DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə255/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   251   252   253   254   255   256   257   258   ...   281

Н. Грегори Менкйу 

 

 



614 

Pul-kredit siyasətində analoci dəyişikliklər həm faiz dərəcəsinin təqribi 

göstəricilərinin  dəyişməsi,  həm  də  pul  təklifinin  dəyişməsi  terminlərində 

nəzərdən  keçirilə  bilər.  FABƏK  federal  fondlar  üzrə  faiz  normalarının  plan 

göstəricilərini  aşağı saldıqda istiqrazların ticarəti ilə məşğul olan FES-in birca 

brokerləri dövlət istiqrazlarını alırlar, bu isə pul təklifinin artmasına və tarazlıq 

faiz  dərəcəsinin  azlmasına  gətirib  çıxarır.  (Şəkil  31.3)    FABƏK  plan 

göstəricilərini  artırdıqda  FES-in  brokerləri  dövlət  istiqrazlarını    satırlar, 

Beləliklə pul təklifi azalır, tarazlıq faiz dərəcəsi isə yüksəlir.  

Bləliklə,  məqsədi  məcmu  tələbin  genişləndirilməsindən  ibarət  olan 

monetar  siyasətdəki  dəyişikliklər    ya  pul  təklifinin  artması,  ya  da  faiz  dərə-

cəsinin  azalması  kimi  xarakterizə  oluna  bilər.  Məqsədi  məcmu  tələbin 

məhdudlaşdırılmasından  ibarət  olan  pul-kredit  siyasətindəki  dəyişikliklər  ya 

pul  təklifinin  azalması,  ya  da    faiz  dərəcəsinin  artması  kimi  xarakterizə  oluna 

bilər.  

 

«Müşayət edirlər: bas-gitara – Rey Braun, zərb alətləri – Elvin cons,  



faiz dərəcələri – Alan Qrinspen.» 

 

Məcmu tələb və maliyyə-büdcə siyasəti 

Dövlət iqtisadi vəziyyətə təkcə pul kredit siyasəti deyil, həm də fiskal 

(maliyyə-büdcə)  siyasət  vasitəsilə  təsir  göstərir.  Fiskal  siyasət  dedikdə  dövlət 

xərclərinin  ümumi  səviyyəsi  yaxud  vergilər  barədə  dövlətin  qəbul  etdiyi 

qərarlar nəzərdə tutulur. Əvvəl bu kitabda uzunmüddətli dövrdə onun  yığıma, 

investisiyalara  və  iqtisadi  artıma  təsirini  nəzərdən  keçirmişdik.      Lakin, 



Економиксин принсипляри 

 

615 



qısamüddətli dövrdə maliyyə-büdcə siyasətinin əsas təsiri əmtəə və xidmətlərə 

olan məcmu tələbin üzərinə düşür.  

 

Dövlət xərclərində dəyiĢikliklər 

Hökumət  əmtəə  və  xidmətlərin  dövlət  tərəfindən  alışını  dəyişdikdə  birbaşa 

məcmu tələbin qrafikinə təsir göstərir. Məsələn, fərz edək ki, ABŞ-ın Müdafiə 

Nazirliyi  dövlət sifarişlərinin iri icraçılarından biri olan Boing kompaniyasında 

yeni qırıcı təyyarələrin   20 mlrd. dollar həcmində sifarişini yerləşdirir.   Əlavə 

dövlət sifarişi kompaniyanın məhsuluna tələbi artırır. Bu isə onu əlavə işçilər 

götürməyə  və  istehsalı  genişləndirməyə  sövq  edir.  Boinq  Amerika 

iqtisadiyyatının subyekti olduğu üçün istehsal olunan məhsula tələbin  artması 

əmtəə  və  xidmətlərə  məcmu  tələbin  artmasında  özünü  əks  etdirir  və  məcmu 

tələb əyrisinin qrafiki sağa yerini dəyişir.  

Sağa,  nə  qədər?  Ağla  ilk  gələn  fikir  məcmu  tələb  əyrisinin  qrafikinin 

həmin  20  mlrd.  dollara  qədər  sağa  yerini  dəyişməsi  olur.  Məlum  olur  ki,  ilk 

fikir  heç  də  həmişə  düzgün  olmur.    Məcmu  tələbin  yerdəyişməsinin  kəmiy-

yətini dövlət xərclərinin dəyişikliklərindən fərqləndirən  iki makroiqtisadi amil 

mövcuddur.  Onlardan  birincisinin,  multiplikator  effektinin  təsiri  nəticəsində 

məcmu  tələbin  yerdəyişməsi  20  mlrd.  dollardan  çox  ola  bilər.  İkincisinin,  

sıxışdırma  effektinin  təsiri  nəticəsində  məcmu  tələbinr  yerdəyişməsi  az  ola 

bilər. Aşağıda bu effektlərin hər ikisini nəzərdən keçirəcəyik.



 

  

Multiplikator  effekti 

Dövlət  Boinq  kompaniyasından  20  mlrd.  dollar  həcmində  yeni  qırıcı 

təyyarələrin  alınmasına  qərar  verdikdə,  ABŞ  hökuməti  tərəfindən  təqdim 

olunan  tələbin  həcminin  artmasının  nəticəsi  bilavasitə  məşğulluğun  və  dövlət 

sifarişinin icraçısının gəlirlərinin artmasından ibarətdir. Lakin fəhlələrin əmək 

haqqısı  və  firma  sahiblərinin  mənfəəti  artdığı  üçün    iqtisadi  subyektlərin 

gəlirlərin  artmasına  reaksiyası  istehlak  mallarına  xərclərin  artmasından 

ibarətdir.  Boinq kompaniyasının məhsulunun dövlət tərəfindən alınması  digər 

firmaların  tələbinin  artmasına  gətirib  çıxarır.  Beləliklə,  Amerika  dövləti 

tərəfindən  xərclənən  hər  dollar  əmtəə  və  xidmətlərə  olan  məcmu  tələbi  1 

dollardan  çox  artırdığı  üçün  belə  deyirlər  ki,  dövlət  sifarişləri  məcmu  tələbə 

görə multiplikator effektinə malikdir.  

Lakin  multiplikator  effektinin  fəaliyyəti  bununla  məhdudlaşmır.  Bir 

halda  ki,  istehlak  xərcləri  artır,  istehsalçı  firmalar  çoxlu  sayda  fəhlələri    işə 

götürürlər  və  onların  mənfəəti  artır.  Yüksək  əmək  haqqı  və  mənfəət  istehlak 

xərclərinin  artmasına  səbəb  olur  və  s.  Beləliklə,  müsbət  əks  əlaqə  göz 

qabağındadır, yüksək tələb gəlirlərin artmasına səbəb olur,  bu da daha böyük 

tələbə  gətirib  çıxarır.  Bütün  bu  artımları  cəmləsək  tələbin  yönəldiyi  əmtəə  və 




Н. Грегори Менкйу 

 

 



616 

xidmətlərin  kəmiyyətinin  cəmi  effekti  bilavasitə  dövlət  sifarişlərinin  nəticəsi 

olan başlanğıc effektdən daha çox ola bilər.  

Multiplikator  effekti  şəkil  31.4-də  göstərilmişdir.  Əvvəlcə  dövlət 

sifarişlərin  20  mlrd.  dollar  artması  məcmu  tələb  əyrisinin  qrafikini  AD

1

-dən 



AD

2

-yə  sağa  düz  20  mlrd.  dollar  qədər  yerini  dəyişir.  Lakin  istahlakçılar  bu 



yerdəyişməyə öz xərclərini  artırmaqla cavab verdikdə məcmu tələb əyrisinin 

qrafiki daha çox, AD

3

-ə yerini dəyişir.  



 

$2

0 m



lrd

 

2. ...лакин мултипликатор еффекти



мяъму тяляб яйрисинин 

йердяйишмясини артыра биляр.

1. Дювлят хяръляринин 20 млрд. доллар 

артырылмасы яввялъя мяъму тялябин дя 

уйьун олараг бу гядяр артмасына эятириб чыхарыр...

Г

ий



м

я

тл



я

ри

н



 с

я

в



ий

й

я



си

Мящсул 


бурахылышынын 

щяъми


Мяъму тяляб, АД

1

АД



3

АД

2



 

 

 



ġəkil 31.4 Multiplikator effekti 

 

Məcmu  tələbin  artmasına  istehlak  xərclərinin  reaksiyası  nəticəsində 



əmələ  gələn  multiplikator  effekti  investisiyaların  təsiri  ilə  daha  da  güclənə 

bilər.  Məsələn:  Təyyarələrə  tələbin  artmasına  cavab  olaraq  Boinq  daha  çox 

avadanlığın alınması yaxud yeni zavodun tikintisi barədə qərar qəbul edə bilər. 

Bu halda dövlət tərəfindən tələbin artırılması infestisiya məhsullarına təlabatın 

yüksəlməsinə imkan yaradır. Tələb və investisiyalar arasındakı belə müsbət əks 

əlaqə bəzən investisiya akseleratoru adlanır.  

 

Dövlət sifariĢlərinin multiplikatorunun düsturu 

Çox  asan  hesab  vasitəsilə  istehlak  xərcləinin  artması  nəticəsində  meydana 

çıxan  multiplikator  effektini  ədədi  ifadə  edə  bilərik.  Bu  düstürda  ən  mühüm 

kəmiyyət  istehlaka    meylin  ən  son  həddi  (MPc)  –  ev  təsərrüfatlarının  əlavə 

gəlirin  yığıma  deyil,  istehlaka  yönəltdikləri  hissəsidir.  Fərz  edək  ki,  istehlaka 

meylin ən son həddi ¾ -dür. Bu o deməkdir ki, ev təsərrüfatlarının qazandıqları 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə