Н. Грегори Менкйу
628
dülər ki, Fillips əyrisi siyasətçilərə problemin mümkün həlli yollarının seçimini
təklif edir. Məcmu tələbə təsir etmək məqsədilə monetar və fiskal siyasətdə
dəyişikliklər etməklə, siyasətçilər əyrinin qrafikində istənilən nöqtəyə çatmaq
məqsədini qarşıya qoya bilərlər. A nöqtəsi işsizliyin yüksək səviyyəsini və
aşağı inflyasiyanı, B nöqtəsi isə işsizliyin aşağı səviyyəsini və qiymətlərin
yüksək artım tempini təklif edir. Siyasətçilərin fikrincə iqtisadiyyatın optimal
vəziyyəti inflyasiyanın aşağı sürəti və işsizliyin səviyyəsinin cüzi olduğu
vaxtdır. Lakin Fillips əyrisi şəklində ümumiləşdirilmiş tarixi məlumatlar bunun
qeyri-mümkünlüyünü göstərir. P.Samuelson və R.Solouya görə siyasətçilər
inflyasiya və işsizlik arasında kompromiss seçim problemi qarşısındadırlar,
Fillips əyrisi isə onlara mümkün variantları göstərir.
Məcmu tələb, məcmu təklif və Fillips əyrisi
Məcmu tələb və məcmu təklif modeli Fillips əyrisi tərəfindən təkllif olunan
mümkün nəticələrin sadə izah toplusunu təqdim edir. Fillips əyrisi qısamüd-
dətli dövrlərdə məcmu tələb əyrisinin qrafikinin iqtisadiyyatı qısamüddətli
məcmu təklif əyrisinin qrafiki boyunca yerini dəyişdikdə yaranan inflyasiya və
işsizliyin kombinasiylarını göstərir. Fəsil 30-da gördüyünüz kimi əmtəə və
xidmətlə olan məcmu tələbin artması qısamüddətli dövrdə qiymətlərin
artmasına və əmtəə və xidmət məhsullarının buraxılışının artmasına gətirib
çıxarır. İstehsalın həcminin yüksəlməsi məşğulluğun artması və işsizliyin
azalması deməkdir. Bundan əlavə, keçmişdə qiymətlərin səviyysinin necə
olmağından asılı olmayaraq cari ildə qiymətlər nə qədər yüksək olarsa,
inflyasiyanın sürəti də bir o qədər yüksək olacaq. Beləliklə, məcmu tələbin
dəyişməsi inflyasiya və işsizliyin göstəricilərinin əks istiqamətdə qısamüddətli
dəyişikliklərinə gətirib çıxarar, bu isə Fillips əyrisində təsvir olunan asılılığa
uyğundur.
Bu asılılığın mənasını daha yaxşı başa düşmək üçün bir misalı nəzərdən
keçirək. Hesablamaları sadələşdirmək üçün fərz edək ki, 2000-ci ildə
qiymətlərin səviyyəsi (istehlak qiymətləri indeksilə ölçülən) 100-ə bərabərdir.
Şəkil 32.2-də 2001-ci ildə iqtisadiyyatın fəaliyyətinin 2 mümkün nəticəsi təsvir
olunmuşdur. (a) qrafikində məcmu tələb və məcmu təklif modelinin istifadə
olunması ilə alınan nəticə, (b) qrafikində isə Fillips əyrisindən istifadə
edilməklə alınan eynilə həmin nəticələr göstərilmişdir.
Економиксин принсипляри
629
Şəklin (a) qrafikində 2000-ci ildə iqtisadiyyatın fəaliyyətinin nəticələri
məhsul buraxılışı həcmi və qiymətlərin səviyyəsi göstəriciləri vasitəsilə təsvir
olunmuşdur. Əgər əmtəə və xidmətlərə məcmu tələb nisbətən aşağıdırsa
iqtisadiyyatın fəaliyyətinin nəticəsi A nöqtəsinə uyğundur. Məhsul buraxılışın
7500-ə, qiymətlərin səviyyəsi isə 102-ə bərabər olacaqdır. Əksinə, əgər məcmu
tələ nisbətən yüksəkdirsə, iqtisadiyatın fəaliyyətinin nəticəsi B nöqtəsinə
uyğundur, məhsul buraxılışı 8000-ə, qiymətlərin səviyyəsi isə 106-a bərabərdir.
Beləliklə, əhəmiyyətli məcmu tələb iqtisadiyyatı daha yüksək məhsul buraxılışı
həcmi və (a) qrafikində məhsul buraxılışının həcmi və qiymətlərin səviyyəsi
üzrə iqtisadi fəaliyyətin nəticələri göstərilmişdir. Əgər əmtəələrə və qiymətlərə
olan tələb nisbətən azdırsa onda iqtisadiyyatın fəaliyyət nəticəsi A nöqtəsinə və
məhsul buraxılışı isə uyğun gələcəkdir, qiymətlərin səviyyəsinin daha yüksək
olduğu tarazlıq nöqtəsinə tərəf yerini dəyişir.
Şəkilin (b) hissəsində bu nəzəri nəticələrin işsizlik və inflyasiya anla-
yışlarında nə demək olduğunu görürük. Əmtəə və xidmətlərin istehsalı
həcminin genişləndirilməsi üçün firmaların daha çox işçilərə ehtiyacı olduğu
üçün işsizlik B nöqtəsində A nöqtəsində olduğundan aşağıdır. Bizim
misalımızda məhsul buraxılışı həcmi 7500-dən 8000-ə qədər yüksəldikdə
işsizliyin səviyyəsi 7%-dən 4%-ə qədər düşür. Bundan əlavə, qiymətlərin
səviyyəsi B nöqtəsində A nöqtəsində olduğundan daha yüksək olduğu üçün
inflyasiyanın sürəti də (əvvəlki illə müqayisədə qiymətlərin səviyyəsinin
dəyişməsinin faizlə ifadəsi) yüksəkdir. Xüsusilə 2000-ci ildə qiymətlərin
səviyyəsi 100%-ə bərabər olduğu üçün A nöqtəsində inflyasiyanın sürəti 2%, B
nöqtəsinə isə 6% təşkil edir. Beləliklə, biz iqtisadiyyatın fəaliyyətinin 2
mümkün nəticəsini: həm məhsul buraxılışı həcmi və qiymətlərin səviyyəsi
göstəriciləri ilə (məcmu tələb və məcmu təklif modelini istifadə etməklə) həm
də inflyasiya və işsizlik anlayışları ilə (Fillips əyrisini istifadə etməklə)
müqayisə etmək imkanını əldə edirik.
Н. Грегори Менкйу
630
Əvvəlki fəsildən gördüyümüz kimi pul -kredit maliyyə- büdcə
siyasətinin alətləri məcmu tələb əyrisinin qrafikinə təsir etmək üçün, yəni
iqtisadiyyatın Fillips əyrisi boyunca yerini dəyişməsi üçün istifadə olunur. Pul
təklfinin, dövlət xərclərinin artırılması yaxud, vergilərin azaldılması məcmu
tələb əyrisini sağa hərəkət etdirir və iqtisadiyyatın Fillips əyrisində daha aşağı
işsizlik və daha yuxarı inflyasiyaya uyğun olan nöqtəyə keçirir. Pul təklifinin,
dövlət xərclrinin azaldılması yaxud, vergilərin artırılması məcmu tələb əyrisini
sola hərəkət etdirir, iqtisadiyyat isə Fillips əyrisində daha aşağı inflyasiya və
daha yuxarı işsizliyə uyğun olan nöqtəyə keçir. Bu mənada Fillips əyrisi
siyasətçilərə inflyasiya və işsizliyin kombinasiyaları toplusunu təklif edir.
Fillips əyrisinin yerdəyiĢmələri: gözləmələrin rolu
Güman olunur ki, Fillips əyrisi siyasətçilərə «işsizliyin səviyyəsi-inflyasiyanın
sürəti»nin çoxlu mümkün olan kombinasiyalarını təklif edir. Lakin bu çoxluq
zaman ərzində nə qədər sabitdir? Fillips əyrisi siyasətçilərin tamamilə inana
biləcəyi asılılığı ifadə edirmi? Məhz bu suallar P.Somuelson və R.Solounun
səyləri nəticəsində Fillips əyrisinin makroiqtisadi siyasət barədə mübahisələrin
mərkəzində qərar tutduğundan sonra 1960-cı illərin II yarısında iqtisadçıların
diqqət mərkəzində olmuşdur.
Uzunmüddətli Fillips əyrisi
1968-ci ildə iqtisadçı Milton Fridmen ―American Economy Review‖ cur-
nalında «Pul kredit siyasətinin rolu» adlı məqaləsini dərc etdirdi. Onun işi 2
hissədən ibarət idi: «Pul kredit siyasəti nə etməyə imkan verəcək» və «Monetar
siyasətdən nəyi gözləməyə dəyməz». M.Fridmen iddia edirdi ki, pul-kredit
siyasətinin alətləri -yalnız qısamüddətli zaman kəsiyi istisna olmaqla Fillips
əyrisinə
uyğun
gələn
inflyasiyanın
və
işsizliyin
səviyyələrinin
kombinasiyalarını əldə etməyə imkan vermir. Təxminən bununla eyni vaxtda
digər iqtisadçı Edmund Felpis inflyasiya və işsizliyin uzunmüddətli əlaqəsini
inkar edən əsəri meydana çıxdı.
M.Fridmen və E.Felpsin mühakimələri makroiqtisadiyyatın klassik
prinsiplərinə əsaslanırdı (Fəsil 23-29). Yada salaq ki, klassik nəzəriyyədə pul
kütləsinin həcminin böyüməsi inflyasiyanın əsas amili kimi nəzərdən keçirilir.
Eyni zamanda klassik nəzəriyyə iddia edir ki, pul təklifinin artması real
göstəricilərə təsir göstərmir, sadəcə qiymətləri və nominal gəlirləri
proporsional olaraq dəyişir. Xüsusilə, pulların kəmiyyətinin artımı, əmək
bazarı üzərində həmkarlar ittifaqlarının hökmranlığı, stimullaşdırıcı əmək
haqqının rolu və iş axtarışlarının səmərəliliyi kimi iqtisadifyyatda işsizliyin
səviyyəsini müəyyən edə amillərə təsir göstərmir. M.Fridmen və E.Felps belə
bir nəticəyə gəldilər ki, uzunmüddətli dövrdə inflyasiyanın sürətinin işsizliyin
səviyyəsi ilə bağlı olmasını hesab etməyə heç bir əsas yoxdur. Uzunmüddətli
Dostları ilə paylaş: |