Abuzər xəLƏfov tarix elmləri doktoru, professor



Yüklə 217,1 Kb.

səhifə1/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
  1   2   3   4   5   6   7


ABUZƏR  XƏLƏFOV 

Tarix  elmləri doktoru,  professor

RESPUBLİKA ELMİ-TEXNİKİ 

KİTABXANASI 

(

1930


-

2000


)

(kitabxananın

70 illiyinə həsr edilmiş qısa tarixi oçerk)

BAKI  - 2001




Azərbaycan  Respublikası  Elmi-Texniki  kitabxa­

nasının 


»70 illik yubileyinə həsr olunur.

Redaktoru: 

dos.  Rasim Kazımov

Abuzər  Xələfov.  Respublika  Elmi-Texniki  ki­

tabxanası.

Kitabda  Azərbaycanda  zəngin  tarixi  təcrübəyə  və  mütə­

rəqqi  ənənələrə  malik  olan  Azərbaycan  Respublikası  Elmi- 

Texnlkı  kitabxanasının  70  illik  fəaliyyətinin  mühüm  mərhələləri

işıqlandırılmışdır.

60Bakı Universiteti nəşriyyatı,  2001

RESPUBLİKA ELMİ-TEXNİKİ 

KİTABXANASININ  70  İLLİYİ

«Keçm işə m üraciət - müasir m ədəni) - 

yətin  ümumi qanunlarındandır». 

Akademik Azad  Mirzəcanzadə

2000-ci  il  dekabr  ayının  12-də  ölkəmizin  elmi- 

texniki  və  mədəni  inkişafında  xüsusi xidm ətləri  olan, 

ən  zəngin  elm  xəzinələrindən  biri  sayılan  Respublika 

Elmi-Texniki Kitabxanasının  70 i Hiyi tamam  oldu.  Bu 

möhtəşəm  yubileyi  müstəqil  Azərbaycanın  elm i  icti­

maiyyəti  və  çoxsaylı  kitabxanaçılar ordusu  böyük  tən­

tənə ilə qeyd etdilər.

Yubiley  tədbirini  kitabın  böyük  dostu,  dövrü­

müzün  ən  çox  kitab  oxumuş  adamlarından  biri,  kitab 

xəzinəsinin  mahir  bilicisi,  elmin,  mədəniyyətin  inki­

şafında  və yayılmasında  kitabxanaların  və  kitab.xanaçı- 

ların  rolunun  yüksək  qiymətləndirilməsinin  əsl  tə­

əssübkeşi  və  kitabxananın  qocaman  oxucusu  .Azad 

Mirzəcanzadə  açdı.  Təntənəli  iclası  diinya  şöhrətli 

alim,  Vətən  ehııinin  korifey/ərindən  biri,  Azərbaycan 

A li  Atesstasiya  Komissiyasının  sədri,  Respublika  Na­

zirlər  Kabineti yanında  Elm  və  Texnika  Komitəsinin 

sədri,  akademik  Azad  Mirzəcanzadənin  apaıması y u ­

bileyi daha da  şöhrət/əndirdi,  sadə peşə sahibi olan  ki- 

tabxanaçıfarın,  bütövlükdə  geniş  m ədəniyyət  işçiləri 

ordusunun sevincinə səbəb oldu.

Akademik  Azad  Mirzəcanzadə  giriş  sözündə 

Respublika  Elmi-Texniki  Kitabxanasının  70 il  ərzində

3



keçdiyi  şərəfli yola  nəzər  salaraq,  Azərbaycan  elmi- 

texniki  fikjinin  inkişafında,  elmi-texniki  tərəqqidə 

mühüm  rol oynayan  nüfuzlu ziyalılar kollektivinin y e ­

tişib  formalaşmasında,  xüsusilə neftçi kadrların  hazır­

lanmasında  bu  qocaman  kitabxananın  əvəzedilm əz 

roluna böyük qiym ət verdi.  O qeyd etdi ki,  Azərbaycan 

Respublikası  Nazirlər Kabineti yanında Elm  və  Texni­

ka  Komitəsinin  Respublika  Elmi-Texniki  Kitabxanası 

fəaliyyət göstərdiyi onilliklər dövründə ölkəmizdə elm 

və  mədəniyyətin  inkişafına  əhəm iyyətli  töhfələr  ver­

miş,  milyonlarla  oxucuya,  o  cümlədən  elm  və  m ədə­

niyyət  xadimlərinə,  alimlərə,  ziyalılara,  aspirantlara, 

tələbələrə,  xalq  təsərrüfatının  m ü xtəlif  sahələrində 

uğurla  çalışan  mütəxəssislərə  səmərəli xidm ət  etmiş­

dir.  Kitabxanaçı peşəsini cəmiyyətdə  mövcud olan pe­

şələrin  ən  mühümlərindən  biri  hesab  edən  görkəmli 

alim kitabxanaçılann  əm əyini əsl fədakarlıq nümunəsi 

kim i dəyərləndirdi.  O dedi ki,  ötən  illər ərzində kitab- 

xanaçılar  ауп-ауп  oxucu  qruplarına  sosial  və  elmi- 

texniki tərəqqinin  bütün problemlərinin  həllində  m əq­

sədyönlü köm ək göstərmişlər.

Sonra  akademik  Azad  Mirzəcanzadə  kitabxa­

nanın  70  ИНк  inkişaf yolu  haqqında  məruzə  etmək 

üçün  sözü  RETK-nın  direktoru  Hicran  Əfəndiyevaya 

verdi.  Hicran xanım kitabxanamn fəaliyyətini təhlil et­

di,  ildən-ilə  fondun  zənginləşməsini,  oxucuların  sayı­

nın  artmasını,  ölkədaxili  və  beynəlxalq  əlaqələrin ge­

nişlənməsini  konkret faktlar və rəqəmlər əsasında yu ­

biley  iştirakçılarının  nəzərinə  çatdırdı.  Natiq  A zər­

baycanın  müstəqilliyi şəraitində  RETK-nın  qarşısında 

duran  təxirəsalınmaz  vəzifələrdən  də  ətraflı  danışdı,

4

elm  və  texnika  sahəsində  səm ərəli  fəaliyyət göstərən 



görkəmli  mütəxəssisləri  RETK   ilə  sıx  əməkdaşlığa 

çağırdı.

Daha  sonra  Beynəlxalq  İnformasiyalaşdırma 

Akademiyasının  akademiki,  əməkdar m ədəniyyət işçi­

si,  Bakı Dövlət  Universiteti kitabxanaşünaslıq kafedra­

sının  müdiri,  tarix  elmləri  doktoru,  professor A buzər 

Xələfov,  М.Ғ.Axundov  adına  Dövlət  Kitabxanasımn 

direktor  müavini  Solmaz  Bağırbəyova,  Azərbaycan 

Respublikası  Prezident  Aparatı  Kitabxanasının  müdiri 

Mail 

Əhmədov,  Azərbaycan  Respublikası  Elmlər 

Akademiyası  Elmi  kitabxanasının  direktoru  Əmin 

Əfəndiyev,  Azərbaycan  Elmi-Tədqiqat  Elmi-Texniki 

İnformasiya  İnstitutunun  direktor  əvəzi  Zirəddin  Ta- 

ğıyev,  Respublika  Elmi-Pedaqoji  Kitabxanasının  di­

rektoru  Tamilla  İsmixanova  və  başqalan  çıxış  edərək, 

xalqımızın  elmi-texniki tərəqqisində  misilsiz rol oyna­

mış  Respublika  Elmi-Texniki  Kitabxanasının  70  illik 

yubileyini  əsl  bayram  kim i  qiymətləndirdilər  və  bu 

elm  xəzinəsinin  kollektivinə  öz  xoş  arzularını  bildir­

dilər.

Professor Abuzər X ələfov  öz  çıxışında  kitabxa­

nanın  70 il müddətində  keçdiyi şanlı  tarixi yola  nəzər 

saldı,  onun  fəaliyyətini  xalqımızın  m ədəni  tərəqqisi 

tarixində,  elmi-texniki  fikrin  inkişafı  və  formalaşması 

sahəsində  çox  böyük  fədakarlıq  kim i  qiymətləndirdi. 

O,  həmçinin  Azərbaycan  elminin  böyiik  təəssübkeşi 

akademik  Azad  Miızəcanzadənin  respublikamızda  ki- 

tabxanaşiinaslıq  elminin  inkişafına  böyük  qayğısım 

xüsusilə qeyd etdi,  ona Azərbaycan  kitabxanaşiinaslan

5





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə