DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə266/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   262   263   264   265   266   267   268   269   ...   281

Н. Грегори Менкйу 

 

 



642 

 

 



 

 

Bunu anlamaq vacibdir ki, inflyasiyanın sürətinin azaldılmasına  



 

 

 



 

 

 



 

 

Yönədilmiş  sərt  monetar  siyasətin  mütləq  nəticəsi  işsizliyin  səviyyə-



sinin artması və istehsalın həcminin azalmasıdır. Şəkil 32.10-da antiinflyasiya 

siyasətinin  məsrəfləri    iqtisadiyyatın  B  nöqtəsindən  keçmək  şərti  ilə  A 

nöqtəsindən  c  nöqtəsinə  yerdəyişməsi  ilə  göstərilmişdir.  Məsrəflərin  ölçüləri 

Fillips  əyrisinin  bucaq  əmsalı  və  yeni  pul-kredit  siyasətilə  uyğun  olaraq 

inflyasiya gözləmələrinin təsbit olunma sürətindən asılıdır. 

İnflyasiyanın  azaldılması  xərclərinin  qiymətləndirilməsi  çox  vaxt 

nəticələri  itkilərin  əmsalı  adını  almış  statistik  göstəricidə  ümumiləşdirilən  bir 

çox  tədqiqatların  mərkəzində  dururdu.  Ġtkilərin  əmsalı  -  inflyasiyanın 

sürətinin  1%  azalması  zamanı  məhsul  buraxılışı  həcminin  (ÜDM-un  real 

həcmi)  orta  illik  azalması  göstəricisinin  faizlə  ifadəsidir.  İtkilərin  əmsalının 

tipik göstəricisi 5-ə bərabərdir, yəni inflyasiyanın hər 1% azaldılması orta illik 

məhsul buraxılışı həcminin 5% azalması hesabına başa gəlir.  

Belə  qiymətləndirmə  Pol  Volkeri  narahat  edə  bilməzdi.  Amerika 

iqtisadiyyatında inflyasiyanın göstəricisi ildə 10%-ə çatırdı. Qiymətlərin aşağı 

düşməsi  (fərz  edək  ki,  ildə  4%)  30%  orta  illik  məhsul  buraxılışının  qurban 

verilməsi  deməkdir.  Fillips  əyriləri  və  antiinflyasiya  siyasətinin  məsrəflərinin 

tətqiqi  əsasən  qurban  vermənin  müxtəlif  formalarına  yol  verilir.  «İnflyasiya» 

lokomotivinin  qəfil dayandırılması  il ərzində məhsul  buraxılışı  həcminin 30% 

ixtisar edilməsinə bərabər «əylənc yolu» demək idi. Lakin əlbəttə ki, P.Volker 

kimi  antiinflyasiya  «şahini»  üçün  belə  nəticə  yol  verilməz  idi.  Çoxları  qeyd 

edirdi  ki,  məsrəfləri  bir  neçə  il  «uzatmaq»  yaxşı  olardı.  Misal  üçün  əgər 

inflyasiyanın  sürətinin  azaldılmasına  5  il  ayrılarsa,  bu  dövr  ərzində  məhsul 

buraxılışı  həcmi  təxminən  illik  məhsul  buraxılışı  həcminin  trendindən  yalnız 

6% aşağı ola bilər. Lakin istənilən halda itkilər əmsalının minimumlaşdırılması 

praktiki cəhətdən çox mürəkkəb məsələdir. 

  

Səmərəli gözləmələr və antiinflyasiya siyasətinin imkanları 




Економиксин принсипляри 

 

643 



Məhs  Pol  Volker  məsrəflərin  minumumlaşdırılması  yollarını  axtardığı  zaman 

intellektual  inqlab  baş  verdi,  buna  bir  qrup  ekonomiks  professorları  başçılıq 

edirdi  (Robert  Lukas,  Tomas  Sarcent  və  Robert  Barro),onlar  hamı  tərəfindən 

qəbul olunmuş itkilər əmsalı məntiqinə qarşı çıxırdılar. Ekonomiksə və siyasətə 

yeni yanaşma səmərəli gözləmələr nəzəriyyəsi adını aldı. Bu nəzəriyyəyə görə  

iqtisadi subyektlər öz proqnozlarında dövlət tərəfindən həyata keçirilən siyasət 

də daxil olmaqla ixtiyarlarında olan bütün informasiyanı istifadə edirlər.  

İnflyasiya və işsizlik arasındakı əks asılılığın öyrənilməsi üçün istifadə 

olunduqda səmərəli gözləmələr nəzəriyyəsi çox mühüm əhəmiyyət kəsb edirdi. 

M.Fridmen və E.Felpsin qeyd etdiyi kimi inflyasiya gözləmələri uzunmüddətli 

dövrdə deyil, qısamüddətli dövrdə qiymətlərin artımı və işsizlik arasındakı əks 

asılılığın izah olunması üçün çox vacibdir. Qısamüddətli asılılığın nə qədər tez 

öz  qüvvəsini  itirməsi  inflyasiya  gözləmələrinin  dəyişmə  sürətindən  asılıdır. 

Səmərəli  gözləmələr  nəzəriyyəsinin  tərəfdarları  M.Fridmen  və  E.Felps  təhlilə 

əsaslanaraq, iddia edirdilər ki, iqtisadi siyasət dəyişdikdə uyğun olaraq iqtisadi 

aqentlərin  inflyasiya  gözləmələri  də  dəyişir.  Alimlərin  dövlətin  monetar 

siyasətinin  inflyasiya  gözləmələrinə  birbaşa  təsirini  nəzərə  alaraq  itkilərin 

əmsalını  qiymətləndirmək  cəhti  baş  tutmadı.  Səmərəli  gözləmələr 

nəzəriyyəsinin tərəfdarları belə hesab edirdilər ki, deməli onlara iqtisadiyyatın 

etibarlı istiqamətləndiriciləri kimi baxmaq olmaz.  

«Dörd  böyük  inflyasiyanın  sonu»  məqaləsində  (1981)  Tomas  Sarcent 

yeni nəzəriyyəni belə izah edir: 



Alternativ «səmərəli gözləmələr nəzəriyyəsinin» tərəfdarları belə hesab 

edirlər  ki,  inflyasiya-kifayət  qədər  ətalətli  prosesdir.  Onlar  hesab  edirlər  ki, 

əgər firma və fəhlələr inflyasiyanın yüksək sürətini gözləyirlərsə müqavilələri 

bağlayarkən  onlar  iqtisadi  vəziyyətin  perspektivləri  barədə  öz  fikirlərinə 

əsaslanırlar.  Lakin  iqtisadiyyatın  smübyektləri  inflyasiyanın  yüksək  sürətini 

ona  görə  gözləyirplər  ki,  hökumətin  cari  moneta  rvə  fiskal  siyasətləri  onların 

fikirlərini  təsdiq  edir…  Burdan  beldə  çıxır  ki,  qiymətlərin  artım  sürəti 

«ətalətli» 

yanaşmanın  tərəfdarlarının  hesab  etdiyindən  daha  tez 

məhdudlaşdırıla  bilər  və  sonuncuların  məhsul  buraxılışı  terminlərində 

inflyasiyanın  dayandırılması  üçün  lazım  olan  vaxt  və  xərclər  barədə  fikirləri 

yanlışdır…  Bu  o  demək  deyil  ki,  hökumət  inflyasiyanın  qarşısını  heç  bir 

problemsiz alacaq. Əksinə, onun cilovlanması böyük cəhd tələb edəcək və mü-

vəqqəti məhdudlaşdırıcı maliyyə-büdcə və pul-kredit tədbirləri ilə bitməyəcək. 

O,  siyasi  recimdə  dəyişikliklər  edilməsini  təklif  edir…Məhsul  buraxılışı 

terminlərində bununla bağlı xərclərin kəmiyyəti və arzu olunan nəticələrin əldə 

olunması müddəti daha çox hökumətin inflyasiyanın aradan qaldırılmasına nə 

qədər sadiq və qərarlı olmasından  asılıdır. 

T.Sarcentə  görə  itkilərin əmsalı  gözlənildiyindən  əhəmiyyətli  dərəcədə 

az ola bilər. Doğrudan da fövqəladə vəziyyətdə o, sıfıra bərabər ola bilər. Əgər 

hökumət aşağı inflyasiya sürətinə inandırıcı sadiqlik göstərirsə iqtisadi aqentlər 

qiymətlərin artması gözləmələrini dərhal buna uyğun dəyişdirmək üçün kifayət 

qədər çevikdilər. Qısamüddətli Fillips əyrisi aşağıya tərəf  yerini dəyişəcək və 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə