DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə58/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   54   55   56   57   58   59   60   61   ...   99

"ġərq  məsələsi"  deyilən  mövzu  həmiĢə  meydanda  olub  və  Avropanın  din  missionerləri, 
dövlətə xidmət  edən  casusları, alimləri, yazıçıları -  hamısı türkün  əleyhinə  yazıb,  iĢləyib.  Bu 
yazılanlar XIX əsrdə çap olunaraq elmi və bədii ədəbiyyata çevrilib. Türklər də həmin qərəzli 
ədəbiyyatı  oxuyur  və  baĢlayırlar  özlərini  özlərindən  qırağa  çəkməyə  -  əĢi,  türk  olmayaq. 
Osmanlı  imperatorluğu  bu  məsələnin  həlli  yolunda  baĢ  sındırır:  "türk"  deyəndə  bizə  pis 
baxırlar,  gəlin  özümüzə  "yeni  osmanlılar"  deyək,  yəni  Osmanlı  imperiyasında  yaĢayanların 
hamısı: türk, ərəb, erməni, yunan... bərabərdir, çünki onların hamısı "yeni osmanlılar"dır...  
Bəli,  özümüzə  "türk"  deyəndə  baĢımızı  kəsiblər.  Təsəvvür  edin,  məsələn,  Ermənistanda 
deyiblər ki, siz türklər kürdlüyü qəbul edin, yoxsa baĢınızı kəsəcəyik. Camaat da gedib kütləvi 
surətdə kürdlüyü qəbul edib. 
-Belə hadisə nə vaxt olub?
 
-Bu  saat  Azərbaycanda  yaĢayan  türklərin  bir  hissəsi  özünü  kürd  sayır.  Zəngəzur,  Qubadlı, 
Sisyan boylarında hamısı kürdlüyü qəbul ediblər ki, öldürülməsinlər. Pasportda özlərini "kürd" 
yazdırıblar. Çox qəribədir ki, bu hadisə Gürcüstanda da baĢ verib - orada deyiblər ki, gürcü 
familiyasını qəbul edin,  sizi  öldürməyək.  Gedin  axtarın  "NaziraĢvili"ni  -  əsl familiyası "Nazir" 
olub. Xeyli adam da qorxudan gürcüləĢib. Ġndi bəzilərindən soruĢanda ki, sənin familiyan niyə 
"-Ģvili"dir, deyir onda qorxudan qəbul etdim...  
Yəni  TÜRK  dünya  miqyasında  assimilyasiyaya  uğradılır,  bu  yolda  ağlasığmaz  cəhdlər 
göstərilir,  ölçüyəgəlməz  pullar  xərclənir.  Çin  bir  tərəfdən  assimilyasiya  edir,  Hindistan  bir 
tərəfdən,  farslar  bir  tərəfdən,  ərəblər  bir  tərəfdən,  ruslar  bir  tərəfdən,  avropalılar  bir 
tərəfdən.  Məqsəd  TÜRK’ü  qüvvə  olaraq  məhv  etməkdir.  Çünki  onlar  min  illər  boyunca 
baxaraq  görüblər  ki,  türklər  15  imperatorluq,  38  imperatorluq  olmayan  dövlət  yaradıblar 
(tarixdə  TÜRK  dövlətlərinin  sayı  110-dan  çoxdur),  neçə  dəfə  dünya  ağası  olublar,  öz 
ordularıyla bütün dünyanı lərzəyə gətiriblər. 
Dövlətçilik  məsələsində  dünyada  türklərdən  üstünü  yoxdur.  Onlar,  birincisi,  aldıqları,  ağalıq 
etdikləri ölkədə heç vaxt dinə toxunmayıblar. Məsələn, Ġspaniyada yəhudiləri qıranda türklər 
90 min yəhudini köçürüb gətiriblər Türkiyəyə, onlara sinaqoq tikiblər. Yəni türklər yad dinləri 
məhv etmək, assimilyasiya etmək məqsədi güdməyən millətdir.  
Ġkincisi,  yerli  xalqların  dillərinə  dəyməyiblər.  Məsələn,  Bolqarıstanın  bir  tarixçisi  yazır  ki,  biz 
baĢqa  xalqın  əlinə  düĢsəydik  məktəbimiz  və  kilsəmiz  məhv  ediləcəkdi;  türklərin  əlinə 
düĢməyimiz bəlkə də bizim xoĢbəxtliyimiz olubdur - onlar nə kilsəmizə dəydilər, nə dilimizə, 
nə məktəbimizə, nə də mədəniyyətimizə.  
Ancaq  indi  fikir  verin  -  baĢqaları  rusların  əlinə  düĢən  kimi  milli  əritmə  siyasəti  baĢlanıb, 
ingilislər  hərtərəfli  assimilyasiyaya  əl  atıblar,  farslar,  çinlilər,  ərəblər,  nə  bilim  neçə-neçə 
baĢqaları da o cür. 
Bəli,  türkləri  məhv  etməkçün  dünya  bir  antitürk  dövrü  yaĢayıb  -  XVII  əsrdən  XX  əsrin 
ortalarınadək  türkləri  kütləvi  Ģəkildə  qıraraq  məhv  ediblər.  Son  vaxtlar  -  Ġkinci  dünya 
müharibəsindən  sonra  xüsusən  Qərb  yavaĢ-yavaĢ baĢladı  baĢqa  cür davranmağa (o da rus 


imperiyasının qorxusundan); o, Türkiyəyə çəkinə-çəkinə kömək göstərdi, belə-belə dünyada 
Türkiyəyə münasibət dəyiĢməyə baĢladı.  
Ġndi  türklərin  dünyada  kütləvi  məhv  edilmək  qorxusu  yoxdur.  Türk  etnosu  yenidən  öz 
qüvvəsini toplayır. O, yeni bir etnos kimi yenidən doğulacaqdır, yəni bu türk etnosunun 500 il 
bundan qabaqkı türk etnosundan çox böyük fərqi olacaq. Onun milli dəyərləri, milli təfəkkürü
milli mədəniyyəti yüksəlir. Məsələn, orta çağlarda türklər daha çox ərəb və fars mədəniyyətini 
yaĢadıblar,  ona  xidmət  ediblər.  Hakimiyyət  imperatorluğuna  türklər  yiyələnsələr  də  onların 
dövründə  belə  bədii  ədəbiyyat  imperatorluğu  fars  dilinə,  elmi  və  dini  ədəbiyyat,  məktəblər 
imperatorluğu ərəb dilinə məxsus olub. Amma indisə sırf milli türk kökü üstündə yaranan yeni 
dövlətlər meydana çıxır. Bu, tam yeni keyfiyyətli yeni bir doğuĢdur.  
Sözü Sizin ilk sualınızın üstünə gətirirəm ki, bizim özümüzü, gözümüzü o qədər qorxudublar 
ki,  türklüyümüzü  qabarıq  deməyə  çəkinmiĢik,  çünki  birdən  qabağımızdakının  acıqlana, 
qıcıqlana biləcəyindən ehtiyat etmiĢik. 
-Axı  biz  1937-yə  qədər  türk  olduğumuzdan  və  "türk"  adımızdan  utanmamıĢıq,  çünki  bütün 
tarix boyunca olduğu kimi, həmin ilədək rəsmən "türk" adlanmıĢıq.
 
-Bir var türklüyü danasan, bir də var türklüyün üstün olduğunu sübut etməyə çalıĢasan. Bu 
gün  Türkiyədə,  Azərbaycanda,  Orta  Asiyada  yazılan  tarix  kitablarının  heç  biri  türkün 
mövqeyindən  yox,  Avropa  dövlətlərinin  mövqeyindən  yazılıb.  Bu,  soydaĢlarımızda  türk  milli 
heysiyyətinin formalaĢasına əngəl törədən ən mühüm amillərdəndir.  
Heç  tarix  kitablarıyla  iĢim  yoxdur;  Siz  dilçisiniz,  gəlin  dil  kitablarına  baxaq.  Bizim  dilimizin 
qrammatikasını  götürün,  bu  qrammatika  türk  dilimizə  aid  deyil  -  Avropadan  götürülmədir. 
Əvvəllər dilçilik terminlərini ərəblərdən alırdıq: "sərf", "nəhv", "sövt", "ismi-fail", "ismi-məful", 
"zəmir"...,  indi  avropalılardan  götürürük:  "adlıq  hal",  "yiyəlik  hal",  "əvəzlik",  "fonem", 
"morfem", "substantivləĢmə", "adverbiallaĢma"... YavaĢ-yavaĢ istəyirik ki, öz dilimizin üstünə 
gələk, amma gələ bilmirik. Məsələn, cingiltili və kar samitləri götürək; bizdə cingiltili-kar deyil, 
üç-dörd  səsin  bir-birinə  keçməsi  var,  bunlar  qoyulmalıdır.  Deyək  ki,  türklərdə  ç  ~  s,  t  ~  d 
səsləri  bir-birinə  necə  və  niyə  keçir  -  biri  "çay"  deyir,  obiri  "say",  biri  "temir"  deyir,  obiri 
"dəmir".  Yəni  fonetikanı  əsasən  bunun  üstündə  qurmalıyıq  ki,  səslərimiz  tarixən  nə  cür 
əvəzlənib, nə cür dəyiĢib.  
Yaxud  isimlərin  hallanmasını götürək.  ÇıxıĢlıq halda yalnız  -dan  Ģəkilçisi varsa  "çoxdandan", 
"sabahdandan",  "gecdəndən",  "tezdəndən"...  sözlərində  hal  Ģəkilçisi  hansıdır?  Niyə  bu  cür 
ikiqat  hallanma  qrammatikanın  nəzərindən  qaçır  -  ona  görə  ki,  Avropa  qrammatikalarında 
yoxdur?!  
Felin  icbar  növü  -dır,  yaxud  -t  Ģəkilçisiylə  düzəlirsə  bəs  oxu-t-dur-t-dur-maq  feli  hansı 
növdədir? Göründüyü kimi, bu feldə icbarlıq yaradan 4 Ģəkilçi var, halbuki hər növdə yalnız 
bir Ģəkilçi olmalıdır; deməli, bu sırf türk dili təzahürü havadan asılı qalıb, izah edilməyib, çünki 
hind-Avropa dillərində icbarın bu forması yoxdur.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə