Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

dillərində  də  (qırğız,  uyğur,  cığatay  və  s.)  ümumişlək  söz  olması  faktı  da  təsdiq 

edir.  


―Kotan‖ kəlməsi linqvistik baxımdan Qafqaz mənşəli olmasa da, coğrafi areal 

baxımından,  şübhəsiz  ki,  Qafqaz  mənşəlidir  və  bilavasitə  Azərbaycan  türklərinə 

məxsusdur.  Təsadüfi  deyil  ki,  V.  V.  Radlov  və  L.  Z.  Budaqov  kimi  görkəmli 

türkoloqların  lüğətlərində  həmin  termin  məhz  Azərbaycan  dili  materialı  kimi 

təqdim olunmaqdadır. 

Bütün bu deyilənlərə Firudin Ağasıoğlunun aşağıdakı sözlərini də əlavə etmək 

lazımdır: 

"Əkinçilik  mədəniyyətindən  xəbər  verən  kotan  sözü  erməni,  gürcü  dillərində 

qutan, Dağıstan dillərində kutan Ģəklində iĢlənir. Q. A. Klimov bu sözün bəzi Ġran 

dillərində  və  suriya dilində  də  olduğunu nəzərə alıb, onun türk  dilləri  vasitəsi  ilə 

Qafqaz arealına yayıldığını ehtimal edir”. 

Leksik  bazasında  (müxtəlif  fonetik  variantlarda)  ―kotan‖  kəlməsi  olan 

xalqların  əhatə  etdikləri  coğrafi  arealı  gözdən  keçirsək,  onun  Şimali  Qafqazda 

Çeçenistan  və  İnquşetiyadan  tutmuş  Dağıstana,  Güney  Qafqazda  Azərbaycandan 

Gürcüstan  və  Ermənistana  (Qərbi  Azərbaycana),  ümumilikdə  isə  Qafqazdan  İran 

və Anadoluya qədər uzandığını görə bilərik. Maraqlıdır ki, Kür-Araz mədəniyyəti 

məhz həmin arealı əhatə etmişdir.  

 

Kurqan mədəniyyəti 

 

Azərbaycanın  Son  Eneolit  -  Erkən  Tunc  dövrü  əhalisinin  ayrılmaz 



atributlarından biri də kurqanlardır. Bütün qədim müəlliflər türklərin öz ölülərinin 

məzarlarının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmişlər. Eyni hal 

qədim şumer mədəniyyətinə də xasdır. Maraqlıdır ki, yer üzündə ən qədim kurqan 

qəbirlərinin  izlərinə  məhz  Azərbaycan  ərazisində  rast  gəlinmişdir.  Söhbət  Son 

Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir. Maraqlıdır ki, sözügedən 

abidə  özündə  protoşumer  mədəniyyəti  ilə  analoji  mədəniyyətin  izlərini  

daşımaqdadır.  Tarixçi  alim  Nəcəf  Müseyiblinin  sözlərinə  görə,  XX  əsrin  80-ci 

illərində  Azərbaycanda,  Ağdam  rayonu  ərazisində,  aran  Qarabağda  Son  Eneolit 

dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,  buradan  digər yerlərdən tapılan 

və  eyni  dövrə  aid  olan  maddi  mədəniyyət  nümunələrindən  keyfiyyət  baxımından 

fərqlənən  saxsı  qablara  rast  gəlinmişdi.  Buradan  tapılan,  dulus  çarxında 

hazırlanmış  yüksək  keyfiyyəli  qablar  Mesopotamiyadan  tapılmış  Əl  -  Übeyd 

mədəniyyəti  ilə  eynilik  təşkil  etməkdə  idi.  Sonralar  eyni  bölgədə  bənzər 

mədəniyyətin  izləri  Çinartəpə,  Şomutəpə  və  Abdal  Əziztəpə  abidələrdən  də  üzə 

çıxarıldı: 

             “Leylatəpə  və  digər  analoji  abidələrin  tədqiqi  nəticəsində  Güney  Qafqaz 

üçün  yeni  mərhələ  olan  və  Son  Eneolit  dövrünə  uyğun  gələn  mədəniyyət  ortaya 

çıxmıĢ  oldu.  XX  əsrin  80-ci  illərində  analoji  mədəniyyətin  izlərinə  Gürcüstan 

ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi. 

             2004  -  2005-ci  illərdə  Bakı  –  Tiflis  -  Ceyhan  neft  və  Bakı  –  Tiflis  - 

Ərzurum  qaz  kəmərlərinin  keçdiyi  marĢrut  boyunca  aparılan  arxeoloji  qazınılar 

zamanı  Ağstafa    rayonu  ərazisində  daha  bir  neçə  Leylatəpə  tipli  abidə  aĢkar 



edilərək  tədqiq  edildi.  Bu,  sözügedən  marĢrutun  409-kilometrindəki  Poylu  1  və 

Poylu  2,  eləcə  də  438-ci  kilometrindəki  Böyükkəsik  1  və  Böyükkəsik  2  qədim 

məskənləri idi. 

            Bu  dövrə  qədər  bütün  Güney  Qafqaz,  o  cümlədən  Azərbaycan  ərazisində 

Eneolit  dövrünə  aid  xüsusi  məzar  yerlərinə  rast  gəlinməmiĢdi.  TapılmıĢ  bütün 

məzarlar yaĢayıĢ yerlərinin döĢəmələrinin altında və ya evlərin həyətində idi. Yəni 

Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.”   

          Nəcəf Müseyiblinin bildirdiyinə görə, Son Eneolit dövrünə aid olan kurqan 

qəbirlər  böyük  maraq  kəsb  etməkdədir.  Bu  kurqanlar  2004  –cü  ildə,  neft  və  qaz 

kəmərlərinin  432-ci  kilometrində,  Ağstafa  rayonu  ərazisində,  Soyuqbulaqdan  bir 

kilometr  aralıda  təsbit  edilib.  Bir  vaxt  çox  sayda  kurqanın  bulunduğu  böyük  bir 

sahədə onların yalnız bir hissəsi qorunmuşdur. Onların sayı otuza qədərdir: 



          “Elmi  ədəbiyyata  Soyuqbulaq  kurqanları  kimi  düĢən  bu  kurqanlar  təkcə 

Qafqazda deyil, eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır.  

Onların  tarix  səhnəsinə  çıxıĢı  yerli  əhalinin  dini  dünyagörüĢündə  baĢ  verən 

dəyiĢikliklər ilə bağlı olmuĢdur.”                                                       

          Tarixçi alim Q. Qoşqarlı da eyni mövzuya toxunaraq yazır ki, 2004-2005-ci 

illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu 

boyunca  aparılan  arxeoloji  qazıntılar  zamanı  son  Eneolitdən  orta  əsrlərə  qədərki 

geniş  bir  dövrü  əhatə  edən  otuzdan  artıq  qədim  yaşayış  və  məzar  yeri  tədqiq 

edilmişdir.  2002-2003-cü  illərdən  fərqli  olaraq  qazıntılar  daha  çox  ən  qədim 

maldarlıq  və  əkinçilik  mədəniyyətlərinin  izlərinə  sahib  Kür  boyu  ərazilərdə 

aparılırdı: 

Sözügedən  marĢrut  üzrə  aparılan  qazıntılar  zamanı  tapılan  xronoloji 

baxımdan  ən qədim məskənlər Eneolit dövrünə aid məskənlər olmuĢdur ki, onlar 

Böyük  Kəsik  1,  Böyük  Kəsik  2,  Poylu  1, Poylu  2  və  Ağılı  Dərədən  üzə  çıxmıĢdır. 

Bunların içərisində daha geniĢ tədqiqatlar Böyük Kəsik 1 ərazisində aparılmıĢdır. 

Bu bölgənin ġomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təĢkil edən  mədəni 

qata sahib olduğu məlum idi. Fəqət yeni qazıntılar buradakı Əl-Übüeyd və erkən 

Uruk  mədəniyyəti  ilə  eyni  olan  mədəni  təbəqələr  barədəki  biliklərimizi  daha  da 

artırmıĢ oldu.”                                                               

         Tarixçi alim F.Quliyev isə yazır: 



         “Ağstafa  rayonunun  Böyük  Kəsik  qəsəbəsində  1,5  kilometr  aralıda  60-70 

metr radiusunda çox sayda saxsı qab qalığı tapılmıĢdır. Bu qalıntılar yer səthindən 

80  santimetr  aĢağıda  yerləĢən  mədəni  təbəqədən  aĢkar  edilmiĢdir.  Tapılan 

keramika nümunələri bir neçə tipə bölünür. Onlar küp, nimçə, su qabı və müxtəlif  

qablardır.  Buradakı  keramika  ilə  Uruk  keramikası  arasındakı  eynilik  etnik 

birlikdən xəbər verməkdədir.” 

         Məlumat  üçün  bildirək  ki,  ―Əl-Übeyd  mədəniyyəti‖  adı  ilə  məşhur  olan 

mədəniyyət qədim Mesopotamiyanın, yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat 

cayları  arasında  Nuh  tufanından  öncə  yaşamış  insanların  yaratdıqları  və  tufan 

zamanı  onu  yaradanlarla  birlikdə  məhv  olmuş  mədəniyyətin  adıdır.  ―Erkən  Uruk 

mədəniyyəti‖   kimi   tanınan   mədəniyyət   isə   tufandan  sonra Mesopotamiyaya  

köçərək  orada  böyük  bir  sivilizasiyanın  əsasını  qoymuş  xalqın  -  şumerlərin 

yaratmış  olduqları  zəngin  mədəniyyətin  adıdır.  Tədqiqatçılar  Əl-Übeyd 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə