DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə271/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   281

Економиксин принсипляри 

 

655 



şəhadət  edir  ki,  qiymətlərin  artma  tempi  yüksəldikcə  inflyasiya  məsələsi  əsas 

milli problemlərdən birinə çevrilir.  

Heç  dərəcəsində  inflyasiyanın  üstünlükləri  ilə  ona  çatmaq  üçün 

məsrəfləri  tutuşdurmaq  vacibdir.  Qiymətlərin  artma  templərinin  azalması 

iqtisadiyyatın   yüksək işsizlik və istehsalın aşağı səviyyəli dövründən keçmə-

yini  nəzərdə  tutar.  (qısamüddətli  dövrdə  Filipsin  əyrinə  uyğun  olaraq).  Lakin 

resessiya  müvəqqəti  xarakter  daşıyır.  İqtisadi  subyektlər  siyasətçilərin 

qiymətlərin qalxma tempinin sıfıra enməsinə can atdıqlarına inandıqları ondan, 

inflyasiya  gözləmələri azalır, bu da qısamüddətli dövrdə qiymətlərin qalxması 

ilə işsizlik arasında daha əlverişli seçimə gətirib çıxarır. İnflyasiya gözləmələri 

dürüstləşdirildiyindən,  uzunmüddətli  dövrdə  qiymətlərin  qalxması  ilə  işsizlik 

arasında seçim olmur.  

Deməli,  antiinflyasiya  siyasəti  müvəqqəti  məsafələrə  və  daimi  üs-

tünlükləri ilə xarakterizə olunur. Yəni, tənəzzül başa çatdıqda, heç dərəcəsin-

dəki  inflyasiyadan  olan  fayda  gələcəkdə  də  olur  və  uzaqgörən  siyasətçilər 

daimi üstünlük əldə etmək üçün müvəqqəti məsafələrə hazırlıqla gedirlər. Belə 

hərəkətə nümunə olaraq P.Volkerin siyasətini hesab etmək qəbul olunub. Onun 

cəhdləri  ABŞ  inflyasiyasının  templərinin  1980-cı  ildə  10%-dən  1983-cü  ildə 

4%-ə  qədər  enməsinə  gətirib  çıxarırdı.  Baxmayaraq  ki,  1982-ci  ildə  işsizlik 

Böyük  depresiya  vaxtından  bəri  işsizlik  özünün  ən  yüksək  səviyyəsinə 

çatmışdı,  amerika  iqtisadiyyatı  nəticədə  aşağı  inflyasiyanı  saxlamaq  çətinliyi 

dəf edərək böhrandan çıxır. Bu gün Pol Polker MB ən görkəmli başçılarından 

biri sayılır.  

Bundan  başqa,  inflyasiyanın  azaldılması  məsrəfləri  bəzi  iqtisadçıların 

dediyi kimi, həmişə o qədər də çox olmur. Əgər  MB qiymətlərin qalxmasının 

sıfır templərinə cəhdi haqda bəyan edirsə və onun bəyanı iqtisadi subyektlərdə 

müsbət  reaksiya  doğurursa,  inflyasiya  gözləntiləri  azala  bilər,  bu  da 

qiymətlərin  böyüməsi  ilə  işsizlik  arasında  qısamüddətli  dövrdə  seçimin 

yaxınlaşmasına  gətirib  çıxaracaq.  Münasib  olaraq  iqtisadiyyat  inflyasiyanın 

aşağı səviyyəsinə az məsafələrlə çatacaq. Bu strategiyanın uğurunun həlledici 

faktoru-mötəbərlikdir: 

iqtisadi 

agentlər 

MB 


niyyətlərinə 

etibarla 

yanaşmalıdırlar. Pul hakimiyyətlərinə qanunvericilik orqanları onun deflyasiya 

siyasətini  qanunla  bərkidib  böyük  dəstək  vermiş  olardılar.  Bu  cür  qanun  sıfır 

inflyasiyasına  daha  az  məsafələrlə  və  onun  bütün  qazanclarını  saxlamaqla 

çıxmağa kömək göstərə bilərdi.  

Sıfır  inflyasiyasının  üstünlüklərindən  biri  də  ondadır  ki,  sıfır-istənilən 

başqa kəmiyyətlərlə müqayisədə ən üstün siyasi məqsəddir. Fərz edək ki, FES 

inflyasiyanın  səviyyəsini  3%-də  saxlamaq  niyyətində  olduğunu  bəyan  edir 

(1990-cı  ilin  birinci  yarısında  ABŞ  qiymətlərin  artım  tempi  səviyyəsində). 

Həqiqətənmi FES 3% can atacaq? Əgər gözlənilməz hadisələr inflyasiyanın 4, 

yaxud  5%  qaldıracaqsa,  onda  nə  üçün  MB  məqsəd  səviyyəsini  sadəcə 




Н. Грегори Менкйу 

 

 



656 

qaldırmasın? Axı 3 rəqəmində heç bir qeyri-adilik yoxdur. Əksinə sıfır-FES-ə 

qiymətlərin  sabitliyi  və  inflyasiya  məsrəflərinin  tamamilə  aradan 

götürüldüyünə çatdığı haqda bəyan verməyə imkan verən yeganə rəqəmdir.  



 

Sıfır inflyasiyasına can atmağın «əleyhinə» olan fikirlər 

Digər  tərəfdən  sıfır  informasiyasının  qiymətlərin  bir  az  qalxması  ilə  müqa-

yisədə  üstünlüyü  nisbətən  çox  deyil,  eyni  zamanda  sıfır  qiymət  artımına  nail 

olmaq  üçün  məsafələr  xeyli  çoxdur.  İtkilər  əmsalının  qiymətləndirilməsi 

nəzərdə tutur ki, inflyasiya səviyyəsinin 1% enməsi illik istehsal həcminin 5% 

enməsi  deməkdir.  İnflyasiyanı  məsələn  4%-dən  sıfıra  endirmək  üçün  ümumi 

məhsulun  həcminin  20%  azalması  ilə  reallaşmaq  lazım  gələcək,  bu  isə  artıq 

böyük  kəmiyyətdir.  ABŞ  ümumi  məhsulunun  təqribən  9  trln.  dollar 

səviyyəsində  məsrəflər  1,8  trln.  dollar  yaxud  da  əhalinin  sayına  görə  adam 

başına  6500%  çatır.  Əhalinin,  şübhəsiz  ki,  inflyasiya  xoşuna  gəlmir,  lakin 

çoxlarını bu  cür xərclərlə razılaşır? 

Bundan əlavə, ABŞ-da inflyasiyadan yaxa qurtarmaq üçün ictimai xərclər 

bizim  hesabladığımızdan  qat-qat  çoxdur,  çünki  alınmamış  gəlirlər  barəbər 

olaraq paylanmır. Məcmu gəlirin düşməsi, ilk növbədə işini itirənlər çiyinlərinə 

düşür, özü də adətən ən tez zərbəni daha  az ixtisaslı və təcrübəsi az olan işçilər 

alır.  İnflyasiyanın  azaldılması  üzə  xərclərin  böyük  hissəsini  məhz    pulu  az 

olanlar çəkməli olur.  

İqtisadçılar  inflyasiya  məsələlərinin  bir  neçə  növünü  seçirlər,  lakin 

onların  ölçüsünə  dair  fikir  müxtəlifliyi  var.  «Köhnə  başmaq»,  «menyu»  və 

digər məsrəflər bir o qədər də çox deyil, əsasən də qiymətlərin azacıq qalxdığı 

zaman. Düzdü, inflyasiya ictimaiyyətin xoşuna gəlmir, lakin onun nəticələrinə 

gəldikdə  onlarda  yalnış  fikir  ola  bilər,  çünki  onlar  heç  də  düz  olmayan 

söhbətlərə  inanmırlar  ki,  qiymətlərin  qalxması  həyat  səviyyəsinin  enməsinə 

gətirib  çıxarır.  İqtisadçılar  başa  düşürlər  ki,  vətəndaşların  rifahı  pul 

siyasətindən yox, əmək məhsuldarlığından asılıdır.  

Nominal gəlirlərin artmasının inflyasiya ilə əl-ələ getdiyindən qiymətlərin 

artım tempinin düşməsi heç də real gəlirlərin artması demək deyil.  

Bundan  başqa,  siyasətçilərin  cari  inflyasiyanın  bir  çox  məsrəflərini 

azaltmaq  imkanı  var.  Belə  ki,  indeksə  olunmayan  vergi  sistemi  ilə  bağlı 

problemi  aradan  qaldırmaq  üçün  vergi  qanunvericiliyini  elə  dəyişmək  ki, 

qiymətlərin qalxması təsirini nəzərə ala bilsin, yaxud da indeksə edilmiş dövlət 

istiqrazlarını  buraxaraq,  gözlənilməz  informasiyanın  doğurduğu  dövlətin 

kreditorlarla  debitorlar  arasında  kortəbii  təkrar  paylanmasını  azaltsın.  Bu  cür 

qərar  dövlət  qiymətli  kağızları  sahiblərinin  inflyasiyadan  yaxasını  qurtarır. 

Bundan başqa, hökumət azad istiqrazçını və kreditorları qiymətlərin qalxmasını 

nəzərə alaraq indeksə edilmiş istiqraz razılıqlarını bağlamağa həvəsləndirər.  




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə