DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə263/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   259   260   261   262   263   264   265   266   ...   281

Н. Грегори Менкйу 

 

 



634 

M.Fridmen  və  E.Felpsin  ideyalarının  çoxundan  istifadə  etmişdik).  Yada  salaq 

ki,  qısamüddətli  məcmu  təklif  əyrisi  müsbt  meyllidir  və  deməli  qiymətlərin 

səviyyəsinin  artdığı  şəraitdə  firmalar  tərəfindən  təklif  olunan  əmtəə  və 

xidmətlərin  miqdarı  çoxalır.  Əksinə,  uzunmüddətli  məcmu  təklif  əyrisi 

şaqulidir,  yəni  uzunmüddətli  dövrdə  qiymətlərin  səviyyəsi  təklifin  həcminə 

təsir  göstərmir.  30-cu  fəsildə  təsbit  etdiyimiz  kimi  inflyasiya  gözləmələri 

iqtisadi  aqentlərin  qiymətlər,  əmək  haqqının  səviyyəsi,  nisbi  qiymətlər  barədə 

təsəvvürlərinə  təsir  göstərir.  Beləliklə,  inflyasiya  gözləmələri  qısammüdətli 

məcmu  təklif  əyrisinin  vəziyyətini  müəyyən  edən  amşlllərdən  biridir. 

Qısamüddətli  dövrdə  FES  inflyasiya  gözləmələrinə  əvvəldən  verilmiş  kimi 

münasibət bəsləyirlər. Əgər təklif dəyişmirsə, məcmu tələb əyrisi yerini dəyişir 

və iqtisadiyyat verilmiş qısamüddətli məcmu təklif əyrisi boyunca yerdəyişmə 

edir.  Deməli,  pul-kredit  siyasətində  dəyişikliklər  qısamüddətli  dövrdə  məhsul 

buraxılışı,  qiymətlər,  işsizliyin  səviyyəsi  və  inflyasiyanın  sürətinin  qəfil 

dəyişiklərinə  gətirib  çıxarır.  Analoci  məntiqi  mühakimələr  A.Fillips, 

P.Samuelson  vəR.Solou  tərəfindən  təsvir  olunan  Fillips  əyrisinin  M.Fridmen 

və E.Felpsin tərəfindən izahının əsasında durur. 

Lakin  FES-in pul təklifinin artırılması  yolu ilə qəfil inflyasiyanı əmələ 

gətirməsi  qabiliyyəti  yalnız  qısamüddətli  dövrdə  mövcuddur.  Uzunmuddətli 

dövrdə  iqtisadi  aqentlərdə  FES  tərəfindən  təsbit  edilən  inflyasiyanın  sürəti 

haqqında müəyyən gözləmələr  yaranır.   Gözləmələr əmək haqqı və qiymətlər 

son  nəticədə  qiymətlərin  artım  sürəti  ilə  uyğunlaşır,  uzunmüddətli  məcmu 

təklif əyrisi şaqulidir. Bu halda misal üçün pul təklifinin səviyyəsi ilə meydana 

çıxan  məcmu  tələbdəki  dəyişikliklər  iqtisadiyyatda  istehsal  olunan  əmtəə  və 

xidmətlərin  həcminə  təsir  göstərmir.  M.Fridmen  və  E.Felps  belə  bir  nəticəyə 

gəldilər ki, üzünmüddətli dövrdə işsizlik öz təbii səviyyəsinə qayıdır. 

M.Fridmenin  və  E.Felpsin  təhlilinin  nəticəsi  aşağıdakı  bərabərlik 

şəklində ümumiləşdirilə bilər: 

 

İşsizliyin         =                          



səviyyəsi 

 

Göstərilən    bərabərlik  işsizliyin  faktiki  səviyyəsini  onun  təbii  səviyyəsi  



ilə,  real  inflyasiya  və  qiymətlərin  artım  sürəti  ilə  əlaqələndirir.  Qısamüddətli 

dövrdə gözlənilən inflyasiya əvvəlcədən verilmiş kimi özünü aparır və nəticədə 

qiymətlərin  faktiki  artımının  daha  yüksək  real  işsizliyin  aşağı  göstəricilərini 

müəyyən  edir.  (Qəfil  inflyasiyanın  nəticəsində  işsizliyin  səviyyəsinin 

dəyişməsinin ədədi ifadəsi a parametrinin qiyməti ilə müəyyən olunur, bu isə 

öz  növbəsində  məcmu  təklif  əyrisinin  bucaq  əmsalından  asılıdır).  Uzun-

müddətli dövrdə isə iqtisadi subyektlərdə inflyasiyanın FES tərəfindən verilən 

Ишсизлйин 

тябии 

сявиййяси



 

а х  (фактики инфлйасийа 

эюзлянилян 



инфлйасийа)

 



Економиксин принсипляри 

 

635 



sürətinin müəyyən gözləmələri yaranır. Beləliklə, qiymətlərin artımının faktiki 

sürəti gözlənilən inflyasiyaya bərabər olacaq, işsizlik isə təbii səviyyədə qalır. 

M.Fridmen  və  E.Felpsə  görə  Fillips  əyrisinin  siyasətçilərinin  istifadə 

edə biləcəyi imkanlar toplusu kimi nəzərdən keçirilməsi yüksək risklə bağlıdır. 

Təbii  işsizlik  səviyyəsi,  aşağı  inflyasiya  və  qiymətlərin  artım  sürətinin  aşağı 

gözləmələri olan iqtisadiyyatı təsəvvür edək. (Şəkil 32.5 A nöqtəsi). Fərz edək 

ki,  siyasətçilər  məcmu  tələbin  pul-kredit  və  maliyyə-büdcə  siyasətindən 

istifadə  edərək  artırılması  yolu  ilə  inflyasiya  və  işsizlik  arasında  barışığa  nail 

olmağa  çalışırlar.  Qısamüddətli  dövrdə  inflyasiya  gözləmələrinin  əmsalı  və 

iqtisadiyyat  A  nöqətsindən  B  nöqtəsinə  tərəf  hərəkət  edir.  İşsizlik  təbii 

səviyyəsindən  aşağı  düşür.  İnflyasiyanın  sürəti  isə  inflyasiya  gözlmələrini 

keçir.  Müəyyən  müddətdən  sonra  iqtisadi  subyeklər  qiymətlərin  yüksək  artım 

sürətinə uyğunlaşırlar və inflyasiya  gözləmələri  daha  yüksək səviyyəyə  keçir. 

Gözlənilən  inflyasiyanın  artması  inflyasiya  və  işsizliyin  qarşılıqlı  əlaqəsinin 

qüsamüddətli əyrisinin yuxarıya tərəf yerdəyişməsinə səbəb olur. Son nəticədə 

iqtisadiyyat inflyasiyanın A nöqtəsindən daha yüksək olduğu c nöqtəsinə keçir, 

işsizliyin səviyyəsi isə dəyişmir. 

Beləliklə, M.Fridmen və E.Felips belə bir nəticəyə gəldilər ki, siyasət-

çilər inflyasiya və işsizlik arasındakı əks asılılıqla üzləşirlər və onlar arasında 

seçim  qısa  zaman  müddəti  ərzində  mümkündür.  İqtisadi  siyasətə  görə 

cavabdehlik daşıyan siyasi xadimlər inflyasiya və işsizlik arasındakı asılılığı öz 

məqsədləri üçün istifadə etmək imkanına malik olurlar, lakin yalnız bir dəfə. 

 

Təbii  səviyyə  nəzəriyyəsini  yoxlamaq  məqsədi  ilə  təbii  ekspe-

riment 

Beləliklə,  1968-ci  ildə  M.Fridmen  və  E.Felps  belə  bir  nəticəyə  gəldilər  ki, 

siyasətçilər  Fillips  əyrisinə  əsaslanaraq  işsizliyin  səviyyəsini  aşağı  salmaq 

naminə yüksək inflyasiyaya razı olsalar, onların qələbəsi labüd olacaq.  

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə