DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə251/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   281

Економиксин принсипляри 

 

603 



izah edən – məcmu tələb və məcmu təklif modelinə baxdıq. Sonrakı fəsillərdə 

bu modellərin hər bir elementini biz təhlil edəcəyik. 

Qısamüddətli  iqtisadi  fluktuasiya  modeli  nə  cür  yaradılmışdır. 

Əhəmiyyətli  dərəcədə  müsbət  xarici  effekt  özünü  göstərir.  1929-1933-cü 

illərdə  «böyük  depressiya»  zamanı  ABŞ  ÜDM-nun  real  həcmi  30%  aşağı 

düşmüşdür. İşsizliyin səviyyəsi isə 3%-dən 25%-ə qədər artmışdır. İqtisadçılar 

və siyasətçilər ressesiyanın səbəblərini başa düşmürlər və bu hadisədən çıxmaq 

üçün onlar yollar axtarırdılar. 

1936-cı ildə con Meynard Keynsin məşhur «Məşğulluğun, faiz və pulun 

ümumi nəzəriyyəsi» adlı əsəri nəşr olundu. Bu əsərində o, çalışırdı ki, iqtisadi 

fluktuasiyanın  qısamüddətli  səbəblərini  və  Böyük  tənəzzülün  səbəblərini  izah 

etsin.  O,  belə  hesab  edirdi  ki,  durğunluğun  və  tənəzzülün  əsas  səbəbi 

əmtəələrin  və  xidmətlərin  məcmu  tələbdə  deyildir,  əsas  səbəb  əmtəələr  və 

xidmətlər  məcmu  tələbin  uyğun  gəlməməsidir.  c.M.Keyns  belə  bir  nəticəyə 

gəlirdi  ki,  klassik  iqtisadi  nəzəriyyədə  müstəsna  hal  kimi  iqtisadi  siyasətin 

uzunmüddətli nəticələri təhlil edilir. 

Uzun  kəsik  müddətinə  iqtisadi  təhlil  bizim  istiqamətimizi  çaşdırır.  Bu 

məşhur  sözü  də,  o,  belə  izah  edirdi  ki,  həyata  uzunmüddətli  bir  dövr  kimi 

baxsaq,  səhv  etmiş  olarıq.  O  zaman  biz  həyatda  olmayacağıq,  öləcəyik. 

İqtisadçılar  iqtisadiyyata  uzunmüddətli  bir  dövr  kimi  baxırlar,  onlar  çalışırlar 

ki, sadə məsələlər həll etsinlər, lakin bu məsələlər heç kimə lazım deyil. Biz isə 

əslində  episentrin  mərkəzindəyik,  tufanın  qurtarmağını  və  okeanın 

sakitləşməsini gözləyirik. 

c.M.Keynsin  ideyaları  siyasətçilərə  və  iqtisadçılara  lazımdır.  Dünya 

iqtisadiyyatı işsizliyin  yüksək səviyyəsindən xeyli əzab çəkmişlər. c.M.Keyns 

belə  bir  siyasət  təbliğ  edirdi  ki,  hökumət  ictimai  işləri  maliyyələşdirməklə 

yanaşı  məcmu  tələbi  artırmalıdır.  Sonrakı  fəsildə  biz  pul-kredit  və  maliyyə-

büdcə  siyasətinə  təsir  edən  məcmu  tələbin  elementlərini  tədqiq  edəcəyik. 

Sonrakı fəsildə verəcəyimiz təhlil con Meynard Keynsin əsərlərinə əsaslanır. 



Н. Грегори Менкйу 

 

 



604 

Fəsil 31 

PUL-KREDĠT VƏ MALĠYYƏ-BÜDcƏ  

SĠYASƏTĠNĠN MƏcMU TƏLƏBƏ TƏSĠRĠ 

 

 



 

 

 



Təsəvvür  edin  ki,  siz  ABŞ-ın  pul-kredit  (monetar)  siyasətini  müəyyən  edən 

Federal ehtiyyat sisteminin açıq bazarda əməliyyatlar Kommitəsinin (FABƏK) 

üzvüsünüz.    Federal  büdcə    kəsirinin  azaldılmasına  yönəldilmiş  dövlət 

xərclərinin ixtisarı barədə Konqress və Prezidentin razılığa gəlməsi haqda sizdə 

məlumat  var.  Maliyyə-büdcə  (fiskal)  siyasətində  dəyişikliklərə  FES  hansı 

münasibəti  göstərəcək?    O,  pul  təklifini  artırmalı,  azaltmalı  yaxud  heç  bir 

tədbir görməməlidir?  

 

Hər  hansı  bir  qərar  qəbul  etmək  üçün  siz  monetar  və  maliyyə-  büdcə 



siyasətlərinin iqtisadiyyata təsirini nəzərdən keçirməlisiniz.  Əvvəlki fəsildə biz 

məcmu  tələb  və  məcmu  təklif  modelini  istifadə  edərək,  qısamüddətli  iqtisadi 

müvazinətsizliklərin  səbəblərini  nəzərdən  keçirmişdik.  Məcmu  tələb  yaxud 

məcmu  təklif  əyrilərinin  yerdəyişmələri  məhsul  və  xidmətlər  buraxılışının 

ümumi həcminə və qiymətlərin səviyyəsinə təsir göstərir. Əvvəlki fəsildə qeyd 

etdiyimiz  kimi  dövlət  pul-kredit  və  fiskal  siyasətin  vasitəsilə  məcmu  tələbin 

ölçülərinə  təsir  göstərmək  imkanına  malikdir.  Deməli,  onların  dəyişməsi 

qiymətlərin  və  istehsalın  qısamüddətli  tərəddüdlərinə  gətirib  çıxara  bilər.  Ola 

bilər ki, siyasətçilər əvvəlcədən mənfi nəticələrin  baş verəcəyini nəzərə alaraq 

onların  kompensasiyasına istiqamətlənmiş qərarlar qəbul etsinlər.  Bu fəsildə 

biz  pul-kredit  və  fiskal  siyasətin  vasitələri  ilə  həyata  keçirilən  əməliyyatların 

iqtisadiyyatın  vəziyyətinə  təsirini  təfsilatı  ilə  nəzərdən  keçirəcəyik.  Dövlət 

tənzimlənməsinin  uzunmüddətli  nəticələrini  biz  əvvəllər  müzəkirə  etmişdik. 

Biz 24 və 25-ci fəsillərdə maliyyə-büdcə siyasətinin əmanətlərə, investisiyalara 

və  uzunmüddətli  iqtisadi  artıma  təsirini;  27  və  28-ci  fəsillərdə  pul  kütləsinin 

idarə edilməsinin və uzunmüddətli dövrdə pul təklifi barədə müxtəlif qərarların 

qiymətlərin səviyyəsinə təsiri nəticələrini nəzərdən keçirmişdik.  

 

Məlum  olduğu  kimi  fiskal  və  monetar  siyasətlərlə  bərabər  məcmu 



tələbə  çoxlu  digər  amillər  də  təsir  göstərir.  O  cümlədən,  ev  təsərrüfatları  və 

firmalar  tərəfindən  xərclərin  məbləği  barədə  qəbul  edilən  qərarlar  məhsul  və 

xidmətlərə ümumi tələbi müəyyən edir və bu qərarların dəyişməsi nəticəsində 

məcmu tələb əyrisi yerini dəyişir. Bunlara uyğun olaraq dövlətin münasibətinin 

yoxluğu  məcmu  tələbin  yerdəyişmələri  istehsalın  həcmi  və  məşğulluq 



Економиксин принсипляри 

 

605 



səviyyəsinin qısamüddətli tərəddüdlərinə gətirib çıxarır. Pul-kredit və maliyyə-

büdcə  tənzimlənməsinin  həyata  keçirilməsində  cavabdeh  siyasi  xadimlər 

məcmu  tələbin  yerdəyişmələrini  kompensasiya  etməyə  və  iqtisadiyyatı 

sabitləşdirməyə  cəhd  göstərirlər.  Daha  sonra  biz  onların  əsəslandıqları 

nəzəriyyələri  və  bu  nəzəriyyələrin  praktiki  baxımdan  reallaşdırılmasının  bəzi 

çətinliklərini müzakirə edəcəyik.  

 

Monetar siyasətin məcmu tələbə təsiri 

Məcmu  tələb  əyrisinin  təhlili  bizdə  qiymətlərin  hər  bir  səviyyəsinə  əmtəə  və 

xidmətlərə  təqdim  edilən  tələb  haqda  təsəvvür  yaranmasına  imkan  yaradır. 

Əvvəlki fəsildən bildiyimiz kimi məcmu tələbin əyrisi aşağıdakı səbəblərə görə 

azalma meylinə malikdir:  

 



Dövlətlilik amili: - qiymətlərin səviyyəsinin enməsi təssərrüfatların  pul 

ehtiyyatlarının  real  dəyərinin  artmasına  gətirib  çıxarır,  bu  da  öz 

növbəsində istehlak xərclərini stimullaşdırır.  

 



Faiz  dərəcəsi  amili:  -  iqtisadi  subyektlərin  artıq  pul    resursları  əma-

nətlərin  yığımına  yönəldiyi  üçün  qiymətlərin  səviyyəsinin  azalması 

zamanı faiz dərəcəsi aşağı düşür. Faiz dərəcəsinin azalması  nəticəsində 

investisiya xərcləri artır. 

 

Mübadilə  kursu  amili:  -  qiymətlərin  səviyyəsinin  aşağı  düşməsi  faiz 



dərəcəsinin  azalması  ilə  nəticələnərsə,  bu  zaman  investorlar  öz 

kapitallarının  bir  hissəsini  xaricə  köçürürlər,  bu  da  milli  valyutanın 

mövqeyinin  zəifləməsinə  səbəb  olur.  Milli  valyutanın  qiymətdən 

düşməsi  yerli  malların  idxal  mallarına  nisbətən  ucuzlaşmasını 

əvvəlcədən müəyyənləşdirir, beləliklə ixraca meyl yaranır.  

Nəzərdən keçirdiyimiz amillər birlikdə fəaliyyət göstərir, bu da qiymətlərin 

ümumi  səviyyəsinin  aşağı  düşdüyü  zaman  tələbin  həcminin  yüksəlməsini 

müəyyənləşdirir.    Lakin  məcmu  tələb  əyrsinin  azalma  meylinə  səbəb  olan 

amillər  heç  də  bərabər  əhəmiyyətli  deyildirlər.  Ona  görə  ki,  pul  ehtiyyatları 

təssərrüfatların  mülkiyyətinin  çox  az  hissəsini  təşkil  edir,  dövlətlilik  amili 

məcmu tələbə ən az təsir göstərən amildir. Bundan əlavə ixrac və idxal  ABŞ-ın 

ÜDM-nun çox az hissəsini təşkil etdiyi üçün amerika iqtisadiyyatına  mübadilə 

kursu amilinin təsiri çox az nəzərə çarpır. (Bu amil ölkə iqtisadiyyatında xarici 

ticarətin  mühüm  rol  oynadığı  kiçik  dövlətlər  üçün  daha  vacibdir.)  ABŞ 

iqtisadiyyatında  məcmu  tələb  əyrisinin  azalma  meylinin  əsas  səbəbi  faiz 

dərəcəsi amilidir.  

Məcmu tələbə dövlətin təsir metodlarını aydınlaşdırmaq üçün faiz dərəcəsi 

amilini daha  dəqiqliklə tədqiq edək. Biz faiz dərəcəsinin müəyyənləşdirilməsi 

nəzəriyyəsi  (likvidliyə  üstünlük  vermə  nəzəriyyəsi)  ilə  tanış  olacağıq  və  bu 

nəzəriyyənin  köməyi  ilə  məcmu  tələb  əyrisinin  azalma  meyli  səbəblərini  və 

ona  dövlətin  pul  kredit  siyasətinin  təsirini  təfsilatı  ilə  aydınlaşdıracağıq.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə