Економиксин принсипляри
659
dövründə hökumət büdcəni tarazlamağa cəhd edərsə, o ya vergiləri artırmalı,
ya da yüksək səviyyəli işsizlik şəraitində xərcləri azaltmalıdır. Bu cür siyasət
məcmu tələbin məhz həvəsləndirilməsinin vacib olduğu zamanlarda, onun
azalmasına gətirib çıxaracaq, deməli o iqtisadi fluktyasıyaların çoxalmasına
təkan verəcək.
Lakin 1980-cı və 1990-cı illərdə ABŞ büdcəsindəki defisiti nə resessiya
ilə, nə də müharibə ilə izah etmək olar. Bü dövrdə Birləşmiş Ştatlar ciddi hərbi
konfliktlərdə iştirakdan qaçmağa çalışırdılar, iqtisadi tənəzzül isə o qədər də
çox deyil. Lakin dövlət büdcəsi həmişə defisitli çoxu ona görə olur ki,
prezident və konqres belə hesab edirlər ki, hökumətin xərclərini çoxaltmaq
vergiləri artırmaqdan daha asandır. Nəticədə dövlət borcu ilik ümumi məhsula
faizlə nisbətində 1980-cı ildə 26%, 1995-ci ildə 50%-ə qədər artıb və yalnız
1999-cu ildə azacıq 44%-ə qədər azalıb. Dövlətin borcunun bu cür artırılması
siyasətində məntiq tapmaq çətindir. Əgər amerika hökumətinin 1980-cı ildən
həmişə balanslaşdırılmış büdcəsi olsa idi, onda kolleclərin bugünkü məzunları
öz əmək fəaliyyətlərinə daha əlverişli iqtisadi şəraitdə başlamış olardılar.
İndi artıq əvvəlki rəhbərlərin səhvlərini düzəltmək vaxtı gəlib çatır.
Ehtiyatlı maliyyə-büdcə siyasəti ilə əlverişli zahiri şərait ABŞ-ya 1990-cı
illərin sonunda büdcə profisitinə nail olmağa imkan verdi, bu da onun
gələcəkdə də saxlanmasına ümid verir. Biz artıq vəsaiti bəzi dövlət borclarının
ödənişi üçün istifadə etməliyik. Vergilərin azaldılması, yaxud xərclərin
artırılması kimi alternativ variantla müqayisədə borcun ödənişi milli
əmanətlərin, investisiyaların və iqtisadiyyatın bütövlükdə daha səmərəli
artımına kömək edəcək.
BalanslaĢdırılmıĢ büdcə «əleyhinə» arqumentlər
Büdcə defisiti problemi çox şişirdilir. Dövlət borcu böyüyən nəsil üçün vergi
ağırlığının çoxalması demək olsa da, o insanın ömrü boyu olan gəlirlərinin orta
ölçüsü ilə müqayisədə çox da deyil. ABŞ federal hökumətinin borcu əhalinin
sayına görə adam başına 14 min dollardır. 40 il ərzində ildə 25 min dollar
qazanan borcu şəxsi maliyyə resurslarının 2%-dən azını təşkil edir.
Bundan başqa büdcə defisitinə ayrıca baxmaq düzgün deyil. Dövlət
büdcəsinin defisiti-dövlət xəzinəsinin mədaxili və məxarici haqqında hökumət
qərarlarının bir hissəsidir. Dövlətin maliyyə-büdcə siyasəti vergidəyişdirici
nəslinə müxtəlif təsirlər göstərir. Büdcə defisitini iqtisadi siyasətin digər
komponentləri sistemində təhlil etmək lazımdır.
Fərz edək ki, hökumət büdcə defisitinin azaldılması və dövlətin təhsilə
köməyinin azaldılması haqqında qərar qəbul edib. Belə siyasət böyüyən nəsil
üçün əlverişlidirmi? Onun nümayəndələri iş qüvvəsi sıralarını dolduranda –
bəli, çünki, dövlət borcunun adambaşına düşən kəmiyyəti daha az olarsa,
bununla da vergi ağırlığı da azalacaq. Lakin, azsavadlı işçilərin gəlirləri və
Н. Грегори Менкйу
660
məhsuldarlığı çox deyil. Təhsilin mənfəətinin qiymətləndirilməsi göstərir ki,
onun keyfiyyəti və müddəti gələcək əmək haqqına çox təsir edir. Büdcə
defisitinin təhsilə olan xərclərin azaldılması ilə azalması gələcək nəsillərin
həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.
Büdcə defisiti haqqında diskussiyalar nəsillər arasında gəlir paylaşdırıl-
masının digər problemlərindən diqqəti yayındırır. Məsələn, 1960-cı və 1970-ci
illərdə ABŞ federal hökuməti təqaüdlərin artırılması haqqında qərar qəbul etdi.
Əlavə xərclərin maliyyələşdirilməsi işləyən əhalinin əmək haqqına qoyulan
verginin artırılması hesabına həyata keçirilirdi, bu da gəlirlərinin yaşlı nəslin
xeyrinə yenidən bölüşdürülməsi demək idi, baxmayaraq ki, büdcə defisitinin
ölçülərinə təsir etmirdi. Beləliklə, büdcə defisiti problemi müxtəlif nəslin rifa
halına aid hökumətin siyasəti haqqında məsələnin yalnız kiçicik bir hissəsidir.
Büdcə defisitinin əlverişsiz təsiri müəyyən dərəcə uzaqgörən valideyn-
lərlə yumşaldıla bilər. Fərz edək ki, onlar uşaqlarının gələcək rifahı halına
dövlət borcunun təsirindən narahatdırlar. Valideynlər onun neqativ təsirini
onların uşaqlarının aldıqları məxsusi əlamətləri artırmaqla asanlıqla aradan
qaldıra bilər. Valideynlərin əmanətləri uşaqlara gələcəkdəki vergi yükünə tab
gətirməyə kömək edəcək. Bəzi iqtisadçılar iddia edirlər ki, bizim çoxlarımız
məhz belə hərəkət edirlər. Əgər bu belə olsa idi, valideynlərin elədikləri daha
iri şəxsi əlamətləri büdcə defisitin nəticəsində ixtisaslar olmuş ictimai
əmanətləri ödəyirdi və onun iqtisad üçün mənfi olan nəticələrini aradan
qaldırdılar. İqtisadçıların çoxu valideynlərin belə uzaqgörənliyinə şübhə edir,
lakin onların bəziləri həqiqət də öz uşaqlarına heç də pis miras qoymurlar.
Büdcə defisiti böyüklərə uşaqların gələcəyi hesabına istehlaklarını artırmağa
imkan verir, lakin onları, bu cür təklifdən imtina etməyə hüquqları var. Əgər
dövlət borcu həqiqətən də gələcək nəsillər üçün problem olsa idi, bəzi
valideynlər onun kəskinliyini azalda bilərdilər. Büdcə defisiti tənqidçiləri,
bəzən ictimaiyyətin diqqətini dövlət borcunun vaxt çərçivəsində
məhdudluğuna cəlb edirlər, lakin gerçəklikdə onlar yüksək müddətə
uzanmaları ilə seçilirlər. Borc vermək haqqında ərazi qiymətləndirən bank
fərdin borcları ilə gəlirlərini müqayisə etdiyi kimi, biz də dövlətin borc yükü
haqqında onun milli gəlirə münasibətlərinə görə qərar veririk. Əhalinin və
texniki tərəqqinin artması ona gətirib çıxarır ki, ABŞ iqtisadiyyatının məcmu
gəliri vaxt ötdükcə çoxalır. Nəticədə millətin dövlət borcu üzrə faizləri
ödəmək qabiliyyyəti vaxt keçdikcə artır. Dövlət borcu millətin borcundan asta
çoxaldıqca, onun artırılması heç nə məhdudlaşdırmır.
Dövlət borcunun gələcəyi haqqında bilikləri bizə bəzi statistik göstəricilər
də verir. ABŞ-nın iqtisadiyyatında istehsalın real həcmi orta hesabla ildə 3%
artır. Əgər inflyasiya səviyyəsi ildə 2%-dirsə, nominal gəlir 5% artır. Deməli,
dövlət borcunun ildə 5% artması zamanı borcun və gəlirin nisbəti dəyişmir.
1999-cu ildə ABŞ dövlət borcu 3,7 trln. dollar idi, bu məbləğin 5%-i isə 165