DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə259/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   281

Економиксин принсипляри 

 

623 



istisadiyyat özü müstəqil öhdəsindən gələ bilər. Onlar güman edirlər ki, nəzəri 

cəhətdən dövlət tənzimlənməsi iqtisadiyyatı sabitləşdirməyə imkan verir, lakin 

praktiki baxımdan buna şübhə ilə yanaşırlar.  

Pul-kredit  və  fiskal  siyasətlərə  qarşı  əsas  dəlil  vaxt  amili  –  həyata 

keçirilən  tədbirlərin  labüd  gecikdirilməsidir.  Həqiqətən  də  pul-kredit 

siyasətinin  tədbirləri  faiz  dərəcələrinin  dəyişməsinə  gətirib  çıxarır,  bu  da  öz 

növbəsində  infestisiya  xərclərinə  təsir  göstərir.  Lakin  əksər  firmaların 

infestisiya planları çox uzunmüddətli dövr üçün nəzərdə tutulmuşdur. Deməli, 

istehsal və məşğulluq baxımından hər hansı bir  məqsədə (iqtisadi subyektlərin 

planlarının  təshih  edilməsini  nəzərdə  tutan)  nail  olmaq  üçün  ən  az  yarım  il 

bəzən  isə  bir  neçə  il  tələb  olunur.  Sabitləşdirmə  siyasətinin  tənqidçiləri  iddia 

edirlər  ki,  vaxt  amilinə  görə  FES  iqtisadiyyatı  «dəqiq  köklənməsi» 

cəhdlərindən  imtina  etməlidir.  Onlar  iddia  edirlər  ki,    FES  daim  gecikməyə 

məhkumdur,  son  nəticədə  onun  fəaliyyəti  iqtisadiyyatdakı  qeyri-tarazlıqların 

aradan qaldırılması vasitəsi kimi deyil, daha çox onların səbəbi kii təzahür edir. 

Tənqidçilər  passiv  pul-kredit  siyasətinin  (pul  təklifinin  dayanıqlı  aşağı 

artımının) zəruriliyini müdafiə edirlər.  

Maliyyə  büdcə  siyasəti  də  geri  qalır,  lakin  monetar  siyasətdən  fərqli 

olaraq  onun  gecikməsi  səbəbləri  daha  çox  siyasi  proseslərlə  aid  edilə  bilər. 

Dövlət  xərclərinin  və  vergilərin  dəyişdirilməsi  barədə  qərarlar  ABŞ-da 

Nümayəndələr  Palatası  və  Senatın    komissiyaları  tərəfindən,  sonra  isə 

konqresin  hər  iki  palatası  tərəfindən  təsdiq  olunmalıdır,  nəhayət  prezident 

tərəfindən  imzalanmalıdırlar.  Bu  proses  aylarla,  hətta  illərlə  də  davam  edə 

bilər. Onlar bütün mərhələləri keçib icraya tam hazır olana qədər iqtisadi şərait 

tamamilə dəyişə bilər.  

Pul-kredit  və  maliyyə-büdcə  siyasətində  vaxt  amili  problemi  daha  çox 

iqtisadi  proqnozların  dəqiqliyi  səviyyəsi  ilə  bağlıdır.  Əgər  iqtisadçılar 

iqtisadiyyatın inkişaf perspektivlərini heç olmasa bir il əvvəl qabaqcadan dəqiq 

görə  bilmək  imkanına  malik  ola  bilsəydilər,  hətta  vaxt  amillərini  nəzərə 

almaqla  fiskal  və  monetar  siyasətlərin  vasitələrinin    istifadəsi  heç  bir  etiraza 

rast  gəlməzdi.  Lakin  tənəzzül  və  böhran  xəbərdarlıqsız  gəlir.  Fikrimizcə  ən 

düzgün siyasət - iqtisadi problemlər yarandıqca onların həll olunmasıdır.  

 

Avtomatik sabitləĢdiricilər 

Sabitləşdirmə siyasətinin həm tənqidçiləri, həm də tərəfdarları vaxt amillərinin 

labüdlüyünün  bu  siyasətin  səmərəliliyinin  aşağı  düşməsinə  səbəb  olmasında 

həmfikirdilər.  Siyasətçilərə  qəbul  olunan  qərarların  həyata  keçirilməsinin 

tezləşdirilməsi  üsulları  gərəkdir  və  onlar  mövcuddurlar.  Bunlar  tənəzzül 

dövründə  məcmu  tələbin  stimullaşdırılmasına  yönəldilən,  hər  hansı  xüsusi  

siyasi  qərarlar  olmadan  baş  verən  fiskal  siyasətdə  dəyişikliklər  –  avtomatik 

sabitləĢdiricilərdir.  

Mühüm  avtomatik  sabitləşdirici  maliyyə  –büdcə  sisteminin  özüdür. 

İqtisadiyyat  durğunluq  fazasına  daxil  olduqda  dövlədt  tərəfindən  yığılan 

vergilərin məbləği avtomatik azalır, ona görə ki, onların ölçüsü birbaşa iqtisadi 




Н. Грегори Менкйу 

 

 



624 

fəaliyyətin  nəticələrində  asılıdır.  Şəxsi  gəlirə  vergi  ev  təsərrüfatlarının 

gəlirlərindən,  əmək  haqqıya  vergi  işçilərin  əməyinə  görə  verilən  haqqın 

ölçülərindən, ümumi gəlir vergisi isə firmaların mənfəətindən asılıdır. Tənəzzül 

dövründə bütün mənfəət, qazanc və gəlirlər azaldığı üçün istər-istəməz dövlətin 

vergi  daxilolmaları  aşağı  düşür.  Vergi  daxilolmaların  avtomatik  azalması 

məcmu tələbi stimullaşdırır və beləliklə də iqtisadi qeyri –tarazlığın ölçülərini 

azaldır.  

Avtomatik sabitləşdirici rolunun dövlət xərcləri də icra edilər. Xüsusilə, 

tənəzzül  dövründə  çox  saylı  müvəqqəti  işdən  azad  edilmələr  mövcud  olduğu 

üçün  iş  yerlərini  itirənlər  işsizliyə  görə  sığorta  haqlarının,  sosial  müdafiə   

müavinətlərinin və eləcə də digər maddi  yardımların verilməsi üçün müraciət 

edirlər.  Dövlət  xərclərinin  avtomatik  artımı  məcmu  tələbi  məhz  onun  tam 

məşğulluğu  təmin  etmək  üçün  çatışmadığı  vaxt    stimullaşdırır.  Həqiqətən  də 

1930-cu  illərdə  ABŞ-da  ilk  dəfə  olaraq  işsizliyə  görə  sığorta  sistemi  tədbiq 

olunduqda bu, onun bir çox tərəfdarları tərəfindən avtomatik sabitləşdirici kimi 

nəzərdən keçirilirdi.  

ABŞ  iqtisadiyyatında  avtomatik  sabitləşdiricilərin  səmərəliliyi  qısa-

müddətli  tənəzzülü  tamamilə  aradan  qaldırmağa  imkan  vermir,  lakin  onların 

olmadığı    bir  şəraitdə  istehsal  və  məşğulluq  bundan  daha  az  dayanıqlı  ola 

bilərdi. Buna görə də bir çox iqtisadçılar federal büdcənin daim tarazlığını tələb 

edən  konstitusiya  dəyişikliklərinə  qarşı  çıxış  edirlər.  İqtisadiyyat  durğunluq 

fazasına  daxil  olduqda  vergi  daxilolmaları  azalır,  dövlət  xərcləri  çoxalır, 

deməli,  büdcə  kəsri  artır.  Əgər  dövlət  büdcə  gəlirləri  və  xərclərinin 

bərabərliyini təmin etməli olsaydı, ABŞ-ın maliyyə-büdcə sisteminin avtomatik 

sabitləşdiricilərini yaddan çıxarmaq olardı.  

 

Nəticə   

İqtisadi siyasətdə düşəlişlər etmək barədə qərar qəbul etdikdə dövlət xadimləri 

bunun  bütün  mümkün  ola  biləcək  nəticələrini  nəzərdən  keçirməlidirlər.  Pul-

kredit  və  maliyyə  –büdcə  siyasətlərinin  (birincinin  qiymətlərinin  səviyyəsi  və 

inflyasiyanın  surətinə,  ikincinin  ticarət  balansı,  infestisiyalar,  yığımın 

səviyyəsinə və uzunmüddətli iqtisadi artıma təsirini) uzunmüddətli dövr üçün 

nəticələrini təsvir edən iqtisadiyyatın klassik modellərini nəzərdən keçirmişdir.  

Bu  fəsildə  monetar  və  fiskal  təsirin  qısamüddətli  nəticələrini  tədqiq 

etdik və belə bir yekun müddəa əldə etdik ki, siyasətçilər əmtəə və xidmətlərə 

olan  məcmu  tələbə,  deməli,  uzunmuddətli  dövrdə  istehsal  və  məşğulluğun 

həcminə təsir göstərmək imkanına malikdirlər. Kəsirsiz büdcəyə malik olmaq 

məqsədilə  dövlət  xərclərinin  azaldılması  barədə  ABŞ  konqresi  qərar  qəbul 

etdikdə millət vəkilləri bunun həm yığım və iqtisadi artım üçün uzunmüddətli 

dövrə,  həm  də  məcmu  tələb  və  məşğulluq  üçün  qısamüddətli  dövrə  görə 

nəticələrini  nəzərdən  keçirməlidirlər.  FES  pul  təklifinin  artım  tempinin 

azaldılması  barədə  qərar  qəbul  etdikdə  FES-in  rəhbərləri  bu  addımın  həm 

uzunmüddətli  dövrdə  inflyasiyaya,  həm  də  qısamüddətli  dövrdə  istehsala 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə