DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə260/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   281

Економиксин принсипляри 

 

625 



təsirini nəzərə almalıdırlar. Sonrakı fəsildə qısamüddətli dövrdən uzunmüddətli 

dövrə  keçidi  daha  dolğun  tədqiq  edəcək  və  uzunmüddətli  və  qısamüddətli 

məqsədlərin uzlaşması problemlərini nəzərdən keçirəcəyik. 



Н. Грегори Менкйу 

 

 



626 

Fəsil 32 

QISAMÜDDƏTLĠ DÖVRDƏ ĠNFLYASĠYA  

VƏ ĠġSĠZLĠK ARASINDA SEÇĠM 

 

 



 

 

 



İqtisadiyyatın vəziyyətinin 2 əsas göstəricisi - inflyasiyanın sürəti və işsizliyin 

səviyyəsi  daim  siyasətçilərin  və  cəmiyyətin  diqqət  mərkəzindədir.  Bu 

göstəricilər  hər  ay  Amerikanın  əməyin  statistikası  bürosu  tərəfindən  dərc 

olunur.  Bəzi  tədqiqatçılar  qiymətlərin  artım  sürətini  və  işsizliyin  səviyyəsi 

göstəricilərini cəmləyərək iqtisadiyyatın «sağlamlığının» göstəricisi kimi çıxış 

edən, yoxsulluq indeksini alırlar.  

 

Bu  iki  göstərici  bir-biri  ilə  necə  bağlıdırlar?  Əvvəlki  fəsillərdə  işsizlik 



və inflyasiyanın uzunmüddətli asılılıqlarını nəzərdən keçirmişdik. Öyrəndik ki, 

işsizlyin təbii səviyyəsi minimum əmək haqqı haqqında qanun, əmək bazarları 

üzərində həmkarlar ittifaqlarının hökmranlığı, stimullaşdırıcı əmək haqqı və iş 

axtaranların  səmərəliliyi  kimi  müxtəlif  bazar  amilləri  ilə  müəyyən  olunur. 

Qiymətlərin  artım  sürəti  ilk  növbədə  ölçüləri  Mərkəzi  Bank  (MB)  tərəfindən 

idarə  olunan  pul  kütləsi  həcminin  artımından  asılıdır.  Deməli,  uzunmuddətli 

dövrdə  inflyasiya  və  işsizliyin  göstəriciləri  tamamilə  müxtəlif  amillərlə 

müəyyən olunurlar. 

 

Qısamüddətli  dövrdə  vəziyyət  tamamilə  əksinədir.  Ekonomiksin  10 



prinsipindən  biri  belədir:  qısamüddətli  dövrdə  cəmiyyət  inflyasiya  və  işsizlik 

arasnda  seçim  problemi  qarşısında  durur  (fəsil  1).  Siyasi  xadimlər  məcmu 

tələbin  artırılmasına  yönəldilmiş  pul-kredit  (monetar)  və  maliyyə-büdcə 

(fiskal)  siyasətlərini  həyata  keçirərkən  qısamüddətli  dövrdə  işsizliyin  yalnız 

inflyasiyanın  sürətinin  yüksəldilməsi  hesabına  azaltmaq  imkanına  malik 

olurlar.  Əgər  hökumətin  fəaliyyəti  məcmu  tələbin  məhdudlaşdırılmasına 

yönəldilmişdirsə,  qiymətlərin  artım  sürətinin  azaldılması  yalnız  işsizliyin 

səviyyəsinin müvəqqəti artırılması hesabına əldə olunur. 

 

Bu  fəsildə  bu  problemi  daha  ətraflı  tədqiq  edəcəyik.  İnflyasiya  və 



işsizlik  arasındakı  asılılıq  XX  əsrin  II  yarasının  məşhur  iqtisadçılarının 

diqqətini  cəlb  etmişdir.  Bunu  araşdırmanın  ən  yaxşı  yolu  -  iqtisadi  fikrin 

inkişaf tarixinin öyrənilməsidir. 1950-ci illərdən etibarən inflyasiya və işsizliyə 

nəzəri  baxışların  tarixi  ABŞ  iqtisadiyyatının  tarxi  ilə  çıx  bağlıdır.  Bunların 

birgə öyrənilməsi bizə qısamüddətli dövrdə cəmiyyətin nə üçün işsizlik  əmtəə 

və  xidmətlərə  qiymətlərin  artımı  arasında  seçim  qarşısında  durur,  nəyə  görə 

uzunmuddətli  dövrdə  belə  problem  yoxdur  və  iqtisadi  siyasətin  yaradıcıları 

hansı məsələləri həll edirlər-kimi suallara cavab tapmağa imkan verəcək.  

 



Економиксин принсипляри 

 

627 



Fillips əyrisi 

Qısamüddətli  dövrdə  inflyasiya  və  işsizlik  arasındakı  asılılığı  tez-tez  Fillips 



əyrisi  adlandırırlar.  Tədqiqatlarımızın  əvvəlində  bu  əyri  və  Amerika  iqti-

sadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq. 

 

Fillips əyrisinin tarixi 

1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci 

ildən  -  1957-ci  ilədək  dövrdə  Böyük  Britaniyada  nominal  əmək  haqqının 

dəyişmə  sürəti  ilə  işsizlik  arasındakı  asılılıq»  adlı  məqaləsini  dərc  etdirdi. 

Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks 

asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin 

aşağı  olduğu  dövrlərdə  iqtisadiyyat  üçün  yüksək  inflyasiya  və  onun  əksi 

xarakterik  haldır.  (A.Fillips  inflyasiyanın  sürətini  qiymətlərin  artımı  ilə  deyil, 

nominal  əmək  haqqının  artımı  ilə  hesablayırdı,  lakin  bizim  məqsədimiz  üçün 

bu  fərq  prinsipial  əhəmiyyət  kəsb  etmir.  Ona  görə  ki,  inflyasiyanın 

hesablanmasının  bu  iki  üsulu  adətən  eyni  nəticələri  verir).  Lakin  mühüm 

makroiqtisadi  göstəricilər  -  qiymətlərin  artım  sürəti  və  işsizlik    arasındakı 

şübhəsiz  asılılığın  mövcudluğu  haqdakı  onun  gəldiyi  nəticələr  əvvəl-əvvəl 

kolleqalarının diqqətini cəlb etməmişdir. 

 

A.Fillipsin  əsərinin  işıq  üzü  görməsindən  yalnız  2  il  keçdikdən  sonra 



iqtisadçılar  Pol  Samuelson  və  Robert  Solou  «American  Economic  Review» 

curnalında  «Antiinflyasiya  siyasətinin  təhlili»  adlı  məqalə  dərc  etdilər.  Bu 

məqalədə  onlar  ABŞ  iqtisadiyyatı  üçün    də  inflyasiya  və  işsizlik  arasında 

analoci əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Bu asılılığın meydana 

çıxmasını onlar yüksək məcmu tələbin bir tərəfdən işsizliyin səviyyəsinin aşağı 

düşməsinə gəğtirib çıxarması, digər tərəfdən isə əmək haqqının və qiymətlərin 

artmasına təsir göstərməsi ilə əlaqələndirirdilər. Məhz P.Samuelson və R.Solou 

inflyasiya və işsizlik arasındakı tərs asılılığı Fillips əyrisi adlandırırdılar. Şəkil 

32.1-də P.Samuelson və R.Solouya görə Fillips əyrisinə misal gətirilmişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

P.Samuelson  və  R.Solou  Filips  əyrisini  iqtisadi  siyasət  anlamından 

əhəmiyyət  kəsb  etdiyini  başa  düşür.  Xüsusilə,  onlar  belə  mülahizə  yürüdür-



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə