Diaqnostika və texniki xiDMƏT



Yüklə 4,01 Mb.
səhifə36/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   32   33   34   35   36   37   38   39   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Yeyilməyə sürtünmənin növü də (yellənmə və ya sürüşmə sürtünməsi) təsir edir. Yellənmə sürtünməsində işçi səthlər yüksək xüsusi təzyiqə, (sıfırdan maksimuma), sıxılmış və dartılmaya məruz qalır. İşçi səthlərə düşən dövrü yüklənmə səbəbli yorğunluq çatları (kiçik çatlar) əmələ gəlir.

Sürüşən sürtünmə prosesində az karbonlu poladlardan hazırlanmış və səthi termiki emal olunmuş işçi səthlər nisbətən yeyilməyə və zərbəli dəyişən (dövrü) yüklənməyə daha davamlı olur. Bu halda işçi səthlərin yeyilməsi sürət və xüsusi təzyiqdən çox asılı olur.

İşçi səthlərin yeyilməsinə yağlanmanın xarakteri və növünün təsiri vardır. Yeyilmənin sürətinə (intensivliyinə) yağların fiziki-kimyəvi tərkibi, yağlanma rejimi və işçi səthlərə yağın verilmə üsulu təsir edir.

İşçi səthlərin yeyilməsinə yağlanmanın xarakteri və növünün təsiri vardır. Yeyilmənin sürətinə (intensivliyinə) yağların fiziki-kimyəvi tərkibi, yağlanma rejimi və işçi səthlərə yağın verilmə üsulu təsir edir.

İşçi səthlərin yeyilməsinə onların materialının böyük təsiri vardır. Birinci növbədə yeyilməyə davamlılıq, axıcılıq həddi və ya möhkəmlik, yorğunluq həddi, materialın bərkliyindən asılıdır.

Materialın strukturu yeyilməyə əhəmiyyətli dərəcədə təsir edir. Materialın strukturu, kimyəvi tərkibi və termiki emalın növü çox böyük rol oynayır.

Ərintilər üçün yeyilməyə qarşı davamlı struktur kiçik dənəcikli struktur sayılır. Yeyilmə intensivliyinə təsir edən mühüm amillərdən biri də sürtünən səthlərin nisbi yerdəyişmə sürəti və onların səthinə olan xüsusi təzyiqdir. Nisbi yerdəyişmə sürəti və səthlərə təsir edən xüsusi təzyiq artdıqca səthlərin yeyilmə inyensivliyi artır.

Mövzu 11.Avadanlıqların istismar qüsurlarının əsas növləri və xarakteristikaları.

Avadanlığın istismarı zamanı bu texnoloji şəraitdə onlarda hissələrin materialının 5 (növ) zədələnməsi və dağılma halları müşayiət olunur.Bunlar əsasən aşağıdakılardır:

1)deformasiya və qırılmalar (kövrək, özlülü və yorğunluq qırılmaları, qalıq deformasiyalar, təmas yorğunluq zədələnmələri;


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə