DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə14/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   281

Н. Грегори Менкйу 

 

 



18 

Ketrin, Nikolas və Piterə.  

Onlar da mənim yeni  nəsillərə bir  

töhfəmdir 

 

 

Tələbələr üçün ön söz 

 

 



 

 

 



XIX  əsrin  görkəmli  iqtisadçısı  Alfred  Marşall  hesab  edirdi  ki,  «iqtisad  elmi 

insan  cəmiyyətinin  normal  həyat  fəaliyyətini  öyrənir».  100  ildən  çox  vaxt 

keçib,  insanların  iqtisadi  fəaliyyəti  haqda  biliklərimiz  əhəmiyyətli  dərəcədə 

artıb, lakin dahi iqtisadçının fikirləri yenə də özünü doğruldur. 

Nə  üçün  XXI  əsrdə  yaşayan  tələbə  iqtisad  elmini  öyrənməyə 

başlamalıdır? Bunun üçün ən azı 3 səbəb var. 

Birincisi,  «İqtisadi  nəzəriyyə»nin  öyrənilməsi  sizə  ətraf  mühitin 

reallıqlarını  başa  düşməyə  kömək  edəcək.  Ekonomiks  çoxlu  maraqlı  sualları 

qarşıya qoyur. Nə üçün Nyu-Yorkda yaşayış yeri tapmaq çox çətindir? Nə üçün 

aviakompaniyalar,  sərnişin  şənbədən  bazara  keçən  gecə  getdiyi  yerdə  qalırsa, 

ona  ikitərəfli  biletləri  aşağı  qiymətə  satırlar?  Nə  üçün  kinoaktyor  Robin 

Uilyams belə yüksək qonorarlar alır? Nə üçün bir çox Afrika ölkələrində həyat 

səviyyəsi bu qədər aşağıdır? Nə üçün bir çox ölkələr hiperinflyasiyaya məruz 

qalıb,  bu  zaman  isə  digər  ölkələrdə  əmtəələrin  qiyməti  praktiki  olaraq 

dəyişməz  qalır?  Bunlar  ekonomiksin  giriş  kursunu  öyrəndikdən  sonra  sizin 

cavab  tapacağınız sualların kiçik bir hissəsidir. 

İkincisi,  iqtisadi  nəzəriyyə  hətta  biliklərinizi  artırdıqdan  sonra,  siz 

özünüzü  bazar  münasibətlərinin  çox  gözəl  bilicisi  kimi  hiss  edəcəksiniz.  Siz 

daim  çoxlu  təsərrüfat  qərarlarını  qəbul  etməli  olursunuz.  Məktəbi  bitirib, 

sonrakı təhsil yerini və onun müddətini müəyyən edirsiniz. İşə daxil olub, hər 

gün  belə  bir  suala  cavab  axtarırsınız  ki,  gəlirin  hansı  hissəsini  cari  xərclərə 

yönəltmək, hansı məbləği əmanət hesabına qoymaq lazımdır. Ola bilsin ki, siz 

öz  şəxsi  kompaniyanıza,  yaxud  iri  korporasiyaya  rəhbərlik  edəcəksiniz  və 

məhsula  qiymət  qoymaq  barədə  qərarlar  qəbul  etməli  olacaqsınız.  İqtisadi 

nəzəriyyənin öyrənilməsi  əlaçı tələbəyə dərhal iri sahibkara çevrilməyə imkan 

vermir,  lakin  siz  qoyduğunuz  məqsədlərə  çatmağı  sürətləndirən  vasitələrə 

malik olacaqsınız. 

Üçüncüsü,  ekonomiksin  əsaslarının  başa  düşülməsi  iqtisadi  siyasətin 

mümkün  hədlərini  başa  düşməyə  sizə  imkan  verəcək.  Ölkənin  bir  vətəndaşı 

kimi  ictimai  resursların  bölüşdürülməsi  siyasətinin  həyata  keçirilməsində 




Економиксин принсипляри 

 

19 



iştirak  edirsiniz.  Seçici  bülletenini  doldurarkən  qərar  qəbul  etdikdə,  siz  həm 

namizədin  iqtisadi  baxışlarını,  həm  də  ölkədəki  vəziyyəti  nəzərə  alırsınız. 

Vergi qanunvericiliyinin bu və  ya digər variantı sizin vəziyyətinizdə öz əksini 

necə tapacaq? Sizin ölkənizin xarici ticarətinin nəticələri necədir? Ətraf mühiti 

necə  mühafizə  etmək  olar?  Dövlət  büdcəsinin  kəsiri  iqtisadiyyata  necə  təsir 

edir? 


İqtisadi  nəzəriyyənin  prinsipləri  müxtəlif  həyat  situasiyalarında  sizə 

lazım  olacaq.  Siz  gələcəkdə  hansı  kresloda,  televizor  qarşısındakı  kresloda, 

kompaniyanın  direktorunun  stulunda,  yaxud  ölkənin  prezidenti  kreslosunda  –

oturmağınızdan  asılı  olmayaraq,  öz  taleyinizə  eyni  dərəcədə  minnətdar 

olacaqsınız ki, o sizi iqtisad elmini öyrənmək zərurəti qarşısında qoymuşdur. 

 

N.Qreqori Menkyu 



Ġyul 2000-ci il 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Н. Грегори Менкйу 

 

 



20 

I  HĠSSƏ

 

G Ġ R Ġ ġ 

Fəsil 1 

ĠQTĠSADĠ NƏZƏRĠYYƏNĠN ON PRĠNSĠPĠ 

 

 

 

 

 

Ekonomika  sözü  yunan  sözü  olub,  mənası  «ev  təsərrüfatının  idarə  olunması» 

deməkdir.  İlk  baxışdan  ev  təsərrüfatı  və  iqtisadiyyat  tamamilə  müxtəlif 

anlayışlardır,  lakin  diqqət  yetirsək,  onların  arasında  ümumi  cəhətlərin  çox 

olduğunu görərik.  

 

Ev  təsərrüfatında  bir  çox  qərarların qəbul olunması zəruriyyəti  ilə  qar-



şılaşırıq. Ailə üzvlərindən kim müəyyən vəzifələri yerinə yetirəcək və əvəzində 

nə  alacaq:  naharı  kim  hazırlayacaq,  kim  paltar  yuyacaq,  kim  mükafat  kimi 

əlavə dondurma payı alacaq, kim axşam televiziya proq 

ramını  seçir?  Qısaca  desək,  ailə  üzvlərinin qabiliyyət, imkan  və arzularını nə-

zərə alaraq, onların arasında məhdud resursları bölüşdürmək məcburiyyətində 

qalırıq.  

 

Ev təsərrüfatı kimi, cəmiyyət də çoxlu sayda qərarların qəbul olunması 



zəruriyyəti  ilə  qarşılaşır.  Öncə  hansı  məsələlərin  həll  olunması  və  bu  işlərin 

kimə  tapşırılması  barədə  cəmiyyət  qərarlar  qəbul  etməlidir.  cəmiyyətin  taxıl 

becərən,  ev  heyvanları  saxlayan,  paltar  tikən,  kompüterlər  üçün  proqram 

təminatı  işləyib  hazırlayan  insanlara  ehtiyacı  vardır.  Əgər  cəmiyyət  müxtəlif 

işlərin  icrası  üçün  insanları  (torpaq,  binalar  və  maşınlar  kimi)  bölüşdürürsə, 

deməli o, istehsal olunan əmtəə və xidmətlərin müəyyən proporsiyalarda bölüş-

dürülməsini də həyata keçirməlidir, kimin səhər yeməyinə qırmızı kürü yeyə-

cəyini,  kimə  isə  soyuq  kartofun  qismət  olacağını,  kimin  «Porshe»  avtomobili 

sürəcəyini,  kimin  isə  avtobus  dayanacağında  yağışın  altında  islanacağını  qət 

etməlidir.  

 

cəmiyyətin  resursları  idarə  etməsi  məsələsinin  vacibliyi  onların    məh-



dudluğu  ilə  müəyyən  olunur.  Məhdudluq    o  deməkdir  ki,  cəmiyyət  müəyyən 

həcmdə resurslara malikdir və buna görə də insanların malik olmaq istədikləri 

bütün  əmtəə  və  xidmətləri  istehsal  edə  bilmir.  Ev  təsərrüfatının  ailənin  hər 

üzvünə arzu etdiyini vermək imkanı olmadığı kimi cəmiyyət də hər bir üzvünə 

onun can atdığı yüksək həyat səviyyəsini təmin etmək iqtidarında deyil.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə