DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə267/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   281

Н. Грегори Менкйу 

 

 



644 

iqtisadiyyat aşağı inflyasiyaya tez və müvəqqəti işsizliyin yüksək səviyyəsi və 

aşağı məhsul buraxılışı həcmi formasında məsrəflər olmadan nail olacaq. 

 

Pol Volkerə görə antiinflyasiya siyasəti 

Beləliklə,  Pol  Vorker  inflyasiyanın  sürətinin  azaldılması  strategiyası  barədə 

qərar qəbul etməli idi, iqtisadiyyat elmi isə 2 cəbhəyə ayrılmışdı. İqtisadçıların 

bir  qrupu  itkilərin  əmsalını  qiymətləndirməyi  təklif  etdi  və  belə  bir  nəticəyə 

gəldilər  ki,  qiymətlərin  artım  sürətinin  məhdudlaşdırılması  məhsul  buraxılışı 

həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsi və işsizliyin artması ilə müşayət 

olunur.  Alimlərin  digər  qrupu  səmərəli  gözləmələr  nəzəriyyəsini təklif  etdi  və 

belə  bir  nəticə  çıxardılar  ki,  inflyasiyanın  azaldılması  daha  ucuz  başa  gələr. 

Bundan əlavə ümumiyyətlə xərcləri aradan qaldırmaq imkanı mövcuddur. Bəs 

kim haqlı çıxdı?  

Şəkil 32.11-də 1979-1987-ci illər üzrə inflyasiyanın sürəti və işsizliyin 

səviyyəsi  haqda  məlumatlar  göstərilmişdir,  onlardan  belə  çıxır  ki,  P.Volker 

inflyasiyanın  sürətinin  1981-1982-ci  illərdə  10%-dən,  1983-1984-cü  illərdə 

təxminən  4%-dək  azaldılmasına  müvəffəq  olmuşdu.  İnflyasiyanın  sürətinin 

azaldılması  sırf  monetar  siyasət  hesabına  baş  verdi.  Bu  dövr  ərzində  fiskal 

siyasət  büdcə  kəsirinin  və  deməli  məcmu  tələbin  artırılması  kimi  əks 

istiqamətdə  fəaliyyət  göstərirdi  və  bu  da  ümumiyyətlə  inflyasiyanın  sürətinin 

artmasına gətirib çıxarır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Lakin  P.Volkerin  antiinflyasiya  siyasəti  işsizliyin  səviyyəsinin  əhə-

miyyətli dərəcədə yüksəlməsinə əsaslanırdı. İşsizliyin səviyyəsi 1982-1983-cü 

illərdə təxminən 10% təşkil edirdi. Eyni zamanda ÜDM -la ölçülən əmtəə və 

xidmətlərin istehsalı faktiki səviyyədən  əhəmiyyətli dərəcədə aşağı idi. (Fəsil 

30,  şəkil  30.1).  P.Volkerin  planı  üzrə  qiymətlərin  artım  sürətinin  azaldılması 

ABŞ  iqtisadiyyatında  1930-cu  illərdəki  Böyük  depressiyadan  da  dərin 

tənəzzülə gətirib çıxardı. 




Економиксин принсипляри 

 

645 



Bu  təcrübə  səmərəli  gözləmələr  nəzəriyyəçilərinin  üzərində  durduqları 

məhsul  buraxılışı  həcmində  məsrəflərlə  müşayət  olunmayan  antiinflyasiya 

siyasətinin  həyata  keçrilməsi  mümkünlüyünün  özünü  inkar  edirdimi? 

Həqiqətən  də  şəkil  32.11-dəki  antiinflyasiya  modeli  şəkil  32.10-dakı  modeli 

çox  xatırladır.  Yüksək  inflyasiyadan  (hər  iki  şəkildə  A  nöqtəsi)  aşağı 

inflyasiyaya (c nöqtəsi) keçmək üçün iqtisadiyyat yüksək işsizlik olan ağır bir 

dövr keçməlidir (B nöqtəsi). 

Lakin  biz    səmərəli  gözləmələr  nəzəriyyəsinin  tərəfdarlarının  gəldikləri 

nəticələri  təkzib  etməyə  tələsmirik.  Bəli,  qiymətlərin  artım  sürətinin 

azaldılması  işsizliyin  səviyyəsinin  artması  ilə  əlaqədar  məsrəflərlə  müşayət 

olunurdu.  Lakin  onlar  bir  çox  iqtisadçıların  təxmin  etdikləri  kimi  o  qədər  də 

böyük  olmadılar.  Faktiki  məlumatlara  əsaslanan  itkilərin  əmsalının  əksək 

qiymətləndirilmələri  nəzərə  proqnozlardan  aşağıdır.  Ola  bilsin  ki,  P.Volkerin 

tutduğu sərt antiinflasiya mövqeyi iqtisadi subyektlərin gözləmələrinə  birbaşa 

təsir etmişdi. Səmərəli gözləmələr nəzəriyyəçiləri də məhz buna təkid edirdilər. 

Lakin  əhalinin  əksəriyyəti  FES-nin  sədrinin  şüarlarına  inanmamışdı  və 

qısamüddətli  Fillips  əyrisi  ola  biləcəyindən  daha  da  yavaş  aşağı  enirdi.  Bu 

nəzəriyyəni  kommersiya  proqnozldaşdırma  firmalarının  proqnozları  da  təsdiq 

edir,  bu  proqnozlara  görə  1980-cı  illərdə  inflyasiya  olduğundan  da  yavaş 

sürətlə  aşağı  enməli  idi.  Beləliklə,  P.Volkerin  antiinflyasiya  siyasəti  səmərəli 

gözləmələr nəzəriyyəsini heç də inkar etmir. Lakin FES-nin təcrübəsi göstərir 

ki,  siyasətçilər  iqtisadi  subyektlərin  onların  bəyan  etdikləri  şüarlara  dərhal 

inanacaqlarına bel bağlamamalıdırlar. 

 

A.Qrinspenin erası 

1970-ci illərdə OPEc-nin fəaliyyəti ilə təhrik olunmuş inflyasiyadan və 1980-cı 

illərdə  P.Volkerin  antiinflyasiya  siyasətindən  sonra  ABŞ  iqtisadiyatında 

inflyasiya və işsizliyin nisbətən aşağı dəyişmələri baş verirdi. (şəkil 32.12) Bu 

dövr 1987-ci ildə FES-nin sədri vəzifəsində P.Volkeri əvəz edən A.Qrinspenin 

adı  ilə  əlaqədar  «Qrinspen  erası»  adını  almışdı.  Bu  era  təklifin  əlverişli  çox 

dəyişikləri  ilə  başladı,  bu  zaman  1986-cı  ildə  OPEc  üzvləri  olan  ölkələr 

arasında  fikir  ayrılıqları  ilə  əlaqədar  olaraq,  neftin  qiyməti  demək  olar  ki,  2 

dəfə  düşdü,  bu  da  inflyasiyanın  sürətini  və  işsizliyin  səviyyəsinin  azalmasına 

gətirib çıxardılar.  

 

 

 



 

 

 



 

 

 




Н. Грегори Менкйу 

 

 



646 

 

 



 

 

 



FES  1960-cı  illərdə  etdiyi  səhvləri  təkrarlamamağa  cəhd  göstərərək, 

kifayət  qədər  ehtiyatlı  siyasət  yeridirdi.  1960-cı  illərdə  məcmu  tələbin  ifrat 

genişləndirməsi  işsizliyin  səviyəsinin  təbii  səviyyədən  yerdəyişməsinə  və 

inflyasiyanın sürətlənməsinə gətirib çıxardı. İşsizlik bir çox iqtisadçıların ABŞ 

iqtisadiyyatı  üçün  təbii  hesab  etdikləri  6%-ə  yaxın  səviyyədə  qalırdı.  1989-

1990-cı  illərdə  işsizliyin  səviyyəsi  aşağı  düşdükdə  və  inflyasiya  artdıqda  FES 

məcmu  tələbin  daraldılması  üçün  tədbirlər  gördü,  bu  da  1991-ci  ildə  kiçik 

iqtisadi  tənəzzülə  gətirib  çıxardı.  Sonra  işsizlik  təbii  səviyyədən  çox  artdı, 

inflyasiyanın sürəti isə yenidən aşağı düşdü.  

XX  əsrin  son  illəri  ABŞ  üçün  iqtisadi  çiçəklənmə  dövrü  oldu. 

İnflyasiya tədricən azalırdı və 1990-cı illərin sonuna praktiki olaraq yoxa çıxdı. 

Məşğulluq  əksinə,  artdı,  bu  da  bir  çox  müşahidəçiləri  işsizliyin  təbii 

səviyyəsinin həqiqətən də aşağı düşdüyünə inanmağa məcbur etdi. Əldə olunan 

müsbət  nəticələri  müəyən  dərəcədə  Alan  Qrinspen  və  onun  FES  üzrə 

həmkarlarının xidməti kimi qiymətləndirmək olar, ona görə ki, aşağı inflyasiya 

sırf onların ehtiyatlı monetar siyasəti hesabına təmin olunmuşdu.  

Gələcək  bizə  nə  gətirəcək?  Məlum  olduğu  kimi  makroiqtisadçılar 

bacarıqsız  öncədən  görənlər  kimi  şöhrət  tapmışlar,  lakin  keçmişin  ayrı-ayrı 

dərcləri  aşkar  bəllidir.  Dərs  1.  FES  pul  təklifinə  və  deməli  məcmu  tələbə 

nəzarət  etdiyi  müddət  ərzində  inflyasiyanın  vüsət  alması  üçün  hər  hansı  əsas 

yoxdur.  Dərs  2.  İqtisadiyyatın  əlverişsiz  şok  təklif  dəyişikliklərinə  məruz 

qalacağı  ehtimalı  həmişə  mövcuddur.  Hadisələrin  belə  inkişafı  zamanı 

siyasətçilər üçün təəssüf hissi keçirmək qalır, onlar əvvəlki dövrlə müqayisədə 

daha arzuolunmaz inflyasiya və işsizlik arasında seçim qarşısında qalırlar.  



 

 

Nəticə 

Bu  fəsildə  inflyasiya  və  işsizliyə  iqtisadi  baxışların  təkamülünü  nəzərdən 

keçirdik  və  XX  əsrin  görkəmli  iqtisadçılarının  ideyalarını  müzakirə  etdik: 

A.Fillips,  P.Samuelson  və  R.Solou  tərəfindən  işlənib  tətbiq  edilmiş  Fillips 

əyrisindən,  M.Fridmen  və  E.Felpsin  təbii  səviyyə  fərziyyələrindən  R.Lukas, 

T.Sarcent  və  R.Barromu  səmərəli  gözləmələr  nəzəriyyəsinə  qədər.  Adı  

çəkilənlərdən  4-ü  artıq  iqtisad  elminə  verdikləri  töhfələrə  görə  Nobel 

mükafatına  layiq  görülmüşdür,  digərlərini  isə  çox  güman  ki,  Stokholmda 

keçirilən təltif  etmə mərasimində iştirak etmək gözləyir.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə