82
Nazirlər Kabineti Aparatının
rəhbəri A.Hacıyev
Qərar № 161
Bakı şəhəri, 22 dekabr 2003-cü il
“AzƏrbaycan Respublikasında ixrac-idxal ƏmƏliyyatları üzrƏ gömrük rüsumlarının dƏrƏcƏlƏri,
gömrük rƏsmilƏşdirilmƏsinƏ görƏ alınan yığımların miqdarı haqqında” AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2001-ci il 12 aprel tarixli
80 nömrƏli qƏrarına dƏyişiklik
edilmƏsi barƏdƏ
“Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq
Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikası
Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mallar nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin
yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarla təsdiq edilmiş “Azərbaycan
Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” yeni mətndə təsdiq edilsin
(əlavə olunur).
2. Müəyyən edilsin ki, “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistem”də aparılan
dəyişikliklərlə əlaqədar müvafiq tədbirlərin görülməsini və bu barədə rəsmi məlumatların dərc edilməsini
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi həyata keçirir.
3. Bu qərar 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
baş naziri A. Rasizadə
Qərar № 34
Bakı şəhəri, 20 mart 2004-cü il
“AzƏrbaycan Respublikasında ixrac-idxal ƏmƏliyyatları üzrƏ gömrük rüsumlarının dƏrƏcƏlƏri,
gömrük rƏsmilƏşdirilmƏsinƏ görƏ alınan yığımların miqdarı haqqında” AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2001-ci il 12 aprel tarixli
80 nömrƏli qƏrarının ƏlavƏsi olan
AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2003-cü il 22 dekabr tarixli
161 nömrƏli qƏrarı ilƏ tƏsdiq edilmiş mƏtndƏ” AzƏrbaycan Respublikasının
ƏrazisinƏ gƏtirilƏn mallar üzrƏ gömrük
idxal rüsumlarının dƏrƏcƏlƏri”ndƏ
dƏyişikliklƏr edilmƏsi barƏdƏ
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin, taxıl bazarının dövlət tənzimlənməsinin və qiymət
tarazlığının qorunub saxlanılmasının zəruriliyi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-
cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə
83
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 10-cu mal qrupunda “1001 10 000 0”, “1001 90
100 0” “1001 90 910 0” və “1001 90 990 0” mal mövqeləri üzrə “5” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz
edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə
Qərar № 58
Bakı şəhəri, 20 aprel 2004-cü il
“AzƏrbaycan Respublikasında ixrac-idxal ƏmƏliyyatları üzrƏ gömrük rüsumlarının dƏrƏcƏlƏri,
gömrük rƏsmilƏşdirilmƏsinƏ görƏ alınan yığımların miqdarı haqqında” AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2001-ci il 12 aprel tarixli
80 nömrƏli qƏrarı ilƏ tƏsdiq edilmiş
“AzƏrbaycan Respublikasının ƏrazisinƏ
gƏtirilƏn mallar üzrƏ gömrük idxal
rüsumlarının dƏrƏcƏlƏri”ndƏ dƏyişikliklƏr edilmƏsi barƏdƏ
Azərbaycan Respublikasında idxal əməliyyatlarının gömrük-tarif mexanizmi vasitəsilə tənzimlənməsi,
“Gömrük tarifi haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq gömrük tariflərinin
tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mallar üzrə spesifik gömrük idxal rüsum dərəcələri
advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilsin (malların siyahısı əlavə olunur).
2. Bu qərar 2004-cü il aprelin 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 20 aprel tarixli
58 nömrəli qərarına əlavə
Spesifik gömrük idxal rüsum dƏrƏcƏlƏri
advalor gömrük idxal rüsum dƏrƏcƏlƏri ilƏ ƏvƏz edilƏn bƏzi malların Siyahısı
84
Qərar № 73
Bakı şəhəri, 24 may 2004-cü il
AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin bƏzi qƏrarlarına ƏlavƏ
vƏ dƏyişikliklƏr edilmƏsi haqqında
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il
24 noyabr tarixli 4 nömrəli və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 11 fevral tarixli 24 nömrəli Azərbaycan
Respublikası prezidentinin fərmanlarına uyğun olaraq, qeyri-neft sektorunun sürətli inkişafını və Azərbaycanın
kənd təsərrüfatında ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafının prioritetliyini təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı”nda
05-ci mal qrupunda 1-ci sütunda “051199500” mal mövqeyindən və 2-ci sütunda onun adından sonra müvafiq
olaraq “0511998010” mal mövqeyi və “barama qurdunun toxumu” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 05-ci mal qrupunda “0511998010” mal mövqeyi
üzrə “15” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
baş naziri A. Rasizadə
Qərar № 74
Bakı şəhəri, 24 may 2004-cü il
AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2001-ci il 12 aprel tarixli
80 nömrƏli qƏrarına ƏlavƏ edilmiş, 2003-cü il 22 dekabr tarixli 161 nömrƏli qƏrarı ilƏ tƏsdiq
edilmiş “AzƏrbaycan Respublikasının ƏrazisinƏ gƏtirilƏn mallar üzrƏ gömrük
idxal rüsumlarının dƏrƏcƏlƏri”nƏ
dƏyişikliklƏr edilmƏsi barƏdƏ
Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli və “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü
il 11 fevral tarixli 24 nömrəli fərmanlarına uyğun olaraq, qeyri-neft sektorunun sürətli inkişafını və
Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələrdən biri olan üzümçülüyün inkişafının prioritetliyini təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə
edilmiş, 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 06-cı mal qrupunda “0602101000” və
“0602201000” mal mövqeləri üzrə “15” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
baş naziri A. Rasizadə
Qərar № 125
85
Bakı şəhəri, 10 sentyabr 2004-cü il
AzƏrbaycan Respublikasında ixrac-idxal ƏmƏliyyatları üzrƏ gömrük rüsumlarının dƏrƏcƏlƏri,
gömrük rƏsmilƏşdirilmƏsinƏ görƏ alınan yığımların miqdarı haqqında” AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2001-ci il 2 aprel tarixli
80 nömrƏli qƏrarına ƏlavƏ olunmuş
AzƏrbaycan Respublikası NazirlƏr
Kabinetinin 2003-cü il 22 dekabr tarixli
161 nömrƏli qƏrarı ilƏ tƏsdiq edilmiş “AzƏrbaycan Respublikasının ƏrazisinƏ
gƏtirilƏn mallar üzrƏ gömrük idxal
rüsumlarının dƏrƏcƏlƏri”ndƏ
dƏyişiklik edilmƏsi barƏdƏ
Ölkədə baramaçılığı inkişaf etdirmək və tut ipək qurdlarının lazımi həcmdə yem bazası ilə təmin
edilməsi zəruriliyi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti təşkilatlarla
razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 06-cı mal qrupunda “0602 20 900 0” mal
mövqeyi üzrə “15” tarif dərəcəsi “0” tarif dərəcəsi ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir.
Azərbaycan Respublikasının
Baş naziri A. Rasizadə
Qərar № 91
Bakı şəhəri, 22 aprel 1998-ci il
AzƏrbaycan Respublikasında ixrac-idxal ƏmƏliyyatları üzrƏ gömrük rüsumlarının dƏrƏcƏlƏri
haqqında
“Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu”nda dərc olunmuşdur
(30 aprel 1998-ci il, № 4, maddə 299)
5 avqust 1998-ci il tarixli, 167 nömrəli; 30 oktyabr 1998-ci il tarixli 218 nömrəli; 27 fevral 1999-cu il
tarixli, 25 nömrəli; 25 may 2000-ci il tarixli, 94 nömrəli; 6 iyul 2000-ci il tarixli, 112 nömrəli; 15 avqust 2000-ci
il tarixi, 138 nömrəli; 7 sentyabr 2000-ci il tarixli, 164 nömrəli; 25 sentyabr 2000-ci il tarixli, 173 nömrəli; 26
sentyabr 2000-ci il tarixli, 174 nömrəli; 26 oktyabr 2000-ci il tarixli, 195 nömrəli; 7 mart 2001-ci il tarixli, 62
nömrəli; 12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 13 avqust 2001-ci il tarixli, 138 nömrəli; 15 aprel 2002-ci il
tarixli, 65 nömrəli; 27 aprel 2002-ci il tarixli, 71 nömrəli; 31 yanvar 2005-ci il tarixli, 12 nömrəli; 1 fevral 2006-
cı il tarixli, 31 nömrəli qərarlara əsasən dəyişikliklər və əlavələrlə
Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi”nə və “Gömrük Tarifi haqqında” Qanununa uyğun
olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin
səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyətinin, ölkədə rəqabətədavamlı məhsulların istehsalının inkişafı
üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
2. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların beynəlxalq
təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının “Gömrük Tarifi haqında” Qanununun 33-cü
maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunur:
4.3. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası
sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə və texniki yardımları, qrantları,
kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin
payı hesabına idxal olunan mallar;
4.4. təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;
86
4.5. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə
madi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin
yerləşdiriləcəyi bazarların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə
Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar,
alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar.
4.6. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə
uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan
Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.
4.7. Azərbaycan Respublikası vətəndaşlarını pasportları və şəxsiyət vəsiqələri blanklar, onların
fərdiləşdirilməsi, “Giriş-Çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq
izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar,
ləvazimatlar və materiallar.
4.8. lizinq müqaviləsinin obyekti olan qanuvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid,
idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici fəaliyətin əmtəə nomentklatura üzrə siyahısı
təsdiq edilsin (əlavə olunur).
6. Müəyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin
xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində,
həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan
keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlaxlq Humanitar Yardım üzrə Respublika
Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin
qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və ədyişikliklər edilməsi barədə” 1998-ci il 5 avqust tarixli 167
nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci
bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan
hissələri qüvvəsini itirmiş hesab edilsin.
12. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasizadə
Dostları ilə paylaş: |