Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

117 
 
3. (imza)  Ġbrahimov  Ġ. - vəzifəsi 
4. (imza)  Əhmədov K. - vəzifəsi 
ÜzləĢmə  lazım gələrsə  əlavə  yazılır: 
Aktla  tanıĢ edildi (edildilər) 
1. (imza)  GöyüĢov S. A. - vəzifəsi göstərilir 
2. (imza)  Qocayev C. Ç. - kimliyi  göstərilir. 
*** 
 
3. ANNOTASİYA 
Annotasiya  latınca  "annotamik"  sözündən  olub  "qeyd  aparmaq",  "əlavə  etmək" 
deməkdir. 
a)  Annotasiyanın  mahiyyəti-hər  hansı  bədii  və  ya  elmi  əsər,  eləcə  də  dərslik,  dərs 
vəsaiti, məqalə, tamaĢa və s. haqqında qabaqcadan müəllifin və ya iĢə məsul Ģəxsin 
məlumatını, iĢin  məzmununu  qısa Ģəkildə Ģərh etməkdir. 
b)  Annotasiyanın  məzmunu  hissəsində  əsərin  müəllifi,  janrı,  həcmi,  məzmunu 
haqqında məlumat verilir.  Annotasiyada əsərə (kitaba)  qısaca rəy də verilə bilər. 
c) Forması. Vərəqin ortasında annotasiya sözü yazılır, ondan aĢağıda müəllifin adı, 
atasının  adı  və  soyadı  göstərilir.  Sonrakı  sətirdə  əsərin  mövzusu,  nəĢriyyatın  adı, 
nəĢr ili,  həcmi göstərilir. 
Nümunə: 
Annotasiya 
Nazim  Məcidov. "Ġdman nəzəriyyəsi".  Dərs vəsaiti,  Bakı, 2009-cu il, 110 səh. 
Pedaqoji  elmlər  namizədi,  professor,  Azərbaycan  Respublikasının  əməkdar 
müəllimi,  ADBTĠA-nın  elmi  iĢlər  üzrə  prorektoru  Nazim  Məcidovun  dərs  vəsaiti 
giriĢ,  üç  fəsil,  nəticə  və  istifadə  olunmuĢ  ədəbiyyatın  siyahısından  ibarətdir. 
Müəllif  dərs  vəsaitinin  giriĢ  hissəsində  tədqiq  etdiyi  mövzunun  aktuallığından, 
tədqiqatın  məqsəd  və  vəzifəsindən,  obyekti  və  materialından,  iĢin  metodlarından, 
yeniliyindən,  nəzəri  və praktik  əhəmiyyətindən  bəhs edir. 
Vəsaitin  birinci  fəslində  filan  …,  ikinci  fəslində  filan  …  və  üçüncü  fəslində  (adı 
göstərilməklə)  filan…  məsələlərdən  əhatəli  danıĢılmıĢdır.  Nəticədə  müəllif  öz  dəlil 
və sübutlarını konkret Ģəktldə yekunlaĢdırmıĢdır. 
Dərs  vəsaiti  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyasının  ixtisasçı  müəllimləri  və 
tələbələri  üçün nəzərdə tutulmuĢdur. 
 
 
 
 
 
 
*** 
4. ARAYIŞ 
ArayıĢ  türk  mənĢəli  söz  olub  "arama",  "axtarma"  mənasındadır.  ArayıĢ  hər  hansı 
bir  Ģəxsin  kimliyini  təsdiq  etmək  və  ya  harada  yaĢaması,  iĢləməsi,  təhsil  alması 
haqqında  təĢkilat  (idarə,  müəssisə)  tərəfindən  verilən  rəsmi  sənəddir.  TəĢkilatların 
bir-birinə  ünvanladığı  arayıĢ  növü  də  vardır.  ArayıĢda  müəyyən  bir  hadisənin 
gediĢi  və  ya  cinayət  xarakterli  bir  məsələ  də  öz  əksini  tapa  bilər. ArayıĢın kimə və 
nə  məqsədlə  verilməsi  mütləq  göstərilməlidir.  ArayıĢın  özünəməxsus  yazılma 
forması  vardır:  Vərəqin  yuxarı  hissəsində  ortada  böyük  hərflə  "ArayıĢ"  sözü 
yazılır.  Vərəqin  sol  tərəfdən  üst  küncündə  idarənin  Ģtampı, Ģtampın aĢağı sətrində 
arayıĢın  nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur. ArayıĢ sözünün altında 


118 
 
nisbətən  sağda,  Ģtampın  yanından  mətnin  məzmunu  verilir,  axırdakı  sətirbaĢında 
arayıĢın  təqdim  olunduğu  yer göstərilir. Sonda arayıĢı verən idarə rəhbərinin titulu, 
soyadı  (bütöv  Ģəkildə),  adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və 
möhür vurulur. 
Nümunə: 
ArayıĢ 
Verilir  Ağayev  Məmmədhəsən  Qulam  oğluna  ona  görə  ki,  həqiqətən  o, 
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyası  “Təkmübarizlik” 
fakültəsinin  ikinci  kursunda (qrup TA 09-6) oxuyur. 
ArayıĢ Qusar rayon Hərbi Komissarlığına təqdim etmək  üçün verilir. 
ADBTĠA-nın rektoru:  (imza)professor A. Q. Abıyev 
“Təkmübarizlik”  fakültəsinin  dekanı:(imza)Hüseynov  E. A. 
*** 
Nümunə:   
ġTAMP yeri                                         ArayıĢ 
Verilir  Ağayev  Nadir  Həsən  oğluna  ondan  ötrü  ki,  o,  həqiqətən  18  dekabr 1992-ci 
ildə  Bakı  Ģəhəri,  Suraxanı rayonunda anadan olmuĢ və hazırda Suraxanı rayonu Z. 
Bünya-  dov  küçəsindəki 67 nömrəli  evin  16-cı mənzilində  yaĢayır. 
ArayıĢ  Azərb.  DBTĠA-ya  təqdim  etmək  üçün  verilir.119  saylı  mənzil-istismar 
sahəsinin  rəisi:  (imza)V.  Ə. Alıyev Katib:  (imza)  L. Y. Mehdiyeva 
*** 
5. BİLDİRİŞ 
BildiriĢ  əməli  yazıların  sadə  və  çox  iĢlənən  formasıdır.  Anons,  bildiriĢ,  afiĢa, 
reklam  və  s.  kimi  əməli  yazılar  elan  xarakterlidir.  Məzmun  və  məqsədinə,  əhatə 
dairəsinə  görə  bildiriĢ-elanlar  müxtəlifdir.  BildiriĢ  hər  hansı  bir  tədbir  (hadisə) 
haqqında  müəyyən  kollektivə  və  ya  ictimayyətə  əvvəlcədən  verilən  məlumat 
anlamındadır.  BildiriĢ  (elan)  yazılarkən  aĢağıdakı  məqamlar  diqqət  mərkəzində 
saxlanmalıdır: 
1. Vərəqin ortasında böyük hərflə "BildiriĢ"  yazılır; 
2. Məlumatın  mahiyyəti,  məzmunu  aydın və dəqiq olmalıdır; 
3. Ayın tarixi,  saatı və il  dəqiq qeyd edilməlidir; 
4.  Tədbirin  keçiriləcəyi  yer,  ünvan  (ərazi,  bina),  lazım  gələrsə  təĢkilatın  yerləĢdiyi 
otağın nömrəsi, varsa telefonu  göstərilir; 
5. Məlumatın  kim  tərəfindən  verildiyi  bilinməlidir; 
6. Məlumatda  hər hansı bir məsələ gizli  saxlanıla  bilər; 
BildiriĢ  respublika  və  ya  Ģəhər  miqyaslı  olarsa  qəzetdə,  radio  və  televiziyada  da 
verilə  bilər. 
Nümunə: 
BildiriĢ 
Tələbələrin  nəzərinə. 
Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyasının  əyani Ģöbəsində II 
yarımilin  dərsləri  15 fevral  2010-cu il  tarixdən  baĢlanacaq. 
Tədris hissəsi. 
*** 


119 
 
6. ELAN 
2010-cu  il  may  ayının  20-də  saat  1100-da  akt  zalında  IV  kurs  tələbələrinin 
"Pedaqoji təcrübə"yə həsr olunmuĢ konfransı keçirilicək. 
Təcrübə rəhbərlərinin  və tələbələrin  iĢtirakı vacibdir. 
"Bədən tərbiyəsinin  nəzəriyyəsi  və onun tədrisi metodikası" kafedrası 
*** 
7. ETİBARNAMƏ 
Etibarnamə  ərəbcə  "etibar"  ("nəzərə  alma")  və  farsca  "namə"  ("məktub",  "kağız") 
sözlərinin  birləĢməsindən  yaranıb,  "etibaretmə  sənədi"  mənasındadır.  Etibarnamə 
bir  Ģəxsin  bir  iĢin icrasını baĢqa birisinə etibar etdiyini bildirən sənəddir. Bir Ģəxsin 
və  ya  bir  idarənin  adından  iĢ  görmək  üçün  verilən  bu  rəsmi  sənəd  müəssisənin 
kadrlar  Ģöbəsində, yaxud dövlət notariusu tərəfindən  təsdiq olunur. 
Nümunə: 
Etibarnamə 
Bakı Ģəhəri 20 dekabr 2010-cu il 
Mən,  Bakı  Ģəhəri  Binəqədi  rayonu  S.  S.  Axundov  küçəsi,  13  saylı  binanın  56-cı 
mənzilində  yaĢayan,  2008-ci  ildə  həmin  rayonun  36-cı  polis  bölməsi  tərəfindən 
verilmiĢ  VI-BC  seriyalı  6453421  ¹li  Ģəxsiyyət  vəsiqəsinin  sahibi  Qaragözov 
Namazəli  XanıĢ  oğlu  ADBTĠA-  nın Həmkarlar Ġttifaqı Komitəsindən mənə çatacaq 
60  manat  məbləğindəki  yardımı  almağı  Bakı  Ģəhəri  Yasamal  rayonu,  Azadlıq 
prospekti  158  nömrəli  evin  46 saylı mənzilində yaĢayan qrup yoldaĢım Abdullayev 
Bəhram  Güləli  oğluna  (ġəxsiyyət vəsiqəsi seriya AZE ¹01643538)  etibar  edirəm. 
imza:  N. X. Qaragözov 
28.01.2010 
N. X. Qaragözovun imzasını təsdiq edirəm. 
ADBTĠA kadrlar  Ģöbəsinin müdiri:(imza)  Cəfərova S.Ġ. 
29.01.2010-cu  il 
*** 
Nümunə: 
Etibarnamə  1 
Verildiyi  tarix  "__" _____________2010-cu il 
ġəxsiyyət vəsiqəsinin  seriyası ___ ¹ __________________ 
Verilib  _____________________________  polisi  tərəfindən  (icra  edən  idarənin 
adı) 
184_____________________________ malları götürmək üçün 
(¹ və fakturanın tarixi) 
Götürüləcək malların  siyahısı 
¹ Götürüləcək malların  Ölçü vahidi  Miqdarı 
adı (hərflə) 
_____________________________ imzasını təsdiq edirəm 
(mal  götürən adamın imzası) 
Möhür yeri 
Ġdarənin  müdiri:  (imza  S.A.A.) 
BaĢ mühasib:  (imza.  S.A.A.) 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə