DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə254/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   281

Економиксин принсипляри 

 

611 



istehsal texnologiyası ilə  müəyyənləşir. 

2.

 



İstehsalın hər bir səviyyəsi üçün uyğun olaraq faiz dərəcəsi elə dəyişir 

ki, borc fondlarının təklifi və tələbi tarazlaşsın. 

3.

 

Qiymətlərin  səviyyəsi  pula  tələbi  və  pul  təklifini  tarazlaşdırır.  Pul 



təklifinin  dəyişməsi  qiymətlərin  səviyyəsinin  proporsional  dəyiş-

məsinə gətirib çıxarır. 

İqtisadçıların əksəriyyətinin fikrincə, klassik iqtisadi nəzəriyyənin əsas 

müddəaları  uzunmüddətli  dövrdə  iqtisadiyyatın  fəaliyyətinin  təsvir 

edilməsində çox gözəl işləyir.  

Lakin  əvvəlki  fəsildə  müzakirə  etdiyimiz  kimi  bir  çox  əmtəələrin 

qiymətləri  pul  təklifində  olan  dəyişikliklərə  çox  gec  reaksiya  verir  və 

qısamüddətli  dövrdə  qiymətlərin  ümumi  səviyyəsi  özü-özünə  pula  tələbi  və 

pul  təklifini  tarazlaşdıra  bilməz.  Pul  bazarının  tarazlıq  vəziyyətinə  gəlməsi 

üçün  faiz  dərəcəsi  dəyişir  (əmtəə  və  xidmətlərə  olan  məcmu  tələbə  təsir 

göstərərək). Məcmu tələbin dəyişiklikləri iqtisadiyyatda istehsal olunan əmtəə 

və  xidmətlərin  həcmi  texnologiya  və  istehsal  amillərinin  təklifi  ilə  müəyyən 

olunan səviyyədən fərqlənməsinə gətirib çıxarır.  

Göstərilənləri əks istiqamətdə nəzərdən keçirək: 

1.

 

Qiymətlərin  səviyyəsi  müəyyən  yüksəlmə  dərəcəsində  təsbit 



edilmişdir və qısamüddətli dövrdə iqtisadi şəraitdə baş verən dəyişikliklərə o 

qədər də həssas deyil.  

2.

 

Pula  tələbi  və  pul  təklifini  tarazlaşdırmaq  məqsədilə  faiz  dərəcəsi 



hər bir verilən qiymətlərin səviyyəsinə uyğun dəyişir.  

3.

 



Məhsul  buraxılışının  səviyyəsi  əmtəə  və  xidmətlərə  olan  məcmu 

tələbdəki  dəyişikliklərə  cavab  verir.  Bu  tələb  isə  müəyyən  dərəcədə  pul 

bazarını tarazlaşdıran faiz dərəcəsi ilə müəyyən olunur.   

Beləliklə, faiz dərəcəsinin hər iki nəzəriyyəsi digərindən fərqli tətbiq 

sahəsinə  malikdir.  Uzunmüddətli  dövrdə  faiz  dərəcəsini  müəyyənləşdirən 

amillər  haqqında  fikirləşdikdə,  borc  fondları  nəzəriyyəsini  nəzərdə  tutmaq 

lazımdır.  Bu  nəzəriyyə  yığıma  meyliliyi  və  investisiya  imkanlarının 

əhəmiyyətini ön plana çəkir. 

Əksinə,  uzunmüddətli  dövrdə  faiz  dərəcəsini  müəyyənləşdirən 

amilləri təhlil etdikdə likvidliyə üstünlük vermə nəzəriyyəsini  mütləq nəzərə 

alın. Bu nəzəriyyədə əsas diqqət pul- kredit siyasətinə yönəldilir.

 

 



Pul təklifinin dəyiĢiklikləri 

Biz likvidliyə üstünlük  vermə nəzəriyyəsini   məcmu  tələb  əyrisinin  qrafikinin 

aşağı enmə meylini daha ətraflı izahı üçün istifadə etdik.  Lakin bu nəzəriyyə 

FES-in  monetar  siyasətinin  məcmu  tələbin  qrafikinə  təsirini  də  təhlil  etməyə 

imkan  verir.  Fərz  edin  ki,  FES  açıq  bazarda  əməliyyatlar  vasitəsilə  dövlət 

istiqrazlarını  əldə  etməklə  pul  təklifini  artırır.  Fərz  edək  ki,  qısamüddətli 

dövrdə  qiymətlərin  səviyyəsi  pulların  artmasına  heç  bir  reaksiya  vermir. 

Tədavüldə  əlavə  pulların  miqdarı  tarazlıq  faiz  dərəcəsinə  və  məcmu  tələbin 

qrafikinə təsir göstərəcəkmi?  



Н. Грегори Менкйу 

 

 



612 

Şəkil  31.3-də  qrafik  (a)-da  göstərildiyi  kimi  pul  təklifinin  artması  pul 

təklifi  əyrisinin  MS

1

-dən    MS



2

-yə  sağa  yerdəyişməsinə  gətirib  çıxarır.  Pula 

tələbin  qrafiki  dəyişmədiyi  üçün  faiz  dərəcəsi  r

1

-dən  r



2

-yə  qədər  azalır.  Yəni 

faiz  dərəcəsinin  azalması  iqtisadi  subyektləri    FES-in  yaratdığı  əlavə  pulları 

«ələ keçirməyə» təşviq edir. 

 

 

 



 

 

 



 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ġəkil 31.3.  Pulun təklifi

 

 



 

Гиймятлярин П

1

 сявиййясиндя 



пула тяляб 

2…. таразлыг 

фаиз дяряъяси 

азалыр… 


р

2

 



Пул тяклифи 

(а) Пул базары 

Фаиз дяряъяси 

Пул кцтлясинин 

щяъми 



МС



1

 

МС



2

 

р

1

 

Й



1

 

1. ФЕС пул тяклифини 

артырдыгда… 

П

1

 



(б) Мяъму тяляб яйриси 

Гиймятлярин 

сявиййяси 

Мящсул 


бурахылышынын 

щяъми 


Мяъму тяляб 

3. … гиймятлярин верилян 

сявиййясиндя ямтяя вя 

хидмятляря тялябин щяъми ися 

артыр. 



АД



1

 

Й

2

 

АД

2

 


Економиксин принсипляри 

 

613 



Yenə  də  faiz  dərəcəsinin  səviyyəsi  əmtəə  və  xidmətlərə  olan  tələbin 

həcminə  təsir  göstərir  (qrafik  (b)  şəkil  31.3.).  Faiz  dərəcəsinin  azalması  borc 

almanın qiymətinin və əmanətlərdən gələn gəlirlərin aşağı  düşməsi deməkdir. 

Ev  təssərrüfatları  tərəfindən  evlərin  alınması  artır,  həm  də  bu  evlərin  sahələri 

də  çoxalır,  bu  isə  mənzil  tikintisinə  infestisiyalara  olan  tələbi  stimullaşdırır. 

Firmalar tikintiyə və avadanlıqların alınmasına  pul qoyuluşlarını artırırlar. Bu 

da  istehsal  investisiyalarına  müsbət  təsir  göstrir.  Ev  təsərrüfatlarının 

əmanətlərinin  normaları  azalır,  istehlak  mallarına  xərclər  isə  yüksəlir.  Bu 

amillərin təsiri qiymətlərin verilən P səviyyəsində əmtəə və xidmətlərə tələbin 

həcminin Y

1

-dən Y


2

-yə artmasına səbəb olur.  



Nəticə:  FES  tərəfindən  həyata  keçirilən  pul  buraxılışı  pul  təklifini 

artırır. Qiymətlərin verilən hər bir səviyyəsinə  görə pul təklifinin artması faiz 

dərəcəsinin  azalmasını  əvvəlcədən  müəyyənləşdirir,  bu  isə  öz  növbəsində 

əmtəə  və  xidmətlərə  tələbin  artmasına  səbəb  olur.    Beləliklə,  əlavə  pul 

buraxılışı məcmu tələb əyrisinin sağa yerdəyişməsinə səbəb olur.    

 

Faiz dərəcəsinin təqribi göstəricisi və FES-in siyasəti 

FES  iqtisadiyyata  necə  təsir  göstərir?  Adətən,  biz  FES-in  siyasətinin  əsas 

vasitəsi  kimi  pul  təklifini  nəzərdən  keçirirdik.  FES  açıq  bazarda    federal 

hökumətin  istiqrazlarını  əldə  edərək,  pul  təklifini  artırır  və  məcmu  tələbi 

genişləndirir.  FES açıq  bazarda   dövlət istiqrazlarını satdıqda isə pul təklifini 

azaldır  və  məcmu  tələbi  məhdudlaşdırır.  Lakin  çox  vaxt  FES-in  siyasətini 

müzakirə edərkən bu siyasətin əsəs vasitəsi kimi pul təklifi deyil, faiz dərəcəsi 

nəzərdən  keçirilir.  Doğrudan  da,  son  zamanlar  FES  federal  fondlar  üzrə  faiz 

normalarının təqribi göstəricilərini  (FABƏK-nin iclasında hər altı həftədən bir 

təkrar  müzakirə  olunan  banklararası  bazarda  qısamüddətli  borclar  üzrə  faiz 

dərəcəsi)  elan  edir.  FES  federal  fondlar  üzrə  faiz  normalarının  təqribi 

göstəricilərinin  (praktikada  tətbiq  olunduğu  kimi  pul  təklifini  deyil)  müəyyən 

edilməsi barədə qərarı pul təklifinin kəmiyyətcə müəyyənləşdirilməsi çox çətin 

olduğu üçün qəbul etmişdir.   

FES-in  faiz  dərəcəsinin  təqribi  göstəricisinin  müəyyənləşdirilməsi 

barədə  qərarı  bizim  pul-kredit  siyasətinin  təhlilini  dəyişmir.  Likvidliyə 

üstünlük vermə nəzəriyyəsi mühüm prinsipi aydınlaşdırır: monetar siyasət həm 

pul  təklifi  terminləri,  həm  də  faiz  dərəcəsi  (faiz  normaları)  terminləri  ilə  şərh 

oluna  bilər.  FABƏK  federal  fondlar  üzrə  faiz  normalarının  təqribi 

göstəricilərini   (məsələn: 6%)  müəyyənləşdirdikdə, bu o deməkdir ki,  FES-in 

birca  brokerləri  açıq  bazarda  əməliyyatları  tarazlıq  faiz  dərəcəsinin 

kəmiyyətinin  6%  səviyyəsini  təmin  etmək  üçün  həyata  keçirmələri  barədə 

təlimat  alırlar.  Yəni  FES  faiz  dərəcəsinin  plan  göstəricilərini  müəyyənləş-

dirdikdə, pul bazarında  tarazlığın bu təqribi  göstəricilərə uyğun  gəlməsi  üçün 

pul təklifinin  tənzimlənməsini öz üzərinə götürür.  




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə