Економиксин принсипляри
631
dövrdə FES-nin pül-kredit siyasətinin imkanlarını M.Fridmen belə
qiymətləndirir:
Pul-kredit siyasətinin alətlərinin nomanal göstəriciləri və ilk növbədə
şəxsi borc sənədəlrinin həcmini (nəğd pullar və bank ehtiyyatlarının cəmi)
ifadə etməyə imkan verir. Prinsip etibarı ilə onlar nominal göstəricilərin: -
mübadilə kursunun; qiymətlərin səviyyəsinin; milli gəlirin nominal səviy-
yəsinin; bu və ya digər kateqoriyaya uyğun olaraq pulların kəmiyyətinin yaxud,
nominal göstəricilərin - inflyasiyanın yaxud deflyasiyanın – dəyişikliklərinin
bir səviyyədə saxlamaq üçün; nominal milli gəlirin artıb yaxud azalma
sürətinin; pul kütləsi həcminin artım sürətinin təsbit edilməsi üçün istifadə
oluna bilərlər. Lakin nominal göstəricilər üzərində nəzarət real göstəriciləri: -
real faiz dərəcəsini; işsizliyin səviyyəsini; real mili gəlirin səviyəsini; pulların
real kəmiyətini; real milli gəlirin artım sürətinin yaxud pulların real miqdarının
artım sürətini bir səviyyədə saxlamağa imkan vermir.
Buradan Fillips əyrisi barədə mühüm nəticələr meydana çıxır.
Xüsusilə, pul-kredit siyasətinin aparılmasına cavabdeh olan təşkilatların
uzunmuddətli şaquli Fillips əyrisi ilə üzləşmələri nəzərədə tutulur. (Şəkil 32.3.)
Əgər FES tərəfindən müəyyən olunan pul kütləsinin artım sürəti böyük
deyilsə, uyğun olaraq inflasiyanın sürəti də yüksək deyil və iqtisiadiyat A
nöqtəsində yerləşir. Əgər FES təklifini kəskin çoxaldırsa, iqtisadiyyat
inflyasiyanın yüksək sürəti ilə xarakterizə olunur və B nöqtəsində yerləşir. Hər
iki halda işsizliyin səviyyəsi özünün işsizliyin təbii səviyyəsi adlanan normal
səviyyəsinə yaxınlaşır. Uzunmüddətli şaquli Fillips əyrisi belə bir nəticəni
nümayiş etdirir: uzunmuddətli dövrdə işsizlik pul kütləsinin və inflyasiyanın
artımından asılı deyil.
Əslində uzunmüddətli şaquli Fillips əyrisi pulların neytrallığı barədə
klassik ideyanın ifadələrindən biridir. Yada salaq ki, 30-cu fəsildə biz bu
ideyanı məcmu təklifin uzunmuddətli şaquli əyrisi kimi nümayiş etdirmişdik.
Həqiqətən də şəkil 32.4-də göstərildiyi kimi uzunmüddətli şaquli Fillips əyrisi
və məcmu təklifin uzunmüddətli şaquli əyrisi bir medalın 2 ayrı üzüdür: (a)
qrafikində pul təklifinin artması məcmu tələb əyrisini sağa AD
1
-dən AD
2
-yə
yerini dəyişir. Əyrinin yerdəyişməsi nəticəsində uzunmüddətli tarazlıq nöqtəsi
Н. Грегори Менкйу
632
A nöqtəsindən B nöqtəsinə keçir. Qiymətlərin səviyyəsi yüksəlir. (P
1
-dən P
2
-
yə) lakin məcmu təklif əyrisi şaquli olduğu üçün məhsul buraxılışı həcmi
əvvəlki kimi qalır. (b) qrafikində pul təklifinin kəskin artımı infilyasyanın
sürətinin artmasına gətirib çıxarır və iqtisadiyyat A nöqtəsindən B nöqtəsinə
keçir. Lakin Fillips əyrisi şaquli olduğu üçün işsizliyin səviyyəsi dəyişmir.
Beləliklə, məcmu təklifin uzunmüddətli şaquli əyrisi və uzunmüddətli Fillips
əyrisi monetar siyasətin real göstəricilərə (məhsul buraxılışı həcmi və işsizlik)
deyil, yalnız nominal göstəricilərə (qiymətlərin səviyyəsi və inflyasiyanın
sürəti) təsir göstərməsini nəzərdə tutur. FES-nin pul-kredit siyasətindən asılı
olmayaraq uzunmüddətli dövrlərdə məhsul buraxılışının həcmi və işsizlik təbii
səviyyədə qalırlar.
İşsizliyin təbii səviyyəsində «təbii» olan nədir? M.Fridmen və E.Felps
iqtisadiyyatın uzunmüddətli dövrdə «can» atdığı işsizlik səviyyəsini təsvir
etmək üçün «təbii» sözündən istifadə etmişdirlər. Lakin işsizliyin səviyyəsinin
təbii olması onun cəmiyyət üçün arzu olunması demək deyildir. Eləcə də
işsizliyin təbii səviyyəsi sabit deyil. Fərz edək ki, yenicə təşkil olunmuş
həmkarlar ittifaqı əmək bazarı üzərində hökmranlığını bəzi kateqoriyalardan
olan zəhmətkeşlərin real əmək haqqısının tarazlıq səviyyəsindən yuxarı həddə
qaldırılması barədə müqavilənin bağlanması üçün istifadə edir, bu işçi
qüvvəsinin artıq təklifinə və deməli, işsizliyin təbii səviyyəsinin yüksəlməsinə
gətirib çıxaracaq. İşsizliyin belə səviyyəsi arzu olunan olduğu üçün deyil,
monetar siyasətin təsiri dairəsində olmadığı üçün «təbiidir». Pul təklifinin,
Економиксин принсипляри
633
artması həmkarlar ittifaqının hökmranlığının həddinə, yaxud işsizliyin
səviyyəinə heç bir təsir göstərmir. Bu halda pul kütləsinin artmasının yeganə
nəticəsi inflyasiyanın sürətinin tezləşməsidir.
Ancaq pul-kredit siyasətinin metodlarının işsizliyin təbii səviyyəsinə
təsir göstərməməsi faktı iqtisadi siyasətin bütün alətlərindən imtina etməyi
nəzərdə tutmur. İşsizliyin təbii səviyyəsini azaltmaq üçün siyasi xadimlr işçi
qüvvəsi bazarının fəaliyyətinə təsir göstərən «alətlərdən» istifadə etməlidirlər.
Minimum əmək haqqı barədə qanunlar; kollektiv müqavilə barədə
qanunlar; işsizliyə görə sığorta sistemi və yenidən ixtisaslaşdırma proqramları
kimi əmək bazarında iqtisadi siyasətin müxtəlif alətlərinin işsizliyin təbii
səviyyəsinə necə təsir göstərdiyini əvvəllər müzakirə etmişdik. İşsizliyin təbii
səviyyəsinin ixtisarı üçün istifadə olunan «alətlər» uzunmüddətli Fillips
əyrisini sola yerini dəyişir. Bundan əlavə, işsizlyirn səviyyəsinin aşağı düşməsi
qiymətlərin istənilən səviyyəsində əmtəə və xidmətləri istehsal edən işçilərin
sayının artmasının əmtəə və xidmətlərin təklifi həcminin artmasına gətirib
çıxarması deməkdirsə, məcmu təklifin uzunmüddətli əyrisi sağa yerini dəyişir.
Yəni inflyasiyanın və pul kütləsinin artımının istənilən sürətlərində iqtisadiy-
yatda işsizliyin səviyyəsi aşağı düşür, məhsul buraxılışı həcmi isə artır.
Gözləmələr və qısamüddətli Fillips əyrisi
İlk baxışda M.Fridmen və E.Felps tərəfindən uzunmüddətli dövrdə inflyasiya
və işsizlik arasında əks asılılığın mövcudluğunun inkar edilməsi əsassız
görünür. Onların iddiaları nəzəriyyəyə, P.Samuelson, R.Solou və A.Fillips
tərəfindən təsbit olunan inflasiya və işsizlik arasındakı əks asılılıq isə faktiki
məlumatlara əsaslanırdı. Nə üçün biz mənfi meyllə xarakterizə olunan «daim
cavan» Fillips əyrisi mövcud olduğu halda şaquli Fillips əyrisinin «quru
nəzəriyyəsinə» inanmalıyıq? A.Fillips, P.Samuelson və R.Solounun kəşfi
pulların neytrallığı haqda klassik nəticəni təkzib etmirmi?
M.Fridmen və E.Felps bu tip sualların qanunauyğunluğunu gözəl başa
düşürdülər və buna görə də onlar özləri klassik makroiqtisadi nəzəriyyə ilə
Böyük Britaniya və ABŞ-da Fillips əyrsinin mənfi meyli barədə faktiki
məlumatların barışıq üsulunu təklif etdilər. Onlar qısamüddətli dövrdə
inflyasiya və işsizlik arasında əks asılılığın mövcudluğunu inkar etmirdilər,
lakin uzunmüddətli dövrdə onun varlığını qəbul edirdilər. Başqa sözlə desək,
ekspansionist monetar siyasət müəyyən zaman müddətində işsizliyin
səviyyəsini aşağı salmağa imkan verir, lakin son nəticədə işsizlik təbii
səviyyəyə qayıdır, pul kütləsi həcminin daha sonrakı artımı isə yalnız
inflyasiyanın sürətinin yüksəlməsinə gətirib çıxarır.
M.Fridmen və E.Felpsin mühakimələri bizim məcmu təklifin
uzunmüddəti və qısamüddətli əyrilərinin müxtəlifliyinin təhlili ilə çox yerdə
üst-üstə düşür. (fəsil 30) (Faktiki olaraq, bu fəsildəki materialı şərh edərkən