DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə262/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   258   259   260   261   262   263   264   265   ...   281

Економиксин принсипляри 

 

631 



dövrdə  FES-nin  pül-kredit  siyasətinin  imkanlarını  M.Fridmen  belə 

qiymətləndirir: 

Pul-kredit  siyasətinin  alətlərinin  nomanal  göstəriciləri  və  ilk  növbədə 

şəxsi  borc  sənədəlrinin  həcmini  (nəğd  pullar  və  bank  ehtiyyatlarının  cəmi) 

ifadə  etməyə  imkan  verir.  Prinsip  etibarı  ilə  onlar  nominal  göstəricilərin:  - 

mübadilə  kursunun;  qiymətlərin  səviyyəsinin;  milli  gəlirin  nominal  səviy-

yəsinin; bu və ya digər kateqoriyaya uyğun olaraq pulların kəmiyyətinin yaxud, 

nominal  göstəricilərin  -  inflyasiyanın  yaxud  deflyasiyanın  –  dəyişikliklərinin 

bir  səviyyədə  saxlamaq  üçün;  nominal  milli  gəlirin  artıb  yaxud  azalma 

sürətinin;  pul  kütləsi  həcminin  artım  sürətinin  təsbit  edilməsi  üçün  istifadə 

oluna  bilərlər.  Lakin  nominal  göstəricilər  üzərində  nəzarət  real  göstəriciləri:  - 

real faiz dərəcəsini; işsizliyin  səviyyəsini; real  mili  gəlirin səviyəsini;  pulların 

real kəmiyətini; real milli gəlirin artım sürətinin yaxud pulların real miqdarının 

artım sürətini bir səviyyədə saxlamağa imkan vermir. 

Buradan  Fillips  əyrisi  barədə    mühüm  nəticələr  meydana  çıxır. 

Xüsusilə,  pul-kredit  siyasətinin  aparılmasına  cavabdeh  olan  təşkilatların 

uzunmuddətli şaquli Fillips əyrisi ilə üzləşmələri nəzərədə tutulur. (Şəkil 32.3.) 

Əgər  FES  tərəfindən    müəyyən  olunan  pul  kütləsinin  artım  sürəti  böyük 

deyilsə,  uyğun  olaraq  inflasiyanın  sürəti  də  yüksək  deyil  və  iqtisiadiyat  A 

nöqtəsində  yerləşir.  Əgər  FES  təklifini  kəskin  çoxaldırsa,  iqtisadiyyat 

inflyasiyanın yüksək sürəti ilə xarakterizə olunur və B nöqtəsində yerləşir. Hər 

iki  halda  işsizliyin  səviyyəsi  özünün  işsizliyin  təbii  səviyyəsi  adlanan  normal 

səviyyəsinə  yaxınlaşır.  Uzunmüddətli  şaquli  Fillips  əyrisi  belə  bir  nəticəni 

nümayiş  etdirir:  uzunmuddətli  dövrdə  işsizlik  pul  kütləsinin  və  inflyasiyanın 

artımından asılı deyil. 

 

 



 

 

 



 

 

 



Əslində  uzunmüddətli  şaquli  Fillips  əyrisi  pulların  neytrallığı  barədə 

klassik  ideyanın  ifadələrindən  biridir.  Yada  salaq  ki,  30-cu  fəsildə  biz  bu 

ideyanı  məcmu  təklifin  uzunmuddətli  şaquli  əyrisi  kimi  nümayiş  etdirmişdik. 

Həqiqətən də şəkil 32.4-də göstərildiyi kimi uzunmüddətli şaquli Fillips əyrisi 

və  məcmu  təklifin  uzunmüddətli  şaquli  əyrisi  bir  medalın  2  ayrı  üzüdür:  (a) 

qrafikində pul təklifinin artması məcmu tələb əyrisini sağa AD

-dən  AD


2

 -yə 


yerini dəyişir. Əyrinin  yerdəyişməsi nəticəsində uzunmüddətli tarazlıq nöqtəsi 


Н. Грегори Менкйу 

 

 



632 

A  nöqtəsindən  B  nöqtəsinə  keçir.  Qiymətlərin  səviyyəsi  yüksəlir.  (P

1

-dən  P


2

-

yə)  lakin  məcmu  təklif    əyrisi  şaquli  olduğu  üçün  məhsul  buraxılışı  həcmi 



əvvəlki  kimi  qalır.  (b)  qrafikində  pul  təklifinin  kəskin  artımı  infilyasyanın 

sürətinin  artmasına  gətirib  çıxarır  və  iqtisadiyyat  A  nöqtəsindən  B  nöqtəsinə 

keçir.  Lakin  Fillips  əyrisi  şaquli  olduğu  üçün  işsizliyin  səviyyəsi  dəyişmir. 

Beləliklə,  məcmu  təklifin  uzunmüddətli  şaquli  əyrisi  və  uzunmüddətli  Fillips 

əyrisi  monetar siyasətin real göstəricilərə (məhsul buraxılışı həcmi və işsizlik) 

deyil,  yalnız  nominal  göstəricilərə  (qiymətlərin  səviyyəsi  və  inflyasiyanın 

sürəti)  təsir  göstərməsini  nəzərdə  tutur.  FES-nin  pul-kredit  siyasətindən  asılı 

olmayaraq uzunmüddətli dövrlərdə məhsul buraxılışının həcmi və işsizlik təbii 

səviyyədə qalırlar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

İşsizliyin təbii səviyyəsində  «təbii» olan nədir? M.Fridmen və E.Felps 



iqtisadiyyatın  uzunmüddətli  dövrdə  «can»  atdığı  işsizlik  səviyyəsini  təsvir 

etmək üçün «təbii» sözündən istifadə etmişdirlər. Lakin işsizliyin səviyyəsinin 

təbii  olması  onun  cəmiyyət  üçün  arzu  olunması  demək  deyildir.  Eləcə  də 

işsizliyin  təbii  səviyyəsi  sabit  deyil.  Fərz  edək  ki,  yenicə  təşkil  olunmuş 

həmkarlar  ittifaqı  əmək  bazarı  üzərində  hökmranlığını  bəzi  kateqoriyalardan 

olan zəhmətkeşlərin real əmək haqqısının tarazlıq  səviyyəsindən yuxarı həddə 

qaldırılması  barədə  müqavilənin  bağlanması  üçün  istifadə  edir,  bu  işçi 

qüvvəsinin artıq təklifinə və deməli, işsizliyin təbii səviyyəsinin yüksəlməsinə 

gətirib  çıxaracaq.  İşsizliyin  belə  səviyyəsi  arzu  olunan  olduğu  üçün  deyil, 

monetar  siyasətin  təsiri  dairəsində  olmadığı  üçün  «təbiidir».  Pul  təklifinin, 




Економиксин принсипляри 

 

633 



artması  həmkarlar  ittifaqının  hökmranlığının  həddinə,  yaxud  işsizliyin  

səviyyəinə  heç  bir  təsir  göstərmir.  Bu  halda  pul  kütləsinin  artmasının  yeganə 

nəticəsi inflyasiyanın sürətinin tezləşməsidir.  

Ancaq  pul-kredit  siyasətinin  metodlarının  işsizliyin  təbii  səviyyəsinə 

təsir  göstərməməsi  faktı  iqtisadi  siyasətin  bütün  alətlərindən  imtina  etməyi 

nəzərdə  tutmur.  İşsizliyin  təbii  səviyyəsini  azaltmaq  üçün  siyasi  xadimlr  işçi 

qüvvəsi bazarının fəaliyyətinə təsir göstərən «alətlərdən» istifadə etməlidirlər.  

Minimum  əmək  haqqı  barədə  qanunlar;  kollektiv  müqavilə  barədə 

qanunlar; işsizliyə  görə sığorta sistemi və  yenidən ixtisaslaşdırma proqramları 

kimi  əmək  bazarında  iqtisadi  siyasətin  müxtəlif  alətlərinin  işsizliyin  təbii 

səviyyəsinə necə təsir göstərdiyini əvvəllər müzakirə etmişdik. İşsizliyin təbii 

səviyyəsinin  ixtisarı  üçün  istifadə  olunan  «alətlər»  uzunmüddətli  Fillips 

əyrisini sola yerini dəyişir. Bundan əlavə, işsizlyirn səviyyəsinin aşağı düşməsi 

qiymətlərin  istənilən  səviyyəsində  əmtəə  və  xidmətləri  istehsal  edən  işçilərin 

sayının  artmasının  əmtəə  və  xidmətlərin  təklifi  həcminin  artmasına  gətirib 

çıxarması deməkdirsə, məcmu təklifin uzunmüddətli əyrisi sağa yerini dəyişir.  

Yəni  inflyasiyanın  və  pul  kütləsinin  artımının  istənilən  sürətlərində  iqtisadiy-

yatda işsizliyin səviyyəsi aşağı düşür, məhsul buraxılışı həcmi isə artır. 

 

Gözləmələr və qısamüddətli Fillips əyrisi 

İlk  baxışda  M.Fridmen  və  E.Felps  tərəfindən  uzunmüddətli  dövrdə  inflyasiya 

və  işsizlik  arasında  əks  asılılığın  mövcudluğunun  inkar  edilməsi  əsassız 

görünür.  Onların  iddiaları  nəzəriyyəyə,  P.Samuelson,  R.Solou  və  A.Fillips 

tərəfindən  təsbit  olunan  inflasiya  və  işsizlik  arasındakı  əks  asılılıq  isə  faktiki 

məlumatlara  əsaslanırdı.  Nə  üçün  biz  mənfi  meyllə  xarakterizə  olunan  «daim 

cavan»  Fillips  əyrisi  mövcud  olduğu  halda  şaquli  Fillips  əyrisinin  «quru 

nəzəriyyəsinə»  inanmalıyıq?  A.Fillips,  P.Samuelson  və  R.Solounun  kəşfi 

pulların neytrallığı haqda klassik nəticəni təkzib etmirmi? 

M.Fridmen  və  E.Felps  bu  tip  sualların  qanunauyğunluğunu  gözəl  başa 

düşürdülər  və  buna  görə  də  onlar  özləri  klassik  makroiqtisadi  nəzəriyyə  ilə 

Böyük  Britaniya  və  ABŞ-da  Fillips  əyrsinin  mənfi  meyli  barədə  faktiki 

məlumatların  barışıq  üsulunu  təklif  etdilər.  Onlar  qısamüddətli  dövrdə 

inflyasiya  və  işsizlik  arasında  əks  asılılığın  mövcudluğunu  inkar  etmirdilər, 

lakin  uzunmüddətli  dövrdə  onun  varlığını  qəbul  edirdilər.  Başqa  sözlə  desək, 

ekspansionist  monetar  siyasət  müəyyən  zaman  müddətində  işsizliyin 

səviyyəsini  aşağı  salmağa  imkan  verir,  lakin  son  nəticədə  işsizlik  təbii 

səviyyəyə  qayıdır,  pul  kütləsi  həcminin  daha  sonrakı  artımı  isə  yalnız 

inflyasiyanın sürətinin yüksəlməsinə gətirib çıxarır. 

M.Fridmen  və  E.Felpsin  mühakimələri  bizim  məcmu  təklifin 

uzunmüddəti  və  qısamüddətli  əyrilərinin  müxtəlifliyinin  təhlili  ilə  çox  yerdə 

üst-üstə  düşür.  (fəsil  30)  (Faktiki  olaraq,  bu  fəsildəki  materialı  şərh  edərkən 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə