Abuzər xəLƏfov tarix elmləri doktoru, professor



Yüklə 217,1 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
#37073
1   2   3   4   5   6   7

i atların  (dilbərləri,  aparıcı  mütəxəssisləri  bu  sistem 

L / r o   ə s a s  

abonentlər idilər.

Hənnn  şöbədə  respublikanın  rəhbər  işçiləri  üçün 

informasiya  xidməti  də  təşkil  edilir,  onlar  üçün  xalq 

təsərrüfatının  müxtəlif sahələri  üçün  icmallar  hazırla­

nırdı.

Bu  sistemin  yaranması  və  fəaliyyəti  respublika­



mızda  elmi-texniki  informasiya  sahəsində  yeni  iş  for­

ma  və  üsullannin  meydana  gəlib  inkişaf etməsi  üçün 

şərait  yaratdı,  respublikamızın  digər  kitabxanaları  da 

bu  üsullardan  istifadə etməyə başladılar.  Həmçinin  60- 

cı  illərdə kitabxanada  kitabxana-biblioqrafiya  proseslə­

rinin  avtomatlaşdırıİması  və  mexanikləşdirilməsi  üçün 

rüşeym  halında olsa da  tədbirlər görülməyə  başlanmış, 

kitabxana  elektron-hesablayıcı  maşınlarla,  surətçıxaran 

aparatlarla  və  digər texniki  vasitələrlə  təmin  edilməyə 

başlamışdı.

Məlumdur  ki,  kitabxananın  bütün  xidmət  fəa- 

Iiyyətinin  əsasında  yaxşı  komplektləşdirilmiş  və 

müntəzəm  olaraq  təzələnən  və  təkmilləşdirilən  fond 

durur.  60-cı  illərdə  kitabxananın  komplektləşdirilməsi 

işi  xüsusi  diqqət  mərkəzində  olmuş,  yeni  ədəbiyyatın 

fonda  daxil  olunması  ön  plana  çəkilmişdir.  60-cı  illər­

də  kitabxananın  fondu  həm  kəmiyyət,  həm  də  key­

fiyyətcə  dəyişmişdi.  Əgər  kitabxananın  fondunda 

1959-cu  ildə 263.751  nüsxə  çap  vahidi  var  idisə,  onla­

rın  sayı  1970-ci  ildə  3.820.016  nüsxəyə  çatmışdı.  On 

ıl  müddətində  kitabxananın  fondu  3.599.341  nüsxə 

artmışdır.

60-cı  ildə  kitabxana  fondunun  komplektləşdiril­

məsi,  informasiya  və mə’lumat -  biblioqrafiya  işlərinin

22

təşkili  sahəsində  aparılan  kompleks tədbirlər oxuculara 



xidmət  işinin  keyfiyyət  və  kəmiyyətcə  yaxşılaşdırıl­

ması  üçün geniş imkanlar açmışdı.

Bıı  dövrdə  oxucuların  sayı  və  kitab  dövriyyəsi 

əhəmiyyətli dərəcədə  artmış, oxuculara verilən  «rədd» 

cavabları  xeyli  azalmışdı.  Əgər  kitabxananın  1959-cu 

ildə  6.011 nəfər oxucusu olmuş,  onlara  198.  774  nüsxə 

kitab  verilmişdirsə,  1970-ci  ildə  6.322  nəfər  oxııcuya 

391.265  nüsxə  kitab  verilmişdir.  Kitabxana  60-cı  illər­

də  kütləvi  işlərin  aparılmasına  diqqəti  artırmışdı. 

Təkcə  1970-ci  ildə  465  kitab  sərgisi  təşkil  edilmişdi. 

Kitabxana  "məlumatın  seçilib  yayılması"  sistemi  üzrə 

apardığı  işi  xeyli  təkmilləşdirmiş,  1970-ci  ildə  1.111 

abonentə xidmət etmişdi.

Göstərilən  dövrdə  kitabxananın  kadr  tərkibi  də 

xeyli  təkmilləşmişdi.  Kitabxana işçiləri  sırasında  ali  və 

orta  ixtisas  təhsilli  kitabxana  işçilərinin  sayı  artmış, 

kadrların  tərkibi  gəncləşmişdi.  Əgər  1959-cu  ildə  ki­

tabxananın  21  nəfər işçisi  var  idisə,  onların  sayı  1970- 

ci  ildə  90  nəfərə  çatmışdı  ki,  bunların  76  nəfərini  ki- 

tabxanaçılar təşkil edirdi.

Kitabxana  işçilərinin  54  nəfərinin  ali  təhsili  var 

idi.  Bunlardan  36  nəfərinin  ali  kitabxanaçılıq  təhsili 

olmuşdur.  Kitabxanaçı  kadrlann  sayının  belə  əsaslı  şə­

kildə  artması,  onun  tərkibində  böyük  keyfiyyət  dəyi­

şikliklərinin baş verməsi, heç şübhəsiz ki, 60 -cı  illərdə 

kitabxananın  elmi-metodik  potensialını  xeyli  yüksəlt­

miş,  onun  respublika  kitabxanası  kimi  yerini  və  möv­

qeyini  möhkəmləndirmişdi.  Bu  proses  həmçinin  kitab­

xananın  metodik  fəaliyyətinə  də  ciddi  təsir  göstərmiş, 

onun  respublikanın  bütün  elmi-texniki  kitabxanalarının

23



metodik  mərkəzi  kimi  rolunu  artırmışdı.  1969-cu  ildə 

kitabxananın  metodik  kabinetinin  metodik  şöbə  kimi 

yenidən  təşkili dediklərimizə əyani sübutdur.

Respublika  Elmi-Texniki  Kitabxanasının  tarixin­

də  mühüm mərhələlərdən biri də 70-80-ci  illər olmuş­

dur.  Bir  sıra  ciddi  nöqsanlara,  maliyyə  çətinliklərinə, 

pedaqoji  qüsurlara baxmayaraq,  ümumiyyətlə,  70-80-ci 

illər  Azərbaycanda  kitabxana  işinin  inkişafı  illəri  kimi 

xarakterizə edilir.

Respublika  Elmi-Texniki  Kitabxanasının  fəa­

liyyətində  bu  inkişaf  prosesi  daha  ciddi  hiss  edilirdi. 

Həmçinin  70-80-ci  illərdə  Respublika  Elmi-Texniki 

Kitabxanası  ilə  yanaşı  orlaraq  respublikamızda  böyük 

elmi-texniki  kitabxana  şəbəkəsi  bir  sistem  kimi  for­

malaşmış,  əhaliyə  texniki  ədəbiyyatla  xidmət  işi 

dövrün  mühüm  amilinə  çevrilmişdir.  Əlbəttə,  bu  pro­

ses öz-özünə yaranmırdı,  bu,  dövrün  sosial  tələbi,  sifa­

rişi  idi.  Elmi-texniki  tərəqqi  texniki  biliklərə  böyük 

tələbat  əmələ  gətirmişdi.  Bu  tələbatın  ödənilməsi 

böyük  dövlət  əhəmiyyəti  kəsb  etmişdi.  XX  əsrin  70- 

80-ci  illəri  bütıın  dünyada  və  SSRİ  məkanında  infor­

masiya  partlayışı  illəri  kimi  xarakterizə  olunduğundan 

informasiya  müəssisələri  olan  kitabxanalara  diqqət 

artmaya  bilməzdi.  Məhz  bu  dövr  respublikamızda  da 

kitabxana  işinin  inkişafı  sahəsində  mühüm  iz  qoydu. 

Bu  izi  biz  Respublika  Elmi-Texniki  Kitabxanasının 

fəaliyyətində də görürük. 

/■

70-80-ci  illərdə  Respublika  Elmi-Texniki  Kitab­

xanasının  maddi-texniki  bazasının  möhkəmləndirilmə­

sinə diqqət  xeyli  artırılmış,  bu  sahəyə  aynlan  maliyyə 

vəsaiti  çoxalmışdı.  Bu  da  kitabxananı  yeni  texniki  va­

24

sitələrlə,  avadanlıqla  təmin  etmək,  ilk  növbədə  isə  ki­



tabxana  fondunu  zənginləşdirmək  imkanı  vermişdi. 

Kitabxananın  binasının  yaxşılaşdırılması  və  sahəsinin 

genişləndirilməsi  üçün  tədbirlər  görülmüşdü.  Əgər 

1971-ci  ildə  kitabxananın  istifadə  etdiyi  ümumi  sahə 

550  kv.  metr  idisə  1975-ci  ildə  1.786  kv.metrə  çatmış­

dı.  Bu  respublika Patent  fonduna  və  Standartlar  fondu­

na  ayrılmış sahələrin  hesabına əldə  edilmişdi.  Kitabxa­

nanın  SSRİ  və  Azərbaycan  SSR  kitabxana  kollektorla­

rından,  həmçinin  ittifaqın  və  respublikamızın  kitab 

mağazalarından kitab almaq  imkanı var idi.  Bu da kitab 

fondunun keyfiyyətli  və  ardıcıl komplektləşdirilməsinə 

imkan yaradırdı.

Kitab  fondunun  artımını  bu rəqəmlərdən  görmək 

olar.  Əgər  kitabxananın  fondunda 

1970-ci  ildə 

3.958.588  nüsxə  çap  vahidi  var  idisə,  1980-ci  ildə 

11.726.247  çap  vahidi  1989-cu  ildə  isə  19  milyondan 

artıq çap vahidinə  çatmışdı.  Bunun  10  milyondan  artığı 

texniki  ədəbiyyatın  və  sənədlərin  xüsusi  növünə  aid 

idi.  Bu  dövrdə  kitabxananın  strukturunda  da  böyük 

dəyişilikliklər  baş  vermişdi.  Kitabxananın  Naxçıvan 

Muxtar  Respublikasında  və  Dağlıq  Qarabağ  Muxtar 

Vilayətində  filialları  açılmışdı.  Filallann  işinə  kitabxa­

na xüsusi  diqqət yetirir, öz fondundan  filiallara  kitablar 

ayırır, onların komplektləşdirilməsinə xüsusi  qayğı 

göstərirdi.

Görülən  bütün  tədbirlər  oxuculara  xidmət  işinin 

yaxşılaşdırılmasına  ciddi  təsir  göstərmişdi.  Oxucuların 

sayı  və  kitab  verilişi  xeyli  çoxalmışdı.  Bunu  aşağıdakı 

rəqəmlərdən  görmək  olar.  Oxucuların  sayı  1970-ci  il­

də  6.322  nəfər,  1975-ci  ildə  9.821  nəfər,  1979-cu  ildə

25



Yüklə 217,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə