Heydərov K.F., Əliyev A.Ə., Nuriyev C.Q., Mehdiyev S.M.
Gömrük
rəsmiləşdirilməsi
Ali məktəblər üçün dərslik
Dərsliyə Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin 01 iyun 2006-cı
il tarixli 426 saylı qərarı ilə qrif
verilmişdir
Bakı – “Qanun” – 2006
2
Az2
Redaktor:Gömrük xidməti general-mayoru, i.e.u.,
Ş.S.Bağırov
Rəyçilər:Elm və Təhsil Mərkəzi “Təfəkkür”
Universitetinin rektoru, i.e.d., professor,
M.S.Atakişiyev
Dövlət İqtisad Universitetinin prorektoru,
Əməkdar elm xadimi, i.e.d, professor
A.Ş.Şəkərəliyev
K.F.Heydərov, A.Ə.Əliyev, C.Q.Nuriyev, S.M.Mehdiyev. “Gömrük
rəsmiləşdirilməsi” Ali məktəblər üçün dərslik. Azərbaycan dilində. Bakı, Qanun, 2006,
324 səh.
Dərslik ali məktəblərin bakalavr dərəcəli tələbələri üçün tərtib olunan tədris proqramı əsasında
hazırlansa da, gömrük xidməti sahəsində çalışan dövlət məmurları, iş adamları, gömrük işi ilə
maraqlanan mülki şəxslər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Q 0100010006-097 06-097
AB 022051
© Qanun – 2003
© Heydərov K.F., Əliyev A.Ə.,Nuriyev C.Q., Mehdiyev S.M.
3
MÜNDƏRİCAT
Ön söz
Mövzu 1.
Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti
Mövzu 2.
Gömrük nəzarətinin təşkili və gömrük rejimləri
Mövzu 3.
Gömrük ödənişləri
Mövzu 4.
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları
Mövzu 5.
Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri
Mövzu 6.
Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi
Mövzu 7.
Alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri və Beynəlxalq
Konvensiyalar
Mövzu 8.
BYD (Beynəlxalq Yük Daşımaları) barədə gömrük Konvensiyasının
tətbiqi
Mövzu 9.
DƏmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi qaydaları
Mövzu 10.
Azərbaycan Respublikası gömrük sərhədindən boru kəməri nəqliyyatı və
elektrik ötürücü xətləri üzrə keçirilƏn malların gömrük rəsmiləşdirilməsi
qaydaları
Mövzu 11.
Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu
4
Mövzu 12.
Müvəqqəti saxlanc
Mövzu 13.
Gömrük brokeri və gömrük daşıyıcısı
Mövzu 14.
Bəyanetmə
Mövzu 15.
Fiziki şəxslərin tərəfindən keçirilən, istehsal və kommersiya fəaliyyəti
üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsinin əsas
xüsusiyyətləri
Ədəbiyyat
Əlavələr
5
Ön söz
Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyiniz kimi respublikamızın milli
iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə alanda ki, Azərbaycan inkişaf etməkdə
olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə
inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini görmək mümkündür. Sizlərə gömrük işinin əhəmiyyətini xalqımızın Ümummilli Lideri, müasir
Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq:
“...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli
olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın
iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı,
maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin
vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il).
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bu tapşırığını özlərinin gələcək fəaliyyət proqramı
kimi qəbul edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük rqanlarının maddi-texniki bazasını
genişləndirmək, müasirləşdirmək və gömrük sistemini inkişaf etdirməklə bərabər, yüksək səviyyəli gömrük
işçilərinin hazırlanması üçün də çox işlər görmüşdür. Belə ki, Ümummilli Liderin tapşırığını əldə rəhbər tutan
K.F. Heydərov dərsliklərin və dərs vəsaitlərinin hazırlanması üçün hər cür şərait yaratmışdır. Məhz onun
təşəbbüsü və rəhbərliyi altında “Gömrük işinin əsasları”, “Gömrük hüququ”, “Gömrük statistikası”, “Gömrük
işinin təşkili və idarə edilməsi”, “Gömrük ekspertizası”, “Gömrük işi – iqtisadi suverenlik və təhlükəsizlik”,
“Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” və sairlər hazırlanıb nəşr olunmuşdur.
Yeni hazırlanan “Gömrük rəsmiləşdirilməsi” dərsliyi gömrük işinin təşkili sahəsində mühüm
əhəmiyyətə malikdir. Çünki xarici iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və fiziki şəxs mütləq gömrük
rəsmiləşdirilməsi proseduru ilə qarşılaşır. Əksər hallarda bu qaydaları biləmyənlər daha çox gömrük
orqanlarının işçilərini günahlandırır. Başqa bir qrup iş adamları isə gömrük rəsmiləşdirilməsi qaydalarını daha
yaxşı gömrük işini daha dərindən öyrənmək istəyirlər. Hazırlanan ərslik də məhz bu boşluqların aradan
qaldırılmasına xidmət edəcəkdir.
Dərslik 15 mövzudan ibarət olmaqla məntiqi ardıcıllıqla düzülmüşdür. Bu mövzularda Azərbaycan
Respublikasında gömrük siyasətinin yaranmasında Dahi Heydər Əliyevin rolu, gömrük nəzarəti və gömrük
rejimləri, gömrük ödənişləri, gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; gömrük rəsmiləşdirilməsinin
əsas prinsipləri; xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi; “İnkoterms” - alqı-satqı müqavilələrində mal
göndərişinin bazis şərtləri; beynəlxalq yük daşımaları; dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi
qaydaları; boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi
qaydaları; gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu; müvəqqəti saxlanc; gömrük brokeri və
gömrük daşıyıcısı; bəyanetmə; fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən, istehsalat və kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri və sair mövzular
ətraflı şərh edilmişdir.
Dərslik barədə rəy və təkliflərinizi Dövlət Gömrük Komitəsinə və “Qanun” nəşriyyatına çatdıra
bilərsiniz.