115
ÇalıĢma 112. VerilmiĢ sözlərin mənasını aydınlaĢdırmağa çalıĢın, onların nə vaxt
termin, nə vaxt beynəlmiləl söz kimi iĢlənmə məqamlarını izah edin, onlara ən çox
hansı üslubda rast gəldiyinizi deyin:
snoubord, fristayl, tras, buzadırmanma, alpinizm, sertifikat, taekvondo, missiya,
çempionat, konfederasiya, vitse-prezident, liqa, korner, legioner, limit, turnir, matç,
arena, debüt.
ÇalıĢma 113. MəĢqçi kimi ixtisasınıza uyğun məĢğələlər keçirmək istəyirsiniz.
Onun haqqında məlumat yazın.
ÇalıĢma 114. Uzaqda yaĢayırsınız: Ailənizə min manat pul göndərdiyiniz barədə
teleqram vurun.
4. RƏSMİ-KARGÜZARLIQ ÜSLUBU
Rəsmi-kargüzarlıq üslubu "əməli üslub", "rəsmi-əməli üslub"; "iĢgüzar üslub"
adları ilə də iĢlənir. Rəsmi sənədlər, təlimatlar, qanunvericilik aktları və s. rəsmi-
kargüzarlıq üslubuna uyğun tərtib olunur, yazılır. Bu üslubun əsas xüsusiyyəti
ifadə düzgünlüyü, fikir dəqiqliyi və yığcamlıqdır. Rəsmi sənədlərin dilində artıq,
mətləbdənkənar sözlərə, tək-rarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və
terminlər iĢlədilir, qrammatik normalara riayət edilir, Ģtamp xarakterli standart
sözlərdən, basmagəlib (trafaret) ifadə və cümlələrdən istifadə olunur. Bu üslub öz
forma və məzmunu etibarilə kütləvi mahiyyət daĢıyır, ixtisasından, peĢəsindən,
həyatda tutduğu vəzifəsindən asılı olmayaraq insanlar əməli yazılara müraciət
edirlər. Rəsmi-əməli üslub, adından göründüyü kimi, həyatın praktik tələbləri ilə
bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə, vətəndaĢların idarə, müəssisə və
təĢkilatlarla əlaqəsini təmin edir. Rəsmi-kargüzarlıq üslubunu inzibati-idarə üslubu,
dəftərxana üslubu da adlandırırlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu
üçün özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü vardır:
qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə, təlimat, protest,
etimadnamə, hökm, qərar, göstəriĢ, əmr, akt və s. Dövlət əhəmiyyətli rəsmi
sənədlər xüsusi ayrılmıĢ adamlar tərəfindən hazırlanır, dövlət baĢçısı tərəfindən
imzalanır. Rəsmi-kargüzarlıq sənədləri yazıĢma məqsədi daĢıyan (teleqram, anket,
təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə, arayıĢ, vəkalətnamə,
və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol, müqavilə, və s.) və iclas,
toplantı, yığıncaq, konfransların qərarları-protokol, hesabat və s. formasında olur
(6, səh. 4) Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli
üslubun tələblərini özündə əks etdirən əsas rəsmi-kargüzarlıq sənəd növlərini
aĢağıda əlifba sırası ilə veririk.
1. AFİŞA
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman Akademiyası
28 may 2010
Respublikanın xalq artisti, professor Məsum Ġbrahimovun iĢtirakı ilə Niyazi adına
Azərbaycan Dövlət Filarmoniyası artistlərinin Xeyriyyə konserti.
116
Proqramda: Azərbaycan muğamları, xalq mahnıları və bəstəkarların populyar
musiqi əsərləri
Əldə olunan vəsait Qarabağ Veteranlarının Yardım Fondunun hesabına
köçürüləcəkdir.
Konsert saat 1500-da Akademiyanın akt zalında olacaqdır.
Biletlər foyedə satılır.
***
2. AKT
"Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə","sənəd", "cinayət iĢi"
deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı
açmaq üçün tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iĢ və ya
hadisəni qanuniləĢdirib ona hüquqi sənəd statusu verməkdir.
Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir.
Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya
yaradılır. Xüsusi təftiĢ komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim
edilir.
Aktın forması:
1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli Ģəxsin təsdiq etdiyi qeyd
verilir.
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.
3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer
göstərilir.
4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:
6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.
7. Aktın sonunda nəticə verilir və məsuliyyət daĢıyan Ģəxs göstərilir.
8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.
Nümunə:
Akt
Təsdiq edirəm:
15 saylı məktəbin direktoru Həsənov H. Ġ.
28 noyabr 2010-cu il
20 noyabr Bakı, Yasamal rayonu
Biz, aĢağıda imza edənlər: filan vəzifə daĢıyan Ġsmayılov Ġ., filan vəzifə sahibi
Əliyeva G., filan iĢ sahibi Ġbrahimov H., Həmkarlar Ġttifaqı Komitəsinin sədri
Əhmədov K. bu aktı tərtib edirik ona görə ki, həqiqətən binada (məktəbdə, sinifdə,
həyatyanı sahədə və s.) otaq yağıĢdan sonra (yanğından, zəlzələdən,
köhnəldiyindən) uçmuĢ (tökülmüĢ, dağılmıĢ), 10 m2 sahəyə1000 (min) manat
məbləğində ziyan dəymiĢdir. Akt həmin sa- 178hənin təmir olunmasına pul
buraxılması məqsədilə tərtib olunmuĢdur.
Aktı tərtib etdilər:
1. (imza) Ġsmayılov Ġ. - vəzifəsi
2. (imza) Əliyeva G. - vəzifəsi
Dostları ilə paylaş: |