.
Sənayenin ekocoğratı aspektləri
Müasir ekoloji çirklənmədən danışarkən sənaye sahələrini
təhlil etmək lazımdır. Əsrlər keçdikcə insanlar sənayeni
təkmilləşdirmiş və indiki mərhələyə çatmışdır. Müasir insan
sənayesiz yaşaya bilməz və sənaye fəaliyyəti ümumbəşəri
xarakter daşıyır. Elm və texnikanın müasir inkişafı Yer kürəsində
təbii sərvətlərin istifadəsini və emalını gücləndirdi. Təbii
sərvətlərdən istifadə insanların həyat tərzinin yaxşılaşdırması
üçün bir vasitədir. Lakin sənayenin inkişafı sənaye tullantılarını
artırmış, ətraf mühiti daha çox zəhərləmiş və çirkləndirmişdir.
Sənayenin inkişafında yol verilən səhvlər nəticəsində bir çox
xəstəliklər yaranmışdır və bəzi yerlərdə ətraf mühit «ölü»
vəziyyətinə düşmüşdür. Belə ərazilərin
sahəsi bütün qitələrdə çox
genişdir. Xüsusilə iri sənaye şəhərlərində və onların
yaxınlığındakı ərazilərdə sənaye müəssisələrinə köhnə texnoloji
avadanlıqların tətbiqi ətraf mühiti ekoloji böhran vəziyyətinə
salmışdır. Ona görə də köhnə texnologiya ilə işləyən iri sənaye
müəssisələrinin işinin dayandırılması və ya təkmilləşdirilməsi
təklif olunmuşdur. Belə vəziyyət Azərbaycanın bir neçə iri
şəhərlərinə aiddir. Təbii komplekslərin transformasiyasında
177