Економиксин принсипляри
21
Ekonomiks cəmiyyətin onun sərəncamında olan məhdud resurslardan
necə istifadə etməsi haqda elmdir.
cəmiyyətin resursları adətən bir planlaşdırıcı mərkəzdən deyil, mil-
yonlarla ev təsərrüfatı və firmaların birgə səyləri ilə bölüşdürülür. Beləliklə,
iqtisadçıların vəzifəsi insanların qərarlar qəbul etməsi prosesinin öyrənil-
məsindən ibarətdir: onlar nə qədər işləyir, nə qədər alır, nə alır, əmanətləri
necə toplayır və əldə olunan vəsaitləri hara qoyurlar? İqtisadçılar eləcə də,
insanların qarşılıqlı əlaqələrini tədqiq edirlər? çoxlu sayda alıcılar və satıcılar
məhsulun qiymətini və satılan əmtəənin kəmiyyətini necə müəyyən edirlər.
Nəhayət, iqtisadçılar bütövlükdə iqtisadiyyata təsir edən amilləri və meylləri
təhlil edirlər: orta gəlirin artımını, iş tapa bilməyən əhalinin hissəsini və
qiymətlərin artım tempini.
İqtisadi nəzəriyyə çoxşaxəlidir, lakin onu bir neçə əsas ideyalar birləş-
dirir. Bu fəsildə biz sizə təqdim olunan kitabın əsasında duran
İqtisadi nəzəriy-
yənin on prinsipini nəzərdən keçirəcəyik və sizdə ekonomiksin nədən ibarət
olması haqda təsəvvür yaratmağa çalışacağıq.
Qərarlar necə qəbul olunur?
İqtisadiyyatın nədən ibarət olması heç kəsə sirr deyil. Los-Ancelesin, ABŞ-ın
və ya bütövlükdə dünyanın iqtisadiyyatı haqda danışmağımızdan asılı
olmayaraq, iqtisadiyyat yalnız həyat prosesi zamanı bir-birləri ilə qarşılıqlı əla-
qədə olan insanlar qrupudur. İqtisadiyyatın hərəkəti onu təşkil edən ayrı-ayrı
şəxslərin fəaliyytəini əks etdirdiyi üçün biz iqtisadi nəzəriyyənin öyrənilməsinə
ayrı-ayrı insanların qərarları qəbul etməsinin dörd prinsipindən başlayacağıq.
Prinsip 1. Ġnsan seçir
Qərarların qəbul edilməsi barədə ilkin nəticə aşağıdakı kimi dürüst ifadə
olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək
üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşyadan imtina etməyə
məcbur olur. Qərarların qəbul edilməsi bir məqsədin digərinə qarşı qoyul-
masını tələb edir.
Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən
tələbəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxunma-
sına, ya psixologiyanın öyrənilməsinə, ya da bu iki elmin öyrənilməsinə sərf
edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənilməsinə sərf
etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqi-
qəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa,
teleproqramları seyr etməyə, istirahətə və ya qonşuluqdakı kafedə işləməyə sərf
edə bilər.
Digər bir misal kimi, onun valideynlərinin həll etməli olduqları ailə
gəlirlərinin bölüşdürülməsi problemini göstərə bilərik. Onlar bu gəliri yeməyin,
Н. Грегори Менкйу
22
təzə geyimin, ya da turist putyovkasının alınmasına sərf edə bilərlər. Bəlkə də,
valideynlər gəlirin müəyyən hissəsini «qara gün» üçün saxlamaq, ya təqaüdə
əlavə etmək, ya da uşaqların təhsilinə yönəltmək barədə qərar qəbul edəcəklər.
Əgər onlar əlavə hər dolları bu məqsədlərin hər hansı birinə yönəltmək barədə
qərar qəbul edirlərsə, digər dəyərlərin əldə olunmasına istifadə oluna biləcək
pulların dəyəri həmin bir dollar qədər azalır.
Cəmiyyətdə birləşən fərdlər bir çox belə analoci problemlərin həlli
zəruriyyəti ilə qarşılaşırlar. «Toplar, yaxud yağ» klassik seçim. Xarici aqres-
sorlara qarşı sərhədlərimizi daha etibarlı müdafiə etmək üçün milli müdafiəyə
nə qədər çox xərcləyiriksə (toplar), həyat səviyyəsinin yüksəldilməsinə (yağ)
və əmtəələrin istehsalına bir o qədər az resurs yönəldirik. Müasir cəmiyyətdə
ətraf mühitin mühafizəsi və gəlirlərin yüksək səviyyəsi arasındakı seçim
mühüm əhəmiyyət kəsb edir. Kompaniyalara resursların bir hissəsini təbiətin
mühafizəsinə yönəldilməsi barədə qanunvericilik aktı istehsal olunan əmtəə və
xidmətlərin dəyərinin artmasına gətirib çıxarır. İstehsal xərcləri artan kom-
paniyalar daha az gəlir əldə edirlər, öz işçilərinə daha az əmək haqqı ödəyirlər,
əmtəələri daha yüksək qiymətlərlə satırlar, yaxud bu üç mümkün variantı kom-
binə edirlər. Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik aktları cəmiyyət
üzvlərinə təbiətin töhvələrindən bəhrələnmək imkanı verdiyi zaman kompaniya
sahiblərinin, müzdlu işçilərin və istehlakçıların gəlirləri azalır.
Cəmiyyətin həlli yollarını tapmaq məcburiyyətində qaldığı digər məsələ
səmərəlilik və bərabərlik arasında seçim məsələsidir. Səmərəlilik dedikdə,
məhdud resurslardan istifadədən cəmiyyətin maksimum mümkün nemətlərin
əldə etməsini başa düşürük. Bərabərlik o deməkdir ki, əldə olunan nemətlər
cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürülür. Başqa sözlə desək,
səmərəlilik – iqtisadi piroq, bərabərlik isə onun hissələrə bölünməsi üsuludur.
Dövlətin siyasəti dəyişdikdə, çox vaxt səmərəlilik və bərabərlik bir- biri ilə zid-
diyyətdə olur.
Misal üçün, iqtisadi nemətlərin ədalətli bölgüsünə nail olunmasına yönəl-
dilmiş siyasəti nəzərdən keçirək. İşsizliyin sığortası, yaxud sosial yardım siste-
mi kimi dövlət proqramlarının məqsədi ehtiyacı olan cəmiyyət üzvlərinə ya-
rdım etməkdən ibarətdir. Digər tərəfdən, gəlir vergisi sistemi maliyyə baxımın-
dan daha imkanlı fərdlərin əhəmiyyətli məbləğdə vəsaitlərinin dövlət ehtiyac-
ları üçün verilməsini nəzərdə tutur. Lakin cəmiyyət üzvləri arasında bərabərli-
yin təmin olunmasına yönəldilmiş tədbirlər səmərəliliyin aşağı düşməsinə gəti-
rib çıxarır. Dövlət tərəfindən varlılardan kasıblara gəlirlərin bölüşdürülməsi
gərgin işə görə mükafatlandırmanı dəyərdən salır, bunun da nəticəsində insan
əməyinin intensivliyi, əmtəə və xidmətlər buraxılışı aşağı düşməyə başlayır.
Başqa sözlə desək, dövlət iqtisadi piroqu daha bərabər hissələrə bölməyə cəhd
etdikcə, piroqun özünün həcmini azaldır.