Abuzər xəLƏfov tarix elmləri doktoru, professor



Yüklə 217,1 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
#37073
1   2   3   4   5   6   7

u b   чаг  idisə,  onun  sayı  1958-ci  ildə  221.149  nüsxəyə 

palm ışdı

50-cı  illərdə  respublikamızın  texniki  ziyalılarının 

xancı  texryki  ədəbiyyata  və  texniki  dövri  mətbuata 

olan  ehtiyacının  artması, dövrün  tələbi  idi.  Artıq  Azər­

baycan  alimləri,  mühəndis  -  texniki  işçiləri,  texniki  ali 

məktəb  tələbələri  içərisində  xarici  dili  yaxşı  bilən 

oxucular  var  idi.  Kitabxana öz oxucularının  xarici  ədə­

biyyata  tələbatını  ödəmək  üçün  xarici  dillərdə  kitab 

almağa  başladı.  1958-ci  ildə  Respublika  Elmi-Texniki 

Kitabxanasının  fondunda  31.247  nüsxə  xarici  dillərdə 

kitab  var  idi.  Kitabxana  xarici  dillərdə  kitablardan 

mühəndis  -  texniki  işçilərin  istifadəsini  asanlaşdırmaq 

məqsədi  ilə  onlara  tərcümə  işində  də  kömək  göstərir­

di.  Kitabxana  həmçinin  texniki  ədəbiyyatın  xüsusi 

növləri:  patent,  standart  və  sənaye  avadanlığı  kataloq- 

lanntn  oxucuların  istifadəsinə  verilməsini  təşkil  et­

məyə  müvəffəq  olmuşdu.  Təkcə  1957-1958-ci  illərdə 

oxuculara 7.511-nüsxə ədəbiyyat verilmişdi.

50-ci  illərdə  kitabxananın  fəaliyyətində  dövri 

nəşrlərlə  iş xüsusi yer tuturdu.  Bu,  bilavasitə  cəmiyyə­

tin  inkişafında  meydana  gələn  yeni  problemlərlə  əla­

qədar  idi.  Belə  ki,  respublikamızın  texniki  zı'yalılan 

xarici  ölkələrdə  baş  verən  texniki  nailiyyətlərin  öyrə­

nilməsinə  xüsusi  əhəmiyyət  verirdilər.  Bu  məsələ  ilə 

əlaqədar  rəqəmlərə  diqqət  yetirək.  1958-ci  ildə  kitab­

xananın  fondunda  77.780  nüsxə  dövri  nəşr  toplanmış 

və  1957-1958-ci  illərdə  oxuculara  62.860  nüsx»  dövri 

nəşr verilmişdi.

Kitabxananın respublika əhəmiyyətli kitabxanaya 

çevrilməsi  onun  inkişafında  böyük  canlanmaya  səbəb

olmuşdu.  Kitabxanada  aparılan  məlumat-biblioqrafiya 

və  kütləvi  işlərin  kəmiyyət  və  keyfiyyətində  ciddi 

dəyişdik  baş  vermiş,  onun  səmərəliliyi  xeyli  arimışdı. 

Təkcə  1957-58-ci  illərdə  6 oxucu konfransı  keçirilmiş. 

681  mövzu  və  yeni  kitabların  sərgisi  təşkil  edilmiş, 

3.971  əyani  təbliğat vasitəsi  tərtib  edilmiş.  20  yeni  ki­

tabın  icmalı keçirilmiş,  103  yazılı,  19.957  şifahi  biblio­

qrafik  məlumat  verilmişdir.  Bütün  bu  tədbirlər  kitab­

xananın  işinə  olduqca  müsbət  tə’sir  göstərmiş,  kitab­

xananın  oxucularının  sayı  və  kitab  verilişi  müntəzəm 

olaraq  artmışdır.  Əgər  1953-cü  ildə  kitabxana  1.785 

nəfər  oxucuya  xidmət  etmiş  və  onlara  98.063  nüsxə 

kitab  vermişdisə,  1958-ci  ildə  oxucuların  sayı  5.  081 

nəfərə,  kitab  verilişi  isə  162.889  nüsxəyə  çatmışdı. 

Bütün  bu  göstəricilərinə  görə  kitabxana  dəfələrlə 

SSRİ  miqyasında  keçirilən  sosializm  yarışının  qalibi 

hesab  edilmişdir.  Belə  bir  faktı  qeyd  etmək  yerinə 

düşər ki, kitabxana  1957-ci  ildə  SSRİ  Neft Sənaye  Na­

zirliyinin  268  kitabxanası  arasında  keçirilmiş  baxışın 

qalibi  elan  edilmiş,  xüsusi  diplomla  mükafatlandırıl­

mışdır.


60-cı  illər  Respublika  Elmi-texniki  Kitabxanası­

nın  fəaliyyətində  yeni  mərhələnin  başlanğıcı  oldu.  Bu 

mərhələ  respublikanın  informasiya  məkanında  meyda­

na  çıxan  yeni  proseslərlə  əlaqədar  idi.  XX  əsrin  ikinci 

yarısından  başlayaraq  dünyanın  qabaqcıl  ölkələrində 

baş  verən  informasiya  partlayışı  və  onun  idarə  olun­

ması  ilə  bağlı  fəaliyyət  sahəsinin  formalaşması  Sovet­

lər İttifaqında da geniş əks-səda doğurmuşdu.

SSRİ-də  informasiya  məkanının  sahəsini  idarə 

edən  sovet  elmi-texniki  informasiya  orqanları  yaran -

19



moğa  başladı.  Elmi-texniki  kitabxanalar  da  yeni  ya­

ranmış orqanların idarəsinə verildi.

Doğrudar,  bu  təcrübə  özünü  doğrultmadı.  Kitab­

xanalar  öz  ^tatuslanna qaytarılaraq  müstəqilləşdi.  Anc­

aq  bu  inteqrasiya  prosesi  xeyli  davam  etdi  və  elmi- 

texniki  kitabxanaların  informasiya  mərkəzi  kimi  for­

malaşmasına  cıddı  təsir göstərdi.  Elmi-texniki  kitabxa­

nalar  informasiya  mərkəzi  kimi  cəmiyyətin  inkişafında 

mühüm  rol  oynamağa  başladılar.  Kitabxanaların  elmi- 

tcxnıkı  informasiya  mərkəzlərinə  çevrilməsi  onların 

qarşısında olduqca mühüm vəzifələr qoymuşdu. Dövlət 

orqanları  elmi-texniki  kitabxanaların  maddi-texniki  ba­

zalarının  möhkəmləndirilməsinə,  yeni  ədəbiyyatla  zə­

nginləşməsinə,  dövri  mətbuatla  müntəzəm  olaraq  tə­

min edilməsinə ciddi diqqət yetirirdilər.

1966-cı  ilin 29 noyabrında SSRİ  Nazirlər  Soveti 

" Elmi-texniki  informasiyanın  ümumdövlət  sistemi 

haqqında"  qərar  qəbul  etdi.  Bu  qərara  müvafiq  olaraq 

Respublika  Elmi-Texniki  Kitabxanası  elmi-texniki  in­

formasiyanın  ümumdövlət sisteminə qoşuldu.  Məhz bu 

dövrdən  başlayaraq  kitabxananın  fəaliyyəti 

Azər­


baycan  Elmi-Texniki  İnformasiya  İnsititutu  ilə  inteq­

rasiya  edilməyə  başladı.  İnformasiya  İnstitutu  ilə  ki­

tabxananın  birgə  işi  kitabxananın  fəaliyyətində  elmi- 

tcxnıkı  informasiya  işinin  daha  aparıcı  yer  tutmasına 

səbəb  oldu  kı,  bu  da  kitabxananın  oxuculara  xidmətin 

təşkili  sahəsində  keyfiyyət  dəyişikliklərinin  meydana 

çıxmasını  təmin  etdi  və  kitabxana  işində  informasiya 

funksiyasının  daha  da  zənginləşməsinə  səbəb  oldu. 

Kitabxananın  informasiya  fəaliyyətini  gücləndirmək 

məqsədi  ilə  1965-ci  ildə kitabxanada  Patent ədəbiyyatı



20

fondu yaradıldı.  Bu  fondun yaradılması  mütəxəssislərə 

informasiya  xidmətini  xeyli  yaxşılaşdırdı  və  onların 

vaxtına qənaət etmək  imkanı  yaratdı.

İxtisaslaşdırılmış Patent Fondu dünyanın  35 ölkə­

sinin  27  dildə  Beynəlxalq  və  Avropa  patent  idarəsinin 

sənədləri,  həmçinin  müəllif şəhadətnamələri  ilə  kom- 

plektləşdirilirdi.  Respublikada  yeganə  fond  olan  Patent 

fondundan  respublikanın  müəssisə  və  təşkilatları 

müvəffəqiyyətlə  istifadə edirdilər.

1969-cu  ildə  kitabxanada  yaradılmış  respublika 

standartlar və  normativ  -  texniki  sənədlər  fondu  böyük 

elmi  və  təsərrüfat  əhəmiyyətinə  malik  idi.  Yerli  və 

xarici ölkə normativ -  texniki  sənədləri  və standartlarla 

komplektləşən  bu  fond  böyük  informasiya  əhəmiyyə­

tinə  malik  olmaqla  respublikada  mütəxəssislərin  tələ­

batını ödəyən yeganə müəssisə  idi.

Kitabxananın  60-cı  illər  fəaliyyətində  diqqətə­

layiq  işlərdən  biri  1968-ci  ildə  Azərbaycanda  ilk  dəfə 

olaraq  "Məlumatın  seçilib  yayılması"  avtomatlaşdırıl­

mış  informasiya  sisteminin  yaradılması  olmuşdur.  Bu 

sistem  Elmi-Texniki  İnformasiya  İnstitutu  ilə  birlikdə 

elektron-hesablama  maşınlarından  istifadə  etməklə 

həyata  keçirilirdi.  Bu  sistemin  köməyi  ilə  respublika­

mızın  yüzlərlə  sənaye  müəssisələri,  elmi  işçiləri, 

mühəndis - texniki  işçiləri  dünya  elmi-texniki  sənədlə­

ri  üzrə operativ informasiya ilə təmin edilirdilər .

Bu sistem  əsasında 707 abonentə  maqnit lentlə­

rində  müxtəlif informasiya  mərkəzlərindən  alınan  in­

formasiyalara dair  siqnal  məlumatları  verilirdi.  Respu-

likanın  nazirlik  və  baş  idarələrinin,  müəssisə  və  təşki-

II  ' 


1 - u оГ  id 

.:г.  M 


•  ' 

'



21


Yüklə 217,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə