DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə256/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   281

Економиксин принсипляри 

 

617 



hər bir dolların 25 senti yığıma 75 senti isə istehlaka yönəldilir. Əgər MPc ¾-ə 

bərabərdirsə,  Boinq  kompaniyası  tərəfindən  25  mlrd.  dollarlıq  kontraktın 

alınması fəhlələrin və kompaniya sahiblərinin istehlak xərcləri ¾ x $ 20 mlrd. – 

a, yəni 15 mlrd. dollara bərabərdir.  

Dövlət  xərclərinin  artırılmasının  məcmu  tələbə  təsir  edən  məcmu 

effektini  müəyyən  etmək  üçün  20  mlrd.  dollarlıq    sifarişlərin  maliyyələşdiril-

məsi haqda dövlətin qərar  qəbul etməsi ilə  başlayan prosesin ayrı-ayrı mərhə-

lələrini  təhlil  edək.  Bu  məbləğə  uyğun  gəlirlər  (əmək  haqqı  və  mənfəət)  də 

artır.  Gəlirlərin  anrtması  isə  öz  növbəsində  istehlak  xərclərinin    MPc  x  $  20 

mlrd.  qədər  artmasına  gətirib  çıxarır.  Deməli,  istehlak  məhsulları  istehsal-

çılarının – firma sahibləri və fəhlələrin gəlirləri artır. Gəlirlərin növbəti artımı 

istehlak xərclərinin MPc x (MPc x $ 20 mlrd.) qədər yenidən artımı deməkdir. 

Gəlirlərin belə artımları əks əlaqəinn nəticəsində yenidən davam edir.  

 

Əmtəə və xidmətlərə tələb nisbətən dövlət xərclərinin məcmu effektini 



tapmaq üçün bütün artımları cəmləyək:  

 

Dövlət xərclərinin dəyişməsi = $ 20 mlrd; 



 

İstehlakın birinci dəyişməsi = MPc x $ 20 mlrd; 

 

İstehlakın ikinci dəyişməsi = MPc



2

 x $ 20 mlrd; 

 

İstehlakın üçüncü dəyişməsi = MPc



3

 x $ 20 mlrd; 

 



 



 



 

 



 

 



Tələbin məcmu dəyişməsi = (1+MPc+MPc

2

+MPc


3

+…) x $ 20 mlrd.  

Burada  «…»  toplananların sonsuz sayı deməkdir. Qeyd etdiyimiz kimi 

dövlət xərclərini multiplikatoru:  

Multiplikator = 1+MPc+MPc

2

+MPc



3

+…- bərabərdir. 

Bu  multiplikator  dövlət  xərclərinin  hər  dolları  ilə  yaranan  əmtəə 

xidmətlərə tələbin kəmiyyətini verir.  

İfadəni  sadələşdirmək  üçün  orta  məktəbin  riyaziyyat  kursundan 

bildiyimiz  sonsuz  həndəsi  silsiləni  nəzərdən  keçirdiyimizi  yada  salaq.  Onun 

bölünəni müsbətdir və birdən kiçikdir, yəni 0 < X <  1, sonsuz azalandır:  

1+X+X


2

 +X


3

+…= 1 / (1-X). 

Nəzərdən keçirdiyimiz halda X = MPc. Beləliklə, 

Multiplikator = 1 / (1-MPc). 

 

(İstehlaka  meylin  ən  son  həddinin  müəyyənləşdirilməsindən  bu  nəticə 

əldə olunur: 0 ≤ MPc≤ 1. 0



 MPc 



1 olduqda  MPc bölünənli sonsuz həndəsi 

silsilə  sonsuz  azalandır.  MPc  =  0  (əldə  olunan  bütün  əlavə  gəlir  əmanətlərə 

yönəldilir) və MPc =1 (əldə olunan bütün əlavə gəlir istehlak olunur) olduqda 

multiplikator  üçün  ifadə  yenə  də  formal  olaraq  düzdür.  (Çünki  birinci  halda 

dövlət xərclərinin artması nəticəsində yaranan gəlirlərin artımı məcmu tələbin 

sonrakı artımına gətirib çıxarmır, buna görə də multiplikator = 1, ikinci halda 

isə  dövlət  xərclərinin  artması  nəticəsində  yaranan  gəlirlərin  artımı  məcmu 



Н. Грегори Менкйу 

 

 



618 

tələbin  sonsuz  artımına  gətirib  çıxarır,  buna  görə  də  multiplikator  =  ∞.  

Tərcüməçinin qeydi.))  

 

Məsələn: əgər MPc = ¾ dövlət xərclərinin multiplikatoru 1/(1-3/4), yəni 



4-ə  bərabərdir.  Bu  halda  20  mlrd.  dollarlıq  dövlət  xərcləri  80  mlrd.  dollarlıq 

əmtəə və xidmətlərə tələbi əmələ gətirirlər.  

 

Multiplikator effektinin istifadəsinin digər yolları 

Multiplikator effekti sayəsində dövlət xərclərinin hər dolları məcmu tələbin bir 

dollardan  çox  artmasını  təmin  edə  bilər.  Lakin  multiplikator  effektinin 

imkanları  sadəcə  dövlət  xərcləri  sahəsi  ilə  məhdudlaşmır.  O,  ÜDM-un  hər 

hansı  tərkib  hissəsinə  (istehlak,  investisiyalar,  dövlət  xərcləri,  yaxud  təmiz 

ixrac) xərclərin dəyişməsinə səbəb olan istənilən hal üçün təqlid oluna bilər.  

 

Fərz  edək  ki,  hər  hansı  bir  ölkənin  məhdudlaşdırma  tədbirləri  ABŞ 



ixracına  tələbin  10  mlrd.  dollar  məbləğdə  azalmasına  gətirib  çıxarır.  Bu    isə 

milli  məhsulun  həcminə,  deməli  Amerika  istehlakçılarının  xərclərinə  mənfi 

təsir  göstərir.  İstehlaka  meylin  ən  son  həddi  ¾-ə,  multiplikator  isə  4-ə 

bərabərdirsə,  ixracın  10  mlrd.  dollar  məbləğdə  azaldılması  məcmu  tələbin  40 

mlrd. dollar aşağı düşməsinə gətirib çıxaracaq.  

 

Digər  bir  misalı  nəzərdən  keçirək,  fond  bazarında  partlayış  ev 



təsərrüfatlarının  rifahının  yüksəlməsinə  və  əmtəə  və  xidmətlərə  xərclərin  20 

mlrd.  dollar  artmasına  gətirib  çıxarır.  İstehlak  xərclərinin  artması  ABŞ-nın 

milli  gəlirinin  artması  deməkdir.  Bu  isə  öz  növbəsində  daha  çox  istehlak 

xərclərinin  yaranmasına  səbəb  olur.  İstehlaka  meylin  ən  son  həddi  ¾-ə, 

multiplikator isə 4-ə bərabərdirsə, istehlak xərclərinin 20 mlrd. dollar məbləğdə 

ən son artımı məcmu tələbin 80 mlrd. dollar artmasına səbəb olacaqdır.  

Multiplikator mühüm makroiqtisadi anlayışdır.  Çünki o, iqtisadiyyatın 

xərclərin  dəyişmə  effektini  nə  dərəcədə  gücləndirməsi  haqda  nəticə  əldə 

etməyə  imkan  verir.  İstehlakda,  investisiyalarda,  dövlət  xərclərində,  yaxud 

ixracda cüzi dəyişikliklər məcmu tələbə, deməli  iqtisadiyyatda istehsal olunan 

əmtəə və xidmətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.  

 

SıxıĢdırma effekti  

Multiplikator  effekti  onu  nəzərdə  tutur  ki,  maliyyə-büdcə  siyasətinin  nəticəsi 

dövlət xərclərinin həcminin dəyişməsi ilə müqayisədə məcmu tələbin daha çox 

artması  ola  bilər.  Lakin  dövlətin  iqtisadi  siyasəti  əks  istiqamətdə  fəaliyyət 

göstərən effektlə də müşayət oluna bilər. Dövlət xərcləriinn artması əmtəə və 

xidmətlərə  tələbi  stimullaşdırır.  Lakin  o,  eləcə  də  faiz  dərəcəsinin 

yüksəlməsinə  gətirib  çıxarır.  Bunun  nəticəsi  isə  əmtəə  və  xidmətlərə  tələbin 

azalması  olur.  Büdcə  ekspansiyası  nəticəsində  faiz  dərəcəsinin  artması  ilə 

meydana çıxan tələbin azalması sıxışdırma effekti adlanır.  

Sıxışdırma  effektinin  mahiyyətini  anlamaq  üçün  hökumət  tərəfindən 

Boinq  kompaniyasından  20  mlrd.  dollarlıq  qırıcı  təyyarələrin  alınması  barədə 

qərar  qəbul  edildikdə  nə  baş  verdiyini  bir  daha  nəzərdən  keçirək.  Dövlət 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə