DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə261/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   257   258   259   260   261   262   263   264   ...   281

Н. Грегори Менкйу 

 

 



628 

dülər ki, Fillips əyrisi siyasətçilərə problemin mümkün həlli yollarının seçimini 

təklif  edir.  Məcmu  tələbə  təsir  etmək  məqsədilə  monetar  və  fiskal  siyasətdə 

dəyişikliklər  etməklə,  siyasətçilər  əyrinin  qrafikində  istənilən  nöqtəyə  çatmaq 

məqsədini  qarşıya  qoya  bilərlər.  A  nöqtəsi  işsizliyin  yüksək  səviyyəsini  və 

aşağı  inflyasiyanı,  B  nöqtəsi  isə  işsizliyin  aşağı  səviyyəsini  və  qiymətlərin 

yüksək  artım  tempini təklif  edir.  Siyasətçilərin  fikrincə  iqtisadiyyatın  optimal 

vəziyyəti  inflyasiyanın  aşağı  sürəti  və  işsizliyin  səviyyəsinin  cüzi  olduğu 

vaxtdır. Lakin Fillips əyrisi şəklində ümumiləşdirilmiş tarixi məlumatlar bunun 

qeyri-mümkünlüyünü  göstərir.  P.Samuelson  və  R.Solouya  görə    siyasətçilər 

inflyasiya  və  işsizlik  arasında  kompromiss  seçim  problemi  qarşısındadırlar, 

Fillips əyrisi isə onlara mümkün variantları göstərir. 

 

Məcmu tələb,  məcmu təklif və Fillips əyrisi 

Məcmu  tələb  və  məcmu  təklif    modeli  Fillips  əyrisi  tərəfindən  təkllif  olunan 

mümkün  nəticələrin  sadə  izah  toplusunu  təqdim  edir.  Fillips  əyrisi  qısamüd-

dətli  dövrlərdə  məcmu  tələb  əyrisinin  qrafikinin  iqtisadiyyatı  qısamüddətli 

məcmu təklif əyrisinin qrafiki boyunca yerini dəyişdikdə yaranan inflyasiya və 

işsizliyin  kombinasiylarını  göstərir.  Fəsil  30-da  gördüyünüz  kimi  əmtəə  və 

xidmətlə  olan  məcmu  tələbin  artması  qısamüddətli  dövrdə  qiymətlərin 

artmasına  və  əmtəə  və  xidmət  məhsullarının  buraxılışının  artmasına  gətirib 

çıxarır.  İstehsalın  həcminin  yüksəlməsi  məşğulluğun  artması  və  işsizliyin 

azalması  deməkdir.  Bundan  əlavə,  keçmişdə  qiymətlərin  səviyysinin  necə 

olmağından  asılı  olmayaraq  cari  ildə  qiymətlər  nə  qədər  yüksək  olarsa, 

inflyasiyanın  sürəti  də  bir  o  qədər    yüksək  olacaq.  Beləliklə,  məcmu  tələbin 

dəyişməsi inflyasiya və işsizliyin göstəricilərinin əks istiqamətdə qısamüddətli 

dəyişikliklərinə  gətirib  çıxarar,  bu  isə  Fillips  əyrisində  təsvir  olunan  asılılığa 

uyğundur.  

Bu asılılığın mənasını daha yaxşı başa düşmək üçün bir misalı nəzərdən 

keçirək.  Hesablamaları  sadələşdirmək  üçün  fərz  edək  ki,  2000-ci  ildə 

qiymətlərin səviyyəsi (istehlak qiymətləri indeksilə ölçülən) 100-ə bərabərdir. 

Şəkil 32.2-də 2001-ci ildə iqtisadiyyatın fəaliyyətinin 2 mümkün nəticəsi təsvir 

olunmuşdur.  (a)  qrafikində  məcmu  tələb  və  məcmu  təklif  modelinin  istifadə 

olunması  ilə  alınan  nəticə,  (b)  qrafikində  isə  Fillips  əyrisindən  istifadə 

edilməklə alınan eynilə həmin nəticələr göstərilmişdir.  

 

 

 



 

 

 




Економиксин принсипляри 

 

629 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəklin (a) qrafikində 2000-ci ildə iqtisadiyyatın fəaliyyətinin nəticələri 



məhsul buraxılışı həcmi və qiymətlərin səviyyəsi göstəriciləri vasitəsilə təsvir 

olunmuşdur.  Əgər  əmtəə  və  xidmətlərə  məcmu  tələb  nisbətən  aşağıdırsa 

iqtisadiyyatın fəaliyyətinin nəticəsi A nöqtəsinə uyğundur. Məhsul buraxılışın 

7500-ə, qiymətlərin səviyyəsi isə 102-ə bərabər olacaqdır. Əksinə, əgər məcmu 

tələ  nisbətən  yüksəkdirsə,  iqtisadiyatın  fəaliyyətinin  nəticəsi  B  nöqtəsinə 

uyğundur, məhsul buraxılışı 8000-ə, qiymətlərin səviyyəsi isə 106-a bərabərdir. 

Beləliklə, əhəmiyyətli məcmu tələb iqtisadiyyatı daha yüksək məhsul buraxılışı 

həcmi  və  (a)  qrafikində  məhsul  buraxılışının  həcmi  və  qiymətlərin  səviyyəsi 

üzrə iqtisadi fəaliyyətin nəticələri göstərilmişdir. Əgər əmtəələrə və qiymətlərə 

olan tələb nisbətən azdırsa onda iqtisadiyyatın fəaliyyət nəticəsi A nöqtəsinə və 

məhsul buraxılışı isə uyğun gələcəkdir,  qiymətlərin səviyyəsinin daha yüksək 

olduğu tarazlıq nöqtəsinə tərəf yerini dəyişir. 

Şəkilin  (b)  hissəsində  bu  nəzəri  nəticələrin  işsizlik  və  inflyasiya  anla-

yışlarında  nə  demək  olduğunu  görürük.  Əmtəə  və  xidmətlərin  istehsalı 

həcminin  genişləndirilməsi  üçün  firmaların  daha  çox  işçilərə  ehtiyacı  olduğu 

üçün  işsizlik  B  nöqtəsində  A  nöqtəsində  olduğundan  aşağıdır.  Bizim 

misalımızda  məhsul  buraxılışı  həcmi  7500-dən  8000-ə  qədər  yüksəldikdə 

işsizliyin  səviyyəsi  7%-dən  4%-ə  qədər  düşür.  Bundan  əlavə,  qiymətlərin 

səviyyəsi  B  nöqtəsində  A  nöqtəsində  olduğundan  daha  yüksək  olduğu  üçün 

inflyasiyanın  sürəti  də  (əvvəlki  illə  müqayisədə  qiymətlərin  səviyyəsinin 

dəyişməsinin  faizlə  ifadəsi)  yüksəkdir.  Xüsusilə  2000-ci  ildə  qiymətlərin 

səviyyəsi 100%-ə bərabər olduğu üçün A nöqtəsində inflyasiyanın sürəti 2%, B 

nöqtəsinə  isə  6%  təşkil  edir.  Beləliklə,  biz  iqtisadiyyatın  fəaliyyətinin  2 

mümkün  nəticəsini:  həm  məhsul  buraxılışı  həcmi  və  qiymətlərin  səviyyəsi 

göstəriciləri ilə (məcmu tələb və məcmu təklif modelini istifadə etməklə) həm 

də  inflyasiya  və  işsizlik  anlayışları  ilə  (Fillips  əyrisini  istifadə  etməklə) 

müqayisə etmək imkanını əldə edirik. 



