DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə258/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   281

Економиксин принсипляри 

 

621 



əhalidə  qalan  hər  dollar  1992-ci  il  üzrə  vergi  bəyannamələrinin  təqdim 

olunmalı  olduqları  zaman  1993-cü  il  15  aprelə  əlavə  vergi  ödəmələri  demək 

idi.  Beləliklə,  «corc  Buşa  görə  vergilərin  azaldılması»  faktiki  olaraq  dövlət 

tərəfindən əhaliyə verilən qısamüddətli ssudalardan ibarətdir. Təəccüblü deyil 

ki, belə siyasətin istehlak  xərcləri və məcmu tələbə təsiri cüzi oldu.  

 

Ġqtisadiyyatı sabitləĢdirmənin iqtisadi siyasəti  

Dövlətin  monetar  və  fiskal  siyasətlərinin  iqtisadiyyatda  əmtəə  və  xidmətlərə 

olan  məcmu  tələbə  mümkün  təsirlərini  nəzərdən  keçirdik.  Bizim  nəzəri 

müddəalarımız  mühüm  siyasi  sual  doğurur:  məcmu  tələbi  idarəetmənin  bu 

vasitələrinin  iqtisadiyyatın  sabitləşdirilməsində  istifadəsi  zəruridirmi?  

Zəruridirsə, hansı hallarda? Zəruri deyilsə, nə üçün?  

 

Aktiv sabitləĢdirmə siyasətinin dəlilləri 

Bu fəslin başlanğıcındakı məsələyə qayıdaq. ABŞ prezidenti və konqres dövlət 

büdcəsinin  kəsirinin  azaldılmasına  yönəldilmiş  dövlət  xərclərinin  aşağı 

salınması barədə qərar qəbul edirsə buna FES-in cavabı nə olmalıdır? Məlum 

olduğu  kimi  dövlət  xərcləri  məcmu  tələb  əyrisinin  vəziyyətinə  təsir  göstərən 

amillərdən biridir. Dövlət xərcləri azaltdığı zaman məcmu tələb aşağı düşəcək, 

bu  da  qısamüddətli  dövrdə  istehsalın  həcminin  azalmasına  və  işsizliyin 

səviyyəsinin artmasına gətirib çıxaracaq. Əgər FES maliyyə büdcə siyasətinin 

arzu  olunmaz  nəticələrinin  qarşısını  almağa  cəhd  göstərirsə  pul  təklifini 

artıraraq,  məcmu  tələbin  genişləndirilməsi  istiqamətində  tədbirlər  görür.  Pul 

ekspansiyası  faiz  dərəcələrinin  aşağı  düşməsinə  gətirib  çıxarır  və  istehlak  və 

investisiya  xərcəlrini  stimullaşdırır.  Uyğun  monetar  siyasət  əmtəə  və 

xidmətlərə  olan  məcmu  tələbin  həcmini  aşağı  düşməsinə  imkan  verməməyə 

şərait yaradır.   

FES-in açıq bazarda əməliyyatlar üzrə komitəsinin üzvləri də təxminən 

belə  düşünürlər.  Onlar  bilirlər  ki,  pul-kredit  siyasəti  məcmu  tələbə  təsir  edən 

mühüm  vasitələrdən  biridir.  Eləcə  də  onların  prezident  və  konqres  tərəfindən 

müəyyən  olunan  fiskal  siyasət  də  daxil  olmaqla  digər  faktlar  haqqında  da 

təsəvvürləri var. Buna görə də FABƏK siyasi dikussiyaları çox böyük diqqətlə 

izləyir.  

Maliyyə-büdcə  siyasətinin  təshih  edillməsinə  cavab  olaraq  monetar 

siyasətin  dəyişdirilməsi  daha  ümumi  halın  təzahür  formasıdır:  məcmu  tələbin 

deməli,  istehsalın  və  məşğulluğun  sabitləşdirilməsi  məqsədilə  dövlət 

tənzimləmə  vasitələrindən  istifadə.  ABŞ  hökuməti  siyasətinin  əsas  məqsədi 

iqtisadi  sabitliyin  təmin  olunmasıdır.  Məsələn:  1946-cı  il  məşğulluq  haqqında 

qanunda qeyd olunur ki, «Federal hökumət… yönəldilmiş siyasət həyata keçirir 

və…  istehsalın  və  tam  məşğulluğun  təmin  olunmasına  görə  cavabdehlik 

daşıyır».  Demək,  hökumət  qısamüddətli  makroiqtisadi  göstəricilərə  görə  özü-

özünü cavabdeh seçmişdir.  




Н. Грегори Менкйу 

 

 



622 

Məşğulluq  haqda  qanundan  iki  nəticə  çıxır.  Birincisi,  hökumətin 

fəaliyyəti iqtisadi qeyri-tarazlıqlara  gətirib çıxarmamalıdır. Beləliklə, iqtisad-

çıların  əksəriyyəti  hesab  edir  ki,  dövlət  pul-kredit  və  fiskal  siyasətlərin  qəfil 

dəyişikliklərindən  çəkinməlidir,  çünki  belə  tədbirlər  yüksək  ehtimalla  məcmu 

tələbin  qeyri-tarazlıqlarına  gətirib  çıxara  bilər.  Əgər  belə  dəyişikliklər 

qaçınılmazdırsa,  pul-kredit  və  maliyyə–büdcə  siyasətlərinin  həyata 

keçirilməsinə  cavabdeh  olan  siyasi  xadimlərin  bir-birlərinin  hərəkətlərinə  və 

baş verən dəyişiklərə uyğun cavab vermələrinə görə tam məsuliyyət daşımaları 

çox vacibdir.  

Məşğulluq  haqda  qanundan  çıxan  ikinci  daha  iddialı  nəticə  məcmu 

tələbin  sabitləşdirilməsi  məqsədilə  dövlətin  iqtisadiyyatın  xüsusi  sektorunda 

vəziyyətin  dəyişməsinə  cavab  olaraq  müəyyən  tədbirlər  həyata  keçirilməli 

olduğündan  ibarətdir.  Müəlliflərin  c.M.Keynsin  ideyalarının  təsiri  altında 

olmaları  görünür.  Qeyd  etmişdik  ki,  «Məşğulluq  mənfəət  və  faizin  ümumi 

nəzəriyyəsi» iqtisadi mövzuya həsr olunmuş ən məşhur kitablardan biridir. Bu 

kitabda c.M.Keyns qısamüddətli iqtisadi dəyişiklərin izahı üçün məcmu tələbin 

həlledici  rolunu  vurğulayırdı  və  tam  məşğulluq  səviyyəsində  istehsalın 

saxlanılması  üçün  məcmu  tələb  çatışmadıqda  onu  aktiv  stimullaşdırmağa 

çağırırdı.  

c.M.Keyns  (və  onun  çoxsaylı  davamçıları)  iddia  edirdi  ki,  məxmu 

tələbin  yerdəyişmələri  əhəmiyyətli  dərəcədə  pessimizm  və  optimizmin 

irassional  dalğaları  ilə  meydana  çıxır.  İnsanların  fikirlərində  belə  ixtiyari 

dəyişiklikləri ifadə etmək üçün o, sürü hissiyyatı (animal spirits) termiNindən 

istifadə  etmişdir.  Pessimizm  hissinə  qapılmış    ev  təsərrüfatları  istehlak 

xərclərini,  firmalar  isə  investisiya  xərclərini  azaldırlar.  Bunun  nəticəsində 

məcmu tələbin və istehsalın həcmi aşağı düşür, işsizliyin səviyyəsi isə yüksəlir. 

Əksinə,  optimizm  hissinə  qapılmış  ev  təsərrüfatları  və  firmalar  xərcləri 

artırırlar,  bu  da  məcmu  tələbin,  istehsalın  həcminin  və  inflyasiya  təzyiqinin 

dərəcəsinin artmasına gətirib çıxarır. Diqqət yetirin ki, fikirlərin belə dəyişməsi 

öz-özünü qidalandırır.  

Prinsip  etibarilə  dövlət  optimizm  və  pessimizm  dalğalarına  uyğun 

olaraq  fiskal  və  monetar  siyasətləri  tənzimləmək,  beləliklə  də  məcmu  tələbi 

sabitləşdirmək  imkanına  malikdir.  Məsələn:  əgər  iqtisadi  subyektlər  çox 

pessimist  ruhludurlarsa,  FES  pul  təklifini  artıra  bilər.  Baxmayaraq  ki,  iqtisadi 

subyektlər  onu  məhdudlaşdırmağa  o  qədər  də  meyilli  deyillər.  FES-in  sabiq 

sədrlərindən biri olan Ulyam Martin pul-kredit siyasətinə bu cür baxışları belə 

təsvir edirdi:  «FES-in işi ondan ibarətdir ki, məclisin ən şirin  yerində  içki ilə 

dolu badəni götürsün».  

 

Aktiv sabitləĢdirmə siyasətinə qarĢı dəlillər 

Bəzi  iqtisadçılar  iddia  edirlər  ki,  dövlət  fiskal  və  monetar  siyasətləri  yalnız 

iqtisadi  artım,  aşağı  səviyyəli  inflyasiya  kimi  uzunmüddətli  məqsədlərə  nail 

olmaq  üçün  istifadə  etməlidir,  qısamüddətli  qeyri  –tarazlıqlarların    isə 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə