Економиксин принсипляри
619
tərəfindən tələbin artırılmasının fəhlələrin və firma sahiblərinin gəlirlərinin
artmasına (multiplikator effekti nəticəsində isə digər firmaların) gətirib
çıxarmasını artıq müzakirə etmişdik. Ev təssərrüfatları gəlirlərin artması
nəticəsində çoxlu əmtəə və xidmətlərin alınmasını planlaşdırırlar və nəticədə
öz sərvətlərini likvid formada artırmaq qərarını alırlar. Yəni büdcə ekspansiyası
ilə meydana çıxan gəlirlərin artımı pula tələbin yüksəlməsinə gətirib çıxarır.
Pula tələbin artmasının nəticələri şəkil 31.5 qrafik (a)-da göstərilmişdir.
FES pul kütləsi həcmini təshih etmədiyi üçün pul təklifinin şaquli əyrisinin
vəziyyəti dəyişmir. Gəlirlərin səviyyəsinin artması pula tələb əyrisini MD
1
-dən
MD
2
-yə sağa doğru yerdəyişməsinə səbəb olduqda tələb və təklifin tarazlığını
saxlamaq üçün faiz dərəcəsi r
1
-dən r
2
-yə yüksəlməlidir.
$2
0 m
lrd
4. ... бу да юз нювбясиндя
мяъму тялябин илкин артымыны
компенсасийа едир.
Гиймятлярин
сявиййяси
Мящсул
бурахылышынын
щяъми
Мяъму тяляб, АД
1
АД
3
АД
2
1. Дювлят хяръляринин
артырылмасы мяъму
тялябин йцксялмясиня...
Пул кцтлясинин
щяъми
0
0
ФЕС тяряфиндян
мцяййян олунан
щяъм
3. ...нятиъядя
таразлыг фаиз
дяряъяси дяйишир...
р
1
р
2
Пул тяклифи
МД
1
МД
2
2. ...хярълярин артмасы
ися пула тялябин
йцксялмясиня эятириб чыхарыр...
Фаиз
дяряъяси
(а) Пул базары
(б) Мяъму тяляб яйриси
ġəkil 31.5. SıxıĢdırma effekti
Faiz dərəcəsinin yüksəlməsi isə öz növbəsində əmtəə və xidmətlərə
tələbin həcminin azalmasına gətirib çıxarır. Xüsusilə,borc almanın haqqı
yüksəldiyi üçün istehsala kapital qoyuluşları və mənzil tikintisinə
investisiyalara tələb aşağı düşür. Beləliklə, dövlət xərclərinin artması əmtəə və
xidmətlərə tələbin yüksəlməsinə gətirib çıxarır, lakin bu prosesin nəticəsi
investisiyaların sıxışdırılması ola bilər. Bu isə dövlət xərclərinin məcmu tələbə
təsirini qismən konpensasiya edir (şəkil 31.5 qrafik (b)).Dövlət xərclərinin
Н. Грегори Менкйу
620
artması ilk növbədə məcmu tələb əyrisinin AD
1
-dən AD
2
-yə yerdəyişməsinə
gətirib çıxarır, lakin sıxışdırma effekti nəticəsində o, AD
3
-ə qayıdır.
YekunlaĢdıraq. Hökumət 20 mlrd. dollarlıq yeni dövlət xərcləri barədə
qərar qəbul etdikdə əmtəə və xidmətlərə məcmu tələb yüksəlir, lakin artımın kə-
miyyəti multiplikator və sıxışdırma effektlərinin qiymətlər nisbəti ilə müəyyən
olunur.
Vergilərin dəyiĢməsi
Maliyyə-büdcə siyasətinin digər əsas aləti vergilərin səviyyəsinin dəyişdi-
rilməsidir. Dövlət vergiləri azaltdıqda ev təsərrüfatlarının real gəlirləri artır,
artımın bir hissəsi yığıma yönəldilir, digər hissəsi isə istehlak mallarının əldə
olunmasına xərclənir. Vergilərin səviyyəsinin azaldılması istehlak xərclərinin
artmasından ibarət olduğu üçün məcmu tələb əyrisi sağa doğru yerini dəyişir,
vergilərin artırılması ev təsərrüfatlarının xərclərinin azaldılmasına və məcmu
tələb əyrisinin sola doğru yerdəyişməsinə gətirib çıxarır. Vergilərin
səviyyəsinin dəyişməsi nəticəsində yaranan məcmu tələbin yerdəyişməsini
ölçüsü də multiplikator və sıxışdırma effektlərindən asılıdır. Dövlət vergiləri
azaltdıqda əmək haqqı və gəlirlər artır, bu da istehlak xərclərinin artımını
stimullaşdırır (multiplikator effekti). Digər tərəfdən gəlirlərin artımı pula
tələbin həm də faiz dərəcələrinin yüksəlməsi deməkdir. Yüksək faiz dərəcələri
borcları bahalaşdırır, bu da investisiya xərclərinin azalmasına gətirib çıxarır
(sıxışdırma effekti). Multiplikator və sıxışdırma effektlərinin nisbətindən asılı
olaraq məcmu tələbin yerdəyişməsi onu doğuran vergi dəyişiklikləri ilə
müqayisədə çox və yaxud az ola bilər.
Vergilərin dəyişməsi ilə meydana çıxan məcmu tələbin yerdəyişmə
ölçüsünə təsir edən mühüm amillərdən biri də vergi dəyişlikliklərinin sabitliyi
haqda ev təsərrüfatlarının mülahizələridir. Fərz edək ki, dövlət ev
təsərrüfatlarına vergilərin 1000 dollar azaldılması barədə qərar qəbul edir, bu
zaman ev təsərrüfatlarının qarşısında belə bir sual durur – nə qədər müddətə
əlavə gəlirə ümid etmək olar? Əgər ev təsərrüfatları vergilərin uzunmüddətli
azaldılmasına ümid edirlərsə, onlar əlavə gəliri öz maliyyə ehtiyyatlarına
mühüm əlavə kimi qiymətləndirirlər, beləliklə də öz xərclərini əhəmiyyətli
dərəcədə artırırlar. Əksinə, ev təsərrüfatları vergilərin azaldılmasını müvəqqəti
hesab edirlərsə onlar əlavə gəliri öz maliyyə ehtiyyatlarına cüzi əlavə kimi
qiymətləndirəcəklər, buna görə də xərclər əhəmiyyətli dərəcədə artmayacaq.
Bu zaman vergilərin azaldılmasının məcmu tələbə təsiri o qədərdə çox olmur.
Digər misalı nəzərdən keçirək. 1992-ci ildə ABŞ prezidentinin seçki
kompaniyası uzun müddətli iqtisadi tənəzzüllə eyni vaxta düşdü. Bir güllə ilə
iki dövşanı vurmaq istəyən böyük corc Buş əmək haqqına gəlir vergisinin
azaldılmasını elan etdi. Lakin qanunla müəyyən edilmiş gəlir vergisinin
dərəcəsi dəyişmədiyi üçün 1992-ci ildə tutulmaların azaldılması nəticəsində