Н. Грегори Менкйу 

 

 



630 

Əvvəlki  fəsildən  gördüyümüz  kimi  pul  -kredit  maliyyə-  büdcə 

siyasətinin  alətləri  məcmu  tələb  əyrisinin  qrafikinə  təsir  etmək  üçün,  yəni 

iqtisadiyyatın Fillips əyrisi boyunca yerini dəyişməsi üçün istifadə olunur. Pul 

təklfinin,  dövlət  xərclərinin  artırılması  yaxud,  vergilərin  azaldılması  məcmu 

tələb əyrisini sağa hərəkət etdirir və iqtisadiyyatın Fillips əyrisində daha aşağı 

işsizlik və daha yuxarı inflyasiyaya uyğun olan nöqtəyə keçirir. Pul təklifinin, 

dövlət xərclrinin azaldılması yaxud, vergilərin artırılması məcmu tələb əyrisini 

sola  hərəkət  etdirir,  iqtisadiyyat  isə  Fillips  əyrisində  daha  aşağı  inflyasiya  və 

daha  yuxarı  işsizliyə  uyğun  olan  nöqtəyə  keçir.  Bu  mənada  Fillips  əyrisi 

siyasətçilərə inflyasiya və işsizliyin kombinasiyaları toplusunu təklif edir. 

 

Fillips əyrisinin yerdəyiĢmələri: gözləmələrin rolu 

Güman olunur ki, Fillips əyrisi siyasətçilərə «işsizliyin səviyyəsi-inflyasiyanın 

sürəti»nin çoxlu mümkün olan kombinasiyalarını təklif edir. Lakin bu çoxluq 

zaman  ərzində  nə  qədər  sabitdir?  Fillips  əyrisi  siyasətçilərin  tamamilə  inana 

biləcəyi  asılılığı  ifadə  edirmi?  Məhz  bu  suallar  P.Somuelson  və  R.Solounun 

səyləri nəticəsində Fillips əyrisinin makroiqtisadi siyasət barədə mübahisələrin 

mərkəzində  qərar  tutduğundan  sonra  1960-cı  illərin  II  yarısında  iqtisadçıların 

diqqət mərkəzində olmuşdur. 

 

Uzunmüddətli Fillips əyrisi 

1968-ci  ildə  iqtisadçı  Milton  Fridmen  ―American  Economy  Review‖  cur-

nalında  «Pul  kredit  siyasətinin  rolu»  adlı  məqaləsini  dərc  etdirdi.  Onun  işi  2 

hissədən ibarət idi: «Pul kredit siyasəti nə etməyə imkan verəcək» və «Monetar 

siyasətdən  nəyi  gözləməyə  dəyməz».  M.Fridmen  iddia  edirdi  ki,  pul-kredit 

siyasətinin  alətləri  -yalnız  qısamüddətli  zaman  kəsiyi  istisna  olmaqla  Fillips 

əyrisinə 

uyğun 

gələn 


inflyasiyanın 

və 


işsizliyin 

səviyyələrinin 

kombinasiyalarını  əldə  etməyə  imkan  vermir.  Təxminən  bununla  eyni  vaxtda 

digər  iqtisadçı  Edmund  Felpis  inflyasiya  və  işsizliyin  uzunmüddətli  əlaqəsini 

inkar edən əsəri meydana çıxdı. 

M.Fridmen  və  E.Felpsin  mühakimələri  makroiqtisadiyyatın  klassik 

prinsiplərinə  əsaslanırdı  (Fəsil  23-29).  Yada  salaq  ki,  klassik  nəzəriyyədə  pul 

kütləsinin həcminin böyüməsi inflyasiyanın əsas amili kimi nəzərdən keçirilir. 

Eyni  zamanda  klassik  nəzəriyyə  iddia  edir  ki,  pul  təklifinin  artması  real 

göstəricilərə  təsir  göstərmir,  sadəcə  qiymətləri  və  nominal  gəlirləri 

proporsional  olaraq  dəyişir.  Xüsusilə,  pulların  kəmiyyətinin  artımı,  əmək 

bazarı  üzərində  həmkarlar  ittifaqlarının  hökmranlığı,  stimullaşdırıcı  əmək 

haqqının  rolu  və  iş  axtarışlarının  səmərəliliyi  kimi  iqtisadifyyatda  işsizliyin 

səviyyəsini müəyyən edə amillərə təsir göstərmir. M.Fridmen və E.Felps belə 

bir  nəticəyə  gəldilər  ki,  uzunmüddətli  dövrdə  inflyasiyanın  sürətinin  işsizliyin 

səviyyəsi ilə bağlı olmasını hesab etməyə heç  bir əsas  yoxdur. Uzunmüddətli 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə