Економиксин принсипляри
625
təsirini nəzərə almalıdırlar. Sonrakı fəsildə qısamüddətli dövrdən uzunmüddətli
dövrə keçidi daha dolğun tədqiq edəcək və uzunmüddətli və qısamüddətli
məqsədlərin uzlaşması problemlərini nəzərdən keçirəcəyik.
Н. Грегори Менкйу
626
Fəsil 32
QISAMÜDDƏTLĠ DÖVRDƏ ĠNFLYASĠYA
VƏ ĠġSĠZLĠK ARASINDA SEÇĠM
İqtisadiyyatın vəziyyətinin 2 əsas göstəricisi - inflyasiyanın sürəti və işsizliyin
səviyyəsi daim siyasətçilərin və cəmiyyətin diqqət mərkəzindədir. Bu
göstəricilər hər ay Amerikanın əməyin statistikası bürosu tərəfindən dərc
olunur. Bəzi tədqiqatçılar qiymətlərin artım sürətini və işsizliyin səviyyəsi
göstəricilərini cəmləyərək iqtisadiyyatın «sağlamlığının» göstəricisi kimi çıxış
edən, yoxsulluq indeksini alırlar.
Bu iki göstərici bir-biri ilə necə bağlıdırlar? Əvvəlki fəsillərdə işsizlik
və inflyasiyanın uzunmüddətli asılılıqlarını nəzərdən keçirmişdik. Öyrəndik ki,
işsizlyin təbii səviyyəsi minimum əmək haqqı haqqında qanun, əmək bazarları
üzərində həmkarlar ittifaqlarının hökmranlığı, stimullaşdırıcı əmək haqqı və iş
axtaranların səmərəliliyi kimi müxtəlif bazar amilləri ilə müəyyən olunur.
Qiymətlərin artım sürəti ilk növbədə ölçüləri Mərkəzi Bank (MB) tərəfindən
idarə olunan pul kütləsi həcminin artımından asılıdır. Deməli, uzunmuddətli
dövrdə inflyasiya və işsizliyin göstəriciləri tamamilə müxtəlif amillərlə
müəyyən olunurlar.
Qısamüddətli dövrdə vəziyyət tamamilə əksinədir. Ekonomiksin 10
prinsipindən biri belədir: qısamüddətli dövrdə cəmiyyət inflyasiya və işsizlik
arasnda seçim problemi qarşısında durur (fəsil 1). Siyasi xadimlər məcmu
tələbin artırılmasına yönəldilmiş pul-kredit (monetar) və maliyyə-büdcə
(fiskal) siyasətlərini həyata keçirərkən qısamüddətli dövrdə işsizliyin yalnız
inflyasiyanın sürətinin yüksəldilməsi hesabına azaltmaq imkanına malik
olurlar. Əgər hökumətin fəaliyyəti məcmu tələbin məhdudlaşdırılmasına
yönəldilmişdirsə, qiymətlərin artım sürətinin azaldılması yalnız işsizliyin
səviyyəsinin müvəqqəti artırılması hesabına əldə olunur.
Bu fəsildə bu problemi daha ətraflı tədqiq edəcəyik. İnflyasiya və
işsizlik arasındakı asılılıq XX əsrin II yarasının məşhur iqtisadçılarının
diqqətini cəlb etmişdir. Bunu araşdırmanın ən yaxşı yolu - iqtisadi fikrin
inkişaf tarixinin öyrənilməsidir. 1950-ci illərdən etibarən inflyasiya və işsizliyə
nəzəri baxışların tarixi ABŞ iqtisadiyyatının tarxi ilə çıx bağlıdır. Bunların
birgə öyrənilməsi bizə qısamüddətli dövrdə cəmiyyətin nə üçün işsizlik əmtəə
və xidmətlərə qiymətlərin artımı arasında seçim qarşısında durur, nəyə görə
uzunmuddətli dövrdə belə problem yoxdur və iqtisadi siyasətin yaradıcıları
hansı məsələləri həll edirlər-kimi suallara cavab tapmağa imkan verəcək.
Економиксин принсипляри
627
Fillips əyrisi
Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez Fillips
əyrisi adlandırırlar. Tədqiqatlarımızın əvvəlində bu əyri və Amerika iqti-
sadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq.
Fillips əyrisinin tarixi
1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci
ildən - 1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının
dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi.
Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks
asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin
aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi
xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil,
nominal əmək haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün
bu fərq prinsipial əhəmiyyət kəsb etmir. Ona görə ki, inflyasiyanın
hesablanmasının bu iki üsulu adətən eyni nəticələri verir). Lakin mühüm
makroiqtisadi göstəricilər - qiymətlərin artım sürəti və işsizlik arasındakı
şübhəsiz asılılığın mövcudluğu haqdakı onun gəldiyi nəticələr əvvəl-əvvəl
kolleqalarının diqqətini cəlb etməmişdir.
A.Fillipsin əsərinin işıq üzü görməsindən yalnız 2 il keçdikdən sonra
iqtisadçılar Pol Samuelson və Robert Solou «American Economic Review»
curnalında «Antiinflyasiya siyasətinin təhlili» adlı məqalə dərc etdilər. Bu
məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında
analoci əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Bu asılılığın meydana
çıxmasını onlar yüksək məcmu tələbin bir tərəfdən işsizliyin səviyyəsinin aşağı
düşməsinə gəğtirib çıxarması, digər tərəfdən isə əmək haqqının və qiymətlərin
artmasına təsir göstərməsi ilə əlaqələndirirdilər. Məhz P.Samuelson və R.Solou
inflyasiya və işsizlik arasındakı tərs asılılığı Fillips əyrisi adlandırırdılar. Şəkil
32.1-də P.Samuelson və R.Solouya görə Fillips əyrisinə misal gətirilmişdir.
P.Samuelson və R.Solou Filips əyrisini iqtisadi siyasət anlamından
əhəmiyyət kəsb etdiyini başa düşür. Xüsusilə, onlar belə mülahizə yürüdür-