DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə269/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   281

Економиксин принсипляри 

 

651 



Böyük  vaxt  məsamələrinin  olması  onu  nəzərdə  tutur  ki,  iqtisadiyyatın 

stabilləşməsi  məqsədini  güdən  siyasətçilər  real  iqtisadi  şəraitdə  yox, 

iqtisadiyyatın  vəziyyətinin  proqnozlarına  istinad  edirlər.  Təəssüf  ki,  bir 

tərəfdən makroiqtisadiyyatın «kobud» elm olması, digər tərəfdən iqtisadiyyatın 

fluktasiyalarını doğuran şok dəyişikliklərin gözlənilməzliyindən proqnozlaşma 

dəqiq  olmur.  Beləliklə,  monetar,  yaxud  maliyyə-büdcə  siyasətinin 

dəyişiklikləri haqqında  qərar qəbul edərkən siyasətçilər gələcək iqtisadi şərait 

haqqında fərziyələrə arxalanmalıdırlar.  

Lakin  iqtisadi  siyasətə  cavabdeh  dövlət  xadimləri  tez-tez  tam  əksinə 

aparırlar.  Siyasi  aksiyanın  başlandığı  andan,  götürülən  ölçülərin  təsir  etməsi 

başlayanacan iqtisadi situasiya bir neçə dəfə dəyişə bilər. Dövlət tənzimlənməsi 

bəzən  nəinki  iqtisadiyyatın  bu  və  ya  digər  tərəfə  ləngər  vurulmasını  azaldır, 

hətta  əksinə  «qayğı  daha  da  yırğalayır».  Bəzi  iqtisadçılar  iddia  edirlər  ki,  bir 

çox  iqtisadi  foluktasiyalar  30-cu  illərin  Böyük  depressiyası  daxil  olmaqla, 

dövlətin destabilləşdirmə təsirinin nəticəsi olmuşdur.  

Yaxşı  həkimin  qaydalarından  birində  deyilir,  «xəstəyə  ziyan  vurma» 

çünki  insanın  orqanizmi  bərpa  edilməsinin  təbii  ehtiyatlarına  malikdir.  Əgər 

diaqnoz  təyin  olunmursa,  həkim  xəstəni  rahat  buraxsa  daha  yaxşı  olar,  çünki 

xəstəlik haqqında etibarlı informasiyanın olmaması şəraitində onun müdaxiləsi 

xoşagəlməz nəticələr verə bilər.  

Eyni şeyləri «xəstə» iqtisadiyyatın sağaldılması haqqında da demək olar. 

İqtisadi  fluktasiyanın  aradan  qaldırılması  şübhəsiz  ki,  yaxşı  şeydir,  lakin 

mövcud  makroiqtisadi  biliklərin  məhdudiyyətləri  və  dünyada  baş  verilən 

hadisələrin  gözlənilməz  olmağı  qoyulmuş  məqsədə  çatmağı  qeyri-realdır. 

Siyasətçilər pul-kredit və maliyyə büdcə siyasətinin kobud «rıçaqlarından» çox 

ehtiyatla istifadə  etməlidirlər  və  onu  başa  düşməlidirlər ki,  onların  müdaxiləsi 

daha böyük fəlakətlərə gətrib çıxara bilər.  

 

Normativ və diskresiyalı pul-kredit siyasəti 

Amerikanın  iqtisadiyyatında  monetar  siyasətin  həyata  keçirilməsinə 

cavabdehlik  FRS  açıq  bazarında  əməliyyatlar  üzrə  komitənin  üzərinə  qoyub. 

Bu  komitənin  iclasları  təxminən  altı  həftədən  bir  keçirilir  (fəsil  27). 

Situasiyanın  cari  qiymətləndirilməsinə  və  ona  inkişafı  proqnozlarına  əsas-

lanaraq,  komitə  qısa  müddətli  dövrdə  faiz  stavkalarının  səviyyəsi  haqqında 

qərar qəbul edir və buna münasib olaraq FES pulun təklifini dəyişir. 

Pul  siyasətinin  aparılması  məsələlərində  açıq  bazarda  əməliyyatlar  üzrə 

Komitənin  hərəkətləri  (FKOOP)  xüsusi  ehtiyatlılığı  ilə  seçilir,  çünki  FPS 

haqqındakı  federal  qanunlar  onun  məqsədlərini  xeyli  dumanlı  müəyyən  edir, 

onlara  çatmaq  üsullarına  isə,  «düzgün  hərəkət  etməli»  bəyanı  istisna  olmaqla 

ümumiyyətlə baxılmır.  




Н. Грегори Менкйу 

 

 



652 

Bəzi iqtisadçılar belə vəziyyətə tənqidi yanaşırlar. İqtisadi siyasətin ikinci 

sualı anladır ki, FES-nin monitar siyasəti qoyulmuş qaydalara münasib həyata 

keçirilməlidir, yaxud da hakimiyyət hərəkətlərdə sərbəstlik verməlidir.  



 

Normativ pul-kredit siyasəti «leyhinə» mülahizələr 

Diskresiyalı, «azad» monetar siyasətin iki problemi ola bilər. Birincisi ola bilər 

ki,  sərbəst  buraxılış  pul-kredit  siyasəti  həyati  vacib  sferada  qeyri-kompetent 

hərəkətlər  və  sui-istifadələrin  riskini  artırsın.  Məsələn,  vətəndaş  asayişinin 

qorunması siyasəti onun həyata keçirilməsinin sərt qaydaları üzərində qurulur 

ki,  bu  da  hakimiyyətdən  sui-istifadədən  ola  biləcək  ziyanın  minimallaşdırır. 

Lakin  o  zaman  ki,  cəmiyyət  mərkəzi  başqa  (MB)  iqtisadi  asayiş  qorumaq 

səlahiyyəti  verir,  o,  ona  konkret  tapşırıq  verir  və  deməli,  onun  rəhbərliyinə 

praktiki olaraq hüququ olmayan fəaliyyət azadlığı verilmiş olur.  

Hakimiyyətdən  sui-istifadəyə  misal  kimi  MB  pul  siyasətinin  seçkilərin 

nəticələrinə  təsir  göstərmək  məqsədilə  istifadəsini  göstərmək  olar.  Fərz  edək 

ki, prezident seçkilərinin nəticələri əsasən seçkiqabağı kompaniya vaxtı iqtisadi 

şəraitlə  müəyyən  edilir.  İqtidarda  olan  prezidentə  simpatiya  bəsləyən  MB 

rəhbərliyinin  bu  periodda  istehsalı  və  işlə  təmin  olunmasını  stimullaşdıraraq 

ekspansionist monetar siyasətini həyata keçirmək imkanı var, çünki gözəl başa 

düşürlər ki, qiymətlərin qalxması yalnız kompaniyanın başa çatmasından sonra 

özünü  «necə  lazımdır»  göstərəcək.  Beləliklə,  MB  nümayəndələri  özlərini 

siyasətçilərin müttəfiqləri saydıqları dərəcədə onların hərəkət azadlığı seçkilər 

zamanı  iqtisadi  fluktuasiyalarda  əks  edilir.  İqtisadçılar  belə  dəyişmələr 

periodunu işgüzar fəallığın siyasi tsikli adlandırırlar.  

Pul-kredit  siyasətinin  ikinci,  daha  mürəkkəb  problemi  informasiya 

səviyyəsinin tənzimlənməsi ilə əlaqıdardır. MB nümayəndələrinə məlumdur ki, 

uzunmüddətli periodda inflyasiya ilə işsizlik arasında seçim yoxdur, lakin onlar 

qiymətlərin  artırılmasına  nail  olmaq  niyyətlərini  bəyan  edirlər.  Lakin, 

qiymətlərin  stabilliyi  praktiki  olaraq  nail  olunmaz  bir  şeydir.  Nə  üçün?  Ola 

bilsin,  ona  görə  ki,  iqtisadi  subyektlərdə  gözlənilən  inflyasiya  səviyyəsi 

haqqında müəyyən təsəvvür formalaşan kimi, siyasətçilər qiymətlərin qalxması 

ilə  qısamüddət  dövründə  işsizlik  arasında  seçim  qarşısında  qalırlar.  Daha 

yüksək  məşğulluq  səviyyəsinə  çatmaq  üçün  qiymətlərin  stabilliyi  haqqında 

bəyanlardan  imtina  etmək  çox  cəlbedicidir.  Bu  söz  ilə  (atılacaq  addımlar 

haqqında  siyasətçilərin  bəyanları)  iş  arasında  (real  hərəkət)  bu    ziddiyyət 

zamanda  ardıcıl  olmayan  siyasət  adlanır.  Siyasətçilərin  özlərini  tez-tez  qeyri-

ardıcıl apardıqlarından, iqtisadi subyektlər MB nümayəndələrinin inflyasiyanın 

səviyyəsini  endirmək  niyyətləri  haqqında  bəyanlarına  skeptik  münasibət 

bəsləyirlər. Deməli, qiymətlərin qalxmasının gözlənməsi həmişə siyasətçilərin 

dediyi  səviyyədən  çox  olur.  Yüksək  informasiya  gözlənmələri  öz  növbəsində 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə