2
Ġdeya və layihə müəllifi:
Akif Muradverdiyev
Elmi redaktoru:
Vəli Əliyev,
Azərbaycan MEA-nın müxbir üzvü,
tarix elmləri doktoru
Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəĢr).
Bakı, "NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2005. 504 səh.
Kitabda qədim Azərbaycan torpağı olan Zəngəzurun antik dövrlərdən son
illərə qədərki tarixi, coğrafiyası, əhalisi, bölgədəki etnogenez prosesləri,
azərbaycanlıların mübarizəsi, qəhrəmanlığı və faciəsi türk, ərəb, fars, erməni, alban
mənbələri, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuĢ, xalqımıza
qarĢı
törədilən
tarixi
ədalətsizliklər
Zəngəzur
diyarının
timsalında
ümumiləĢdirilmiĢdir. Müəllifin gərgin zəhmətinin, elmi axtarıĢlarının və
araĢdırmalarının bəhrəsi olan, doğma yurda dərin məhəbbət hissi ilə qələmə aldığı
"Zəngəzur" kitabı Vətənimizin qəriblikdə qalmıĢ gözəl bir bölgəsi haqqında
ensiklopedik bilgi verən mənbə kimi çox qiymətlidir.
Kitab elmi ictimaiyyət və geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur.
ISBN - 9952 - 403 - 09 – 7
©
Musa Urud, 2005.
3
QƏDĠM TORPAĞIN BÖYÜK OĞLU
Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda
yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə
sübut etsin.
Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq.
HEYDƏR ƏLİYEV
Torpaq zirvələri ilə, xalq böyük oğulları ilə uca görünür, tanınır,
dəyərləndirilir. Dünya sivilizasiyasına, bəĢəriyyətin hərb və dövlət quruculuğu
tarixinə Mete, Çingiz xan, Əmir Teymur, Ġldırım Bəyazid, ġah Ġsmayıl Xətai,
Sultan Mehmet kimi dahilər bəxĢ etmiĢ böyük türk xalqı həm də bu Ģəxsiyyətlərlə
tanınmıĢ, dünya xalqlarının içərisində müxtəlif dövrlərdə aparıcı bir millət kimi
hörmət, söz və nüfuz sahibi olmuĢdur.
Bu böyük millət XX əsrdə də bəĢəriyyətə zamanın, dövrün axarını
qabaqlaya biləcək iki dühanı - Mustafa Kamal Atatürkü və Heydər Əlirza oğlu
Əliyevi bəxĢ etmiĢdir.
Azərbaycan türklüyü iyirminci əsrdəki milli varlığı və inkiĢafı üçün, iyirmi
birinci əsrdə əldə edəcəyi nailiyyətləri və tərəqqisi üçün birmənalı olaraq, öz böyük
oğlu, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətini qurmuĢ və on il ərzində
ona böyük müvəffəqiyyətlə rəhbərlik etmiĢ möhtərəm cənab Heydər Əliyevə
minnətdardır, onun dühasına, onun iradəsinə, onun dövlətçilik və milli birlik
uğrunda ardıcıl, yorulmaz qalibiyyətli mübarizəsinə borcludur.
Azərbaycanın 1969-cu ildən bəri ictimai-siyasi, sosial-iqtisadi və digər
sahələrdə əldə etdiyi bütün nailiyyətlər birmənalı olaraq, bu xalqın müdrik oğlu,
dünya Ģöhrətli siyasətçi, bütün ömrünü xalqının xoĢbəxtliyi uğrunda mübarizəyə
həsr etmiĢ dahi Ģəxsiyyətin - cənab Heydər Əliyevin adı ilə, onun uzaqgörən
siyasəti və uzunillik yorulmaz mübarizə yolu ilə bağlıdır. Cənab Heydər Əliyevin
1969-cu ildə respublika rəhbərliyinə gəldiyi zamandan baĢlayaraq, Azərbaycan
xalqının həyatında böyük bir yeniləĢmə, Azərbaycanın tarixində böyük
dəyiĢikliklər həyata keçirilmiĢ, məmləkətimizin intibah mərhələsi baĢlanmıĢdır.
Məhz 1969-cu ilin 14 iyulunda Azərbaycanın bütün tarixi boyunca ən
böyük ictimai
siyasi xadimi, görkəmli dövlət baĢçısı, ümummilli lideri olmuĢ bütün
dünyanın tanıdığı və böyüklüyünü dostun da, düĢmənin də etiraf etdiyi Tarixi
ġəxsiyyət - Heydər Əlirza oğlu Əliyev Azərbaycanda ali siyasi rəhbərliyə gəldi -
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi.
Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi illərcə yağıĢ
yağmayan, bulaqları quruyan, torpağı qovrulub sovrulan, barını qəhər kəsmiĢ,
dağlarının otu yanmıĢ, yollarını toz basmıĢ, aran günəĢi altında ləhləyən
Azərbaycanın səmasında barlı-bəhərli yağıĢdan xəbər verən ĢimĢək çaxması, göy
gurultusu kimi bir Ģey idi. Bu gündən baĢlayaraq, gerilik, ətalət basmıĢ, fərasətsiz