Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə134/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   130   131   132   133   134   135   136   137   138

342 
 
O,  təkcə  Azərbaycanın  deyil,  bütün  türk  dünyasının  yetişdirmiş  olduğu  ən 
məşhur dövlət xadimlərindən biridir. 
Süleyman DƏMĠRƏL, 
Türkiyə Respublikasının 9-cu prezidenti. 
 
Cənab  Heydər  Əliyev  Corc  Vaşinqtona  bərabər  şəxsiyyət  və  Amerikanın 
böyük dostudur. 
Madlen OLBRAYT,  
ABġ-ın sabiq  Dövlət katibi. 
 
Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. 
Bülənd ECEVĠT, 
Türkiyə Respublikasının sabiq BaĢ naziri. 
 
Mən, Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən  ikinci 
adamı tanımıram. 
Nikolay BAYBAKOV, 
Rusiya - Azərbaycan Dostluq Cəmiyyətinin sədri. 
 
Siz  Nyu-Yorkda  olduğunuz  qısa  bir  vaxtda  amerikalıların  qəlbini  və  mən 
qətiyyətlə  deyirəm  ki, həm  də Amerika mətbuatını fəth etmisiniz.  Neçə  gündür ki, 
mən  qəzetləri  izləyirəm.  Amerika  mətbuatı  dünyanın  görkəmli  siyasi  xadim  kimi 
Sizin  fəaliyyətinizi  layiqincə  qiymətləndirir.  Əlavə  olaraq,  demək  istəyirəm  ki, 
Amerika mətbuatı heç də bütün ölkələrin prezidentlərinə belə münasibət bəsləmir. 
Rabin ġNAYDER, 
ABġ-ın ictimai xadimlərindən biri. 
 
Cənab Əliyev! Siz canlı əfsanəsiniz.  
Jak DÜRE, 
fransız sovetoloqu. 
 
Dünyada  görkəmli  dövlət  xadimi  kimi  tanınan  prezident  Heydər  Əliyevin 
rəhbərliyi  altında  Azərbaycan  Respublikası  yaxın  gələcəkdə  ən  inkişaf  etmiş 
ölkələrdən birinə çevriləcəkdir. 
 Kofi ANNAN, 
 
BMT-nin BaĢ Katibi. 
 
Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi 
ki,  o,  müstəqil  yaşamaq  istəyir  və  öz  ərazisinin,  zəngin  təbii  sərvətlərinin  sahibi 
olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. 
Qreq LAFLĠN, ABġ-ın tanınmıĢ siyasi xadimi. 


343 
 
Cənab Əliyev öz geniş dünyagörüşü, açıq və orijinal mülahizələri ilə Sovet 
İttifaqının  ucqar  respublikasının  partiya  rəhbərini  deyil,  ABŞ-ın  görkəmli 
qubernatorlarını  xatırladırdı.  Bizim  fikrimizcə,  belə  bir  şəxsiyyət  qərbin  istənilən 
ölkəsində Prezident seçkilərində qalib gələ bilərdi. 
P. Murfi, 
Ġrlandiyanın Bonndakı səfiri. 
 
 
Heydər  Əliyev  bütün  türk  dünyasının  lideridir.  Mən  onun  zəkası,  ağlı, 
düşüncəsi, cəsarəti qarşısında baş əyirəm. 
Namiq Kamal ZEYBƏK, 
Türkiyə millət vəkili. 
 
Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin 
özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək. 
Eduard ġEVARDNADZE, 
Gürcüstan Respublikasının sabiq prezidenti. 
 
Heydər  Əliyev  təkcə  Azərbaycanı,  Amerikanı  yox,  bütün  dünyanı  idarə 
etməyi bacaran bir siyasi xadimdir. 
Bill KLĠNTON,  
ABġ-ın sabiq prezidenti. 
 
Mən  bu  gün  yüksək  kürsüdən  əziz  prezidentimiz  cənab  Heydər  Əliyevə 
üzümü  tutub  deyirəm:  "Əziz  Prezident,  əsərin  olan  müasir  Azərbaycanı 
gücləndirəcəyik,  zənginləşdirəcəyik,  hərtərəfli  inkişaf  etdirəcəyik,  Sizin  yolunuzla 
yeni qələbələrə doğru gedəcəyik!". 
Ġlham ƏLĠYEV, 
Azərbaycan Respublikasının Prezidenti. 
 
 


344 
 
Zəngəzur Ġnancları. 
 
Qara  Çuxa  baxtdır,  taledir.  Qara  Çuxa  adamın  arxasınca  gəzib-dolanır, 
adama  kömək  eləyir.  Qara  Çuxa  adamnan  gəzib  dolanmırsa,  demək,  o  adamın 
baxtı  yatıb.  Belə  olanda  deyərlər  ki,  filankəsin  Qara  Çuxası  yatıb.  Yox,  əgər 
adamın Qara Çuxası yatmayıbsa, onda deyərlər, filankəsin Qara Çuxası dik durub. 
Qara  Çuxa  övliyadır.  Qara  Çuxa  evin  astanasında  durar,  amma  gözə 
görünməz. Evin astanasına çatdın, gərək Qara Çuxaya salam verəsən. 
 
Evdə  adam  olmasa  da,  içəri  girəndə  salam  verərlər.  Deyərlər,  evdə 
kimsənələr  var.  Onlar  evə  xeyir-bərəkət  gətirir,  qaranquş-filan  donunda  adamın 
yuxusuna girir. 
 
Qaramux, çinar, saqqız... ağaclarını kəsmək günahdır. Bir saqqız ağacı var 
- pirdir. Bu ağacın altında başını qoyursan daşın üstünə, yatırsan. Əgər yuxuda bir 
nurani dərviş, bir əlində ağac, bir əlində də təsbeh gəlib dursa başının üstə, desə 
ki,  filankəs,  sənin  payını  verdim,  onda  muradına  çatacaqsan.  Yox,  əgər  dərviş 
yuxuna girməsə, onda muradın hasil olmayacaq. 
 
Süpürgəni yandıranda qar yağar.  
 
Dörd  yaşına  qədər  uşağa  mal-heyvan,  qoyun-keçi  ürəyi  yedirtməzlər  ki, 
uşaq qorxaq olmasın. 
 
Duzla  baş  darağını  qonşuya  verməzlər.  Versən,  evdən  başağrısı  əskik 
olmaz. 
 
Süd bişirəndə ocaqdan qonşuya köz verməzlər. Əgər versən, onda gərək süd 
qazanının üstünə kömür, ya da göy ot atasan. Yoxsa mal-heyvan süddən kəsilər. 
 
Bayquş qapıda xeyirliyə ulamaz. Ona görə kösöv atıb, onu qovarlar. Ya da 
bayquş qonan ağacın altına duz-çörək qoyub deyərlər: "Sən bu duz-çörək, çıx get". 
 
Canavar hansı kəndin yanında balalasa, o kəndin mal-heyvanına dəyməz. 
 
At sahibi şər vaxtı qonşuya tərəzi verməz.  Versə  də, əvəzində  nəsə  bir şey 
alıb saxlayar. Yoxsa ata qada-bala gələr. 
 
Atın  üstündə  meyid  aparanda  gərək  atın  qulağına  deyəsən  ki,  meyid 
aparırsan. Yoxsa at çatlayar. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə