DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə252/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   248   249   250   251   252   253   254   255   ...   281

Н. Грегори Менкйу 

 

 



606 

Likvidliyə  üstünlük  vermə  nəzəriyyəsinin  təhlili  bizim  qısamüddətli  iqtisadi 

müvazinətsizliklər haqda anlayışımızı genişləndirəcək.  

 

Likvidliyə üstünlük vermə nəzəriyyəsi 

c.M.Keyns  «Məşğulluq,  faiz  və  pulun  ümumi  nəzəriyyəsi  »  əsərində  faiz 

dərəcəsini  müəyyən  edən  amilləri  izah  etmək  üçün  likvidliyə  üstünlük  vermə 

nəzəriyyəsini  təklif  etdi,  əslində,  bu  nəzəriyyə  tələb  və  təklif  nəzəriyyəsinə 

əlavədən  ibarətdir.  Keynsə  görə  faiz  dərəcəsi  pul  təklifi  və  ona  olan  tələbi 

tarazlaşdırılması istiqamətində dəyişir.  

23-cü fəsildə  iqtisadçıların nominal və real faiz dərəcələrini fərqləndir-

diklərini  öyrəndik.    Nominal  faiz  dərəcəsi  adətən  rəsmi  olaraq  qəbul  olunur, 

real  faiz  dərəcəsi  isə  inflyasiyanı  nəzərə  almaqla  nominal  faiz  dərəcəsinə 

bərabərləşdirilir.  Bu  halda  biz  hansı  faiz  dərəcəsini  nəzərdən  keçirməliyik? 

Məlum  olur  ki,  hər  ikisini.  Daha  sonrakı  təhlildə  biz  inflyasiyanın  sürətini 

daimi  hesab  edəcəyik.  (Biz  iqtisadiyyatı  qısamüddətli  dövrdə  nəzərdən 

keçirdiyimiz  üçün  bu  ehtimal  məqsədyönlü  hesab  oluna  bilər.)  Beləliklə,  

nominal  faiz  dərəcəsinin  yüksəldiyi  və  yaxud  azaldığı  zaman  real  faiz 

dərəcəsinə uyğun insanların faiz gəliri əldə edəcəklərini düşündükləri real faiz 

dərəcəsi nominal faiz dərəcəsinə uyğun olaraq artır və yaxud azalır. buna görə 

də təhlil zamanı biz onu yadda saxlamalıyıq ki, həm nominal, həm də real faiz 

dərəcəsi eyni istiqamətdə dəyişir.  

İndi isə pul təklifi, pula olan tələbi, eləcə də onların faiz dərəcəsindən 

asılılığını nəzərdən keçirək.  

Pul təklifi. Likvidliyə üstünlük vermə nəzəriyyəsinin birinci hissəsi pul 

təklifinə həsr olunmuşdur. ABŞ iqtisadiyyatında  pul təklifini Federal ehtiyyat 

sistemi  idarə  edir.  Pul  kütləsi  həcminə  əsas  təsir  vasitəsi  açıq  bazarda  dövlət 

istiqrazlarının  satışı  və  alışı  vasitəsilə  bank  ehtiyatlarının  tənzimlənməsidir. 

FES  açıq  bazarda  dövlət  istiqrazlarını  əldə  etdikdə  onlara  görə  ödənilən 

dollarlar  adətən banklarda  yerəşdirilir və bank  ehtiyatlarını  artırır.  FES  dövlət 

istiqrazlarını  satdıqda  isə  əldə  olunan  pullar  bank  sistemindən  çıxarılır  və 

bankların  ehtiyyatları  azalır.  Öz  növbəsində  bankların  borc  alma  və  pul  əldə 

etmək  imkanları  bank  ehtiyatlarının  dəyişməsindən  asılıdır.  Açıq  bazarda 

əməliyyatlarla bərabər FES pul təkliftinə ehtiyyat normalarını (bankların təmin 

etməli  olduqları  ehtiyatların  əmanətlərə  nisbətən  müəyyən  norması)  və  uçot 

dərəcələrini  (bankların  FES-dən  aldıqları  borclara  görə  faiz  dərəcəsi) 

dəyişməklə təsir göstərir  

FES-in siyasətini həyata keçirmək üçün monitar tənzimlənmə mexaniz-

minin detalları çox vacibdir, lakin bu fəsildə onlar bizim təhlilimizin predmeti 

deyil. Bizim məqsədimiz pul təklifinin dəyişməsinin əmtəə və xidmətlərə olan 

məcmu tələbə necə təsir göstərməsini tədqiq etməkdən ibarətdir.  Bu məqsədə 

nail olmaq üçün FES-in  siyasətinin detallarını nəzərə almamaq olar və sadəcə 




Економиксин принсипляри 

 

607 



fərz  etmək  olar  ki,  FES  bilavasitə  pul  təklifini  idarə  edir.  Başqa  sözlə 

iqtisadiyyatda  təklif  olunan  pulların  miqdarı  FES-in  qərarına  uyğun  olaraq, 

istənilən səviyyədə müəyyənləşdirilə bilər.  

Beləliklə,  pul  təklifinin  həcmi  FES-in  siyasəti  ilə  müəyyən  olunur  və 

digər  iqtisadi  dəyişən  kəmiyyətlərdən,  xüsusilə  faiz  dərəcəsindən  asılı  deyil. 

Biz təsbit edilmiş pul təklifini şaquli təklif  əyrisi ilə təsvir edirik (Şəkil 31.1)   



Pula  tələb.    Likvidliyə  üstünlük  vermə  nəzəriyyəsinin    ikinci  hissəsi 

pula  olan  tələbə  həsr  olunmuşdur.  Xatırladaq  ki,  likvidlik  dedikdə  istənilən 

aktivin  iqtisadiyyatda  qəbul  olunmuş  tədavül vasitəsinə çevrilməsinin  asanlığı 

başa düşülür.  



 

r

1



r

2

0



М

d

1



М

d

2



 

 

 



 

 

 



 

İqtisadiyyatda tədavül vasitəsi puldur, deməli, müəyyən olunduğu kimi 

bütün  mövcud  mümkün    aktivlərdən  ən  likvid  olanıdır.  Pulların  likvidliyi 

onlara olan tələbi izah edir: sahib olmağa görə daha çox gəlir gətirdikləri üçün 

pullar digər aktivlərdən üstündürlər, ona görə ki, əmtəə və xidmətlərin alınması 

üçün istifadə olunurlar.  

 

Pula  tələbi  bir  çox  amillər  müəyyən  edir,  lakin  likvidliyə  üstünlük 



vermə  nəzəriyyəsində  qeyd  olunduğu  kimi,  özündə  pulların  saxlanılmasının 

alternativ xərclərini  əks  etdirən  faiz  dərəcəsi  ən vacib amildir. Yəni  sizin  var-

dövlətiniz  nəğd  pul  şəklində  saxlanılırsa  və  gəlir  gətirən  heç  bir  qiymətli 

kağızlarda  yerləşdirilməmişdirsə  bu  zaman  siz  könüllü  olaraq,  əlavə  gəlirdən 

imtina  edirsiniz.    Faiz  dərəcəsinin  yüksəlməsi  nəğd  pulların  «bekar  qalması» 

Пул


 

тяклифи


 

Фаиз дяряъяси

 

Пула тяляб 



Таразлыг 

фаиз 


дяряжяси 

ФЕС тяряфиндян мцяййян 

олунмуш щяжм 

Пул кцтлясинин щяжми 

Шякил 31.1. Пул базарында таразлыг 



Н. Грегори Менкйу 

 

 



608 

xərclərinin  çoxalmasına    və  onlara  olan  tələbin  azalmasına  gətirib  çıxarır. 

Beləliklə, pula tələb əyrisinin qrafiki aşağı enir. (Şəkil 31.1.)   

Pul bazarında tarazlıq.  Likvidliyə üstünlük vermə nəzəriyyəsinə görə 

faiz  dərəcəsi  pul  təklifi  və  ona  olan  tələbi  tarazlaşdırılması  istiqamətində 

dəyişir.  (Şəkil  31.1.)    Tarazlıq  faiz  dərəcəsi  adlanan  yeganə  faiz  dərəcəsi 

mövcuddur.  Bu  faiz  dərəcəsində  pula  tələbin  həcmi  təklif  olunan  pul 

vəsaitlərinin  kəmiyyətinə  tam  bərabərləşir.  Faiz  dərəcəsi  istənilən  başqa 

qiymətə  malik  olarsa,  iqtisadi  subyektlər  aktivlərin  bütün  növlərini  təshih 

etməyə çalışırlar. Nəticədə faiz dərəcəsi tarazlılıq  nöqtəsinə çatır.  

Fərz  edək  ki,  faiz  dərəcəsi  tarazlıq  səviyyəsindən  yuxarıda  yerləşir  

(Şəkil  31.1. –də  r

1

).   Bu  zaman  mövcud tələbə uyğun    pulların  miqdarı  (M



d

1



FES  tərəfindən  təklif  olunandan  az  olur.  Əlavə  pullara      malik  olan  iqtisadi 

subyektlər  gəlir  gətirən  qiymətli  kağızlar  əldə  edərək,  yaxud  pulları  bank 

hesablarında  yerləşdirərək  onlardan  qurtulmağa  çalışırlar.  Qiymətli  kağızların 

emitentləri  və  banklar  daha  az  faiz  ödəməyə  üstünlük  verdikləri  üçün  onlar 

pulların əlavə təklifinə əmanətlərə görə faizlərin azaldılması ilə cavab verirlər. 

Faiz  dərəcəsi  aşağı  düşdükcə  ayrı-ayrı  şəxslərin  pulları  əldə  saxlamaq  istəyi 

artır  və  nəhayət    faiz  dərəcəsinin  tarazlıq  qiymətində  onlar  məmnuniyyətlə 

məhz  FES-in  təklif  etdiyi  kəmiyyətdə  nəğd  pul  vəsaitlərini    özlərində 

saxlayırlar.  Tarazlıq  səviyyəsindən  (r

2

)  (Şəkil  31.1.)  aşağı  faiz  dərəcəsində 



əhalinin  əlində  saxlamaq  istədiyi  pulların  miqdarı  (M

d

2



)  FES-in  təklif 

etdiyindən  çox  olur.  İqtisadi  subyektlər  istiqrazlardan  və  digər  gəlir  gətirən 

aktivlərdən  qurtularaq  pul  ehtiyatlarını  çoxaltmağa  cəhd  göstərirlər.  Qiymətli 

kağızlara tələb  azaldıqca istiqrazların emitentləri  alıcıları cəlb etmək məqsədi 

ilə daha yuxarı faiz dərəcəsinin qoyulmasının zəruriliyi haqda nəticəyə gəlirlər. 

Beləliklə, faiz dərəcəsi yüksələrək tarazlıq səviyyəsinə çatır.  

 

Məcmu tələb əyrisinin qrafikinin aĢağı enməsi  

Tarazlıq  faiz  dərəcəsinin  müəyyənləşdirilməsi  prosesinin  əmtəə  və  ximətlərə 

olan məcmu tələbə təsirini nəzərdən keçirək.  Əvvəlcə bu modeli məcmu tələb 

əyrisinin  qrafikinin  aşağı  enməsinin  izahı  üçün  istifadə  edək.  Fərz  edək  ki, 

iqtisadiyyatda  qiymətlərin  ümumi  səviyyəsi  yüksəlir.  Pul  təklifi  və  ona  olan 

tələbi  tarazlaşdıran  faiz  dərəcəsi  necə  diyişəcək  və  bu  dəyişikliklər  tələbin 

yönəldiyi əmtəə və xidmətlərin kəmiyyətinə necə təsir göstərəcək?  

Pula  tələbin  determinantlarından  biri  qiymətlərin  səviyyəsidir.  (Fəsil 

27.)  Qiymətlər  yüksəldikdə  əmtəə  və  xidmətlərin  hər  bir  alqı-satqı  aktında  

daha çox pul tələb olunur, nəticədə ayrı-ayrı şəxslər sərəncamlarında xeyli pul 

vəsaitləri  məbləğinin  olmasının  zəruriliyi  haqda  qərar  qəbul  edirlər.  Yəni 

qiymətlərin  səviyyəsinin  hər  yüksəlməsi  uyğun  faiz  dərəcəsində  pula  olan 

tələbin artmasına gətirib çıxarır. Beləliklə, qrafikdən (a) şəkil 31.2 göründüyü 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